AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Yeni mövsümün başlamasına az vaxt qalıb. Komandanızın durumu haqqında öyrənmək istərdik.
- Bilirsiniz ki, komandanı xeyli oyunçular tərk edib. Həmin boşluqları doldurmaq üçün çox vaxt itirdik. İndiyə qədər problemlər durur. Bu, bizi narahat edir. Çatışmazlıqlar olan mövqelərimizi istədiyimiz səviyyədə futbolçularla doldura bilməmişik. Ancaq həmişə dediyim kimi AZAL bir komanda şəklində güclüdür. Bu amili nəzərə alsaq, hər bir komanda ilə başabaş mübarizə apara bilərik. Bunun üçün xeyli iş görmüşük. Təlim-məşq toplanışını səfərdə olmasa da, Bakıda müəyyən yoldaşlıq oyunları keçirmişik.
- Dediyiniz boşluqlar hansı mövqelərdədir?
- İlk növbədə hücum xəttində boşluqlar qalıb. Müdafiə xəttini də gücləndirmək istəyirik. Yəni ən vacib bu iki mövqedə problemlər hələ qalıb. Buna baxmayaraq, komanda şəklində pis təsir bağışlamırıq.
- AZAL yeganə komandadır ki, bu il təlim-məşq toplanışı üçün ölkə xaricinə getmədi. Bu, yeni mövsümdə komandanıza çətinlik yaratmayacaq?
- İstər-istəməz bunu təsiri olacaq. Ancaq komandanı tam formalaşdırmamış getmək də düzgün olmazdı. Ona görə də belə qərara gəldik ki, toplanış Bakıda olsun, xeyli oyunçular sınaqdan keçirək. Fikirləşirdik ki, çempionatn başlanmasına ən azı 15 gün qalmış hansısa ölkədə yoldaşlıq oyunları keçirərik. Ancaq komandanı kompleksləşdirə bilmədiyimiz üçün bundan da vaz keçdik. Bakıda keçirdiyimiz yoldaşlıq oyunlarında isə “Rəvan” və “Sumqayıt”dan başqa qalanları birinci divizion komandaları idi. Bunun komandamıza təsirsiz ötüşməyəcəyini bilirəm. Daha güclü klublarla qarşılaşmalı idik.
- Yeni transferlər gözlənilir?
- İştirak ərizəsinə az futbolçunun adını salmışıq. Bu da onu göstərir ki, yeni oyunçulara ehtiyac duyuruq Planlarımızda olan futbolçular var. Çempionatın ilk oyunlarından sonra hansı mövqeyə daha çox oyunçu ehtiyac olduğunu biləcəyik. Buna görə addım atacağıq.
- Topaz Premyer Liqanın ilk oyununda komandanız“Neftçi” ilə qarşılaşacaq. Rəqibiniz Çempionlar Liqasında uğursuz oyundan sonra AZAL-la matçda “Skenderbeu” komandasına məğlubiyyəti unutdurmağa çalışacaq. Bu mənada sizi çətin oyun gözləyir. Siz necə düşünürsünüz?
- Razıyam. “Neftçi”nin alban klubunu keçə bilməməsi onlara stimul verəcək ki, ilk oyundaca özlərini sübut etsinlər. “Neftçi” onsuz da özünü sübut etmiş komandadır. Ona görə də bizi çox ağır gözləyir. Komandamız bunu yaxşı dərk edir və oyuna çox ciddi hazırlaşır.
- Sonda “Qarabağ”ın “Gefle” ilə bügünkü oyunu haqda fikirlərinizi bilmək istərdik.
- “Qarabağ” ilk mərhələdən bizi qələbələrlə sevindirir. Bu gün də onun davamı olacaq. Hamımız onu istəyirik və gözləyirik. Məncə, “Qarabağ” rəqibini çox yaxşı təhlil edib. Təmsilçimizin üstünlüyü ondadır ki, heç vaxt boşluqlara imkan vermir. Hər bir rəqibinə qarşı ciddi hazırlaşır. Ona görə də lazım olan nəticəni qazanır. Yeganə təmsilçimizin irəli getməsi üçün hamımız “Qarabağ”ı dəstəkləyəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi