“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”ın “Gefle” üzərində qələbəsinə (1:0) görə sizi təbrik edirik.
- Çox sağolun. Əslində bütün Azərbaycan xalqına təbrik düşür. Çünki “Qarabağ”ı bütün xalq sevir.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Məncə, komandamızda bəxtsizlik də oldu. Daha böyük hesabla qalib gələ bilərdik. Ancaq 1:0 hesabı da bizi sevindirir. Əlbəttə, bununla hər şey bitmiş sayılmır. Turu keçdiyimizi demək olmaz. Unutmaq lazım deyil ki, “Gefle” 0:3 hesabı ilə uduzduğu Kip komandasını öz meydanında 4:0 hesabı ilə məğlub edib. Bu da bizə arxayınlaşmağın nə qədər təhlükəli olduğunu göstərir. Məncə, mərhələni keçmək məsələsinin 30 faizini həll etmişik. 70 faiz isə İsveçdə həll olunacaq.
- “Gefle”nin oyunu haqda nə deyə bilərsizniz? İsveç klubu “Qarabağ” üçün keçiləsi rəqibdir?
- Bu suala məşqçilər daha düzgün cavab verə bilər. Ancaq mənim fikrimcə, rəqib ancaq müdafiə olunurdu. Yəni müdafiədə sıx oynamağı bacarırlar. Fikrimcə, “Gefle” “Qarabağ” üçün keçiləsi rəqibdir.
- Yeni futbolçu Çümbinyonun çıxışını bəyəndiniz?
- Onun çıxışına siz də qiymət verə bilərsiniz. Çünki məhsuldar ötürmə ilə yadda qaldı. Qol vurulmasında böyük əməyi oldu. Oyun ərzində yaxşı təsir bağışladı. İnşallah, belə də davam edər.
- “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi üçün heyətini bir qədər də gücləndirmək fikri var?
- Bu məsələdə baş məşqçi Qurban Qurbanovun səlahiyyət sahibidir. Əgər o, rəhbərliyə müraciət etsə, istədiyi tədbirlər görüləcək.
- Qurban müəllim dünənki mətbuat konfransında bildirdi ki, daha bir yarımmüdafiəçi transfer etmək üçün rəhbərliyə müraciət edəcəm.
- Onun bu fikri ilə tanışam. Cavab oyunundan sonra bu işlə məşğul olacağıq. O vaxta qədər rəhbərliklə görüşə bilsək, məsələni müzakirə edəcəyik.
- Dünənki oyunda azarkeş dəstəyindən razı qaldınız?
- Əlbəttə, çox razı qaldım. Bu işdə medianın böyük rolu oldu. Qol.Az saytına da çox təşəkkür edirəm ki, yaxşı təbliğat apardı. Təbliğatdan çox şey asılıdır. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, “Qarabağ”ı tək qoymadılar və möhtəşəm bir dəstək verdilər.
- Premyer Liqada “İnter”lə oyunun təxirə salınmaması “Qarabağ”ın “Gefle” ilə cavab oyununda işini çətinləşdirə bilər?
- Artıq dəqiqdir ki, “İnter”lə oyun təxirə salınmayacaq. Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət etmişdik. Ancaq onların bunu qəbul etməməsini də başa düşürük. Çünki çempionat yeni mövsümdən daha sıx qrafiqlə keçiriləcək. Qurban müəllim də buna görə tədbirini görəcək. Hər halda buna öyrənmək lazımdır. Bu, Avropa təcrübəsində də var. İnşallah, hər iki cəbhədə mübarizə aparmağı bacaracağıq.
- “Gefle” – “Qarabağ” oyununun Azərbaycanda canlı yayımlanması üçün işlər görülür?
- Bu işlə İsveçdə olanda şəxsən məşğul olacağam. Klub prezidentinin də göstərişi var ki, oyunun yayımlanması üçün maksimum əlimizdən gələni edək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi