Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qarabağ”ın Avroliqadakı çıxışları ilə bağlı Qol.Az saytına müsahibə verib
- Sizinlə “Qarabağ” haqda danışanda 2009-cu ildə Ağdam klubunun “Rusenborq”la oyunu ərəfəsində verdiyiniz proqnoz da yadımıza düşür. Həm nəticəni düz demişdiniz, həm də qolu kimin vuracağını.
- O vaxt qeyri-adi hadisə oldu. Ağdamın işğalı günü “Qarabağ” Norveçin “Rusenborq” komandasına qalib gəldi. Hələ oyundan bir gün əvvəl Aqil Abbasla “Qarabağ”ın məşqinə gedib futbolçularla görüşdük. Orada dedim ki, sabah Ağdamın işğalı günüdür, həmin gün isə “Qarabağ”ın qalib gəlməsi mənəviyyat məsələsidir. Ona görə bir neç gün əvvəldən insaları oyuna çağırmışdım. Futbolçulara da demişdim ki, inşallah, sabah stadionda böyük azarkeş dəstəyi hesabına ruh olacaq. O ruh futbolçulara sirayət edəcək, adaşım Rəşad Sadıqov qol vuracaq, “Qarabağ” 1:0 hesabı ilə qalib gələcək. Dediyim kimi də oldu. Doğrudan da həmin günü mən heç vaxt unuda bilmərəm. Çünki “Qarabağ” klubu Ağdamın işğalı günü Qarabağın adını daha geniş arenada – Avropada tanıtmağa səbəb oldu.
- Həmin vaxt siz çox möhkəm kövrəlmişdiniz, göz yaşlarınızı saxlaya bilməmişdiniz.
- Bu oyundan 10 gün əvvəl bütün müsahibələrimdə, İctimai televiziyanın efirində də azarkeşlərə müraciət etmişdim. Odan sonrakı vaxtlarda da “Qarabağ”ın qələbələrini gördüm. Qurban Qurbanovun məşqçi kimi peşəkarlığını hiss edirdim. Hələ o vaxt müsahibəmdə demişdim ki, əslində milli komandamıza Qurban Qurbanov gətirilməlidir. Çünki yerli məşqçi bir komandanı belə irəli aparırsa, o millidə də uğur qazana bilər. Zaman göstərdi ki, fikirlərimdə yanılmamışam. Çünki digər klublar müxtəlif ölkələrdən baş məşçqi gətirsə də, “Qarabağ” yenə Azərbaycanda ən çox uğur qazanan komanda oldu. Əvvəl hiss edirdim ki, “Qarabağ”ın oyunçularında özünəinam yoxdur. Əsasən də hücumçular yüzfaizli qol imkanlarından istifadə edə bilmirdilər. Onlar rəqib qapıçı ilə təkbətək çıxanda özlərini itirirdilər. Ancaq getdikcə komandada təcrübə artdı və özünəinam hissi yarandı. İdmanda əsas şərtlərdən biri də özünəinamı yarada bilməkdir. “Qarabağ”ın Polşanın “Piast” klubu ilə səfərdə heç-heçə etməsi də həmin peşəkarlığın, özünəinamın nəticəsi idi. Sabah İsveçin “Gefle” komandası ilə oyuna da gedəcəyəm. Jurnalist dostlarımı da “Qarabağ”ı dəstəkləməyə çağıracağam. Güman edirəm ki, “Qarabağ” bu mərhələni də keçəcək. Amma azarkeş dəstəyi mütləq lazımdır. Çünki “Qarabağ” xüsusən beynəlxalq oyunlarda bu dəstəyi həmişə hiss edib. Yeganə komandamız “Qarabağ”dır ki, avrokuboklarda iştirakını davam etdirir. Ona görə sabah hamılıqla “Qarabağ”lı olmalıyıq.
- Həmişə deyirdiniz ki, komanda azarkeşlərdən ruh almalıdır, azərkeşlərin komandaya böyük təsiri var.
- Əlbəttə. Əsas şərtlərdən biri odur ki, futbolçular azarkelərdən istilik ala bilsinlər, onların enerjisini, ruhunu hiss edə bilsinlər. Bu, oyunçuların daha inamlı olmasına gətirib çıxarır. Məncə, sabah stadion yenə dolacaq və dediyim ki, hamımız “Qarabağ”lı olacağıq.
- “Qarabağ”a qarşı xüsusi simpatiyanızın olduğunu görürük. Bu, sizin qarabağlı olmağınız, yoxsa komandanın uğurları ilə bağlıdır?
- Qarabağın işğal altında olduğu bir dövrdə əslində hər bir bakılı, naxçıvanlı, lənkəranlı, gəncəli öz yerindən daha çox qarabağlı olmalıdır. Bu halda biz Qarabağın işğaldan azad edilməsinə nail ola bilərik. Bu baxımdan Ağdam klubuna simpatiyamın olması qarabağlı olmağımla bağlı deyil. Qarabağ hamımızın yarasıdır. Güman edirəm ki, başqa bir bölgədən olsam da, yenə “Qarabağ”a azarkeşlik edərdim. Sadəcə, qarabağlı olduğum üçün kənar insanlar bunu belə qələmə verirlər. Amma burada məsələnin mahiyyəti təkcə “Qarabağ”a azarkeşlik etmək deyil. Xüsusilə Avroliqa oyunlarında “Qarabağ”ın qalib gəlməsi, Avropanın müxtəlif şəhərlərdən qalibiyyətlə geri dönməsi Avropadakı insanların şüuruna Qarabağın Azərbaycan torpaqları olmasını yeridir. Bunu böyük maliyyə və təbliğatla etmək də mümkün deyil. İdmanın, futbolun etdiyini çox vaxt başqa təbliğatla etmək olmur. Ona görə də “Qarabağ”a mümkün olan dəstəyi verməliyik. Amma “Qarabağ”ın özü də yaxşı komandadır. Qurban Qurbanov çox sağ olsun ki, belə komanda yaradıb. Oyunçular da sağ olsun ki, ürəklə çıxış edirlər.
- Həmişə demisiniz ki, “Qarabağ”da yerli futbolçuların sayı çoxalması sizin üçün ikiqat xoşdur. İndi isə yerli futbolçuların qıtlığı səbəbindən komandaya gətirilən legionerlərin sayı artıb.
- Mən buna pis baxmıram. Ancaq həddindən artıq olması yaxşı hal deyil. Yadımdadır ki, bir dəfə Bakı “İnter”inin oyununu izləməyə getmişdim. Komandanın 80 faizi legioner idi. Bunu qəbul etmirəm. Hesab edirəm ki, ən uzağı 20-30 faiz legioner olmalıdır. Məhz öz futbolçularımıza güvənməliyik. Çünki elə məqamlar olur ki, idmanda da məhz milli ruh, vətənin mənafeyi futbolçuya əzm verir. Ancaq legionerlər üçün sadəcə peşəkarlıq, pul qazanmaq var. Bu baxımdan dediyim o ruh peşəkarlığı üstələyir.
- “Qarabağ”ın Avroliqa oyunlarında səfər meydanlarında da çıxış edir. Xarici ölkələrdə diaspor təşkilatlarımız var. Azərbaycan cəmiyyətində bir ziyalı sözünə həmişə ehtiyac olub. “Qarabağ”a dəstək olmaq üçün həmin diasporalarımıza nə demək istərdiniz?
- Eşitmişəm ki, bizim İsveçdə yaşayan dostlarımız - Vahid Qazi və başqaları “Qarabağ” cavab görüşündə komandaya dəstək olacaqlar. Mən də tək İsveçdə yox, ora yaxın ölkələrdə yaşayan soydaşlarımızı da “Qarabağ”a dəstək olmağa çağırıram. Bu da bir vətənpərvərlik, Qarabağın təbliğatı deməkdir. Ona görə getsinlər orada Azərbaycan bayrağını qaldırsınlar, “Qarabağ” şüarını səsləndirsinlər.
- Və sonda. “Qarabağ”dan gözləntiniz nədir?
- İntuisiyam mənə deyir ki, “Qarabağ” mərhələni keçəcək. Çox arzu edirəm ki, Ağdam təmsilçisi növbəti turda da elə bir komanda ilə rastlaşsın ki, onu keçib qrupa düşə bilsin. Amma burada bəxt amili də var. Əvvəlki illərdə “Qarabağ” “Borussiya” və “Tvente” kimi güclü klublarla düşmüşdü. İndi də güclü komandalarla düşsə, çətin olar. Amma dediyim ki, “Qarabağ” artıq formalaşmış bir komandadır və digər klublarımızdan üstün keyfiyyətlərə malikdir.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi