“Bakı” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Komandanız yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim-məşq toplanışında oldu, bir neçə yoxlama oyunu keçirdiniz. Hazırlıqlar necə keçdi?
- Normal hazırlaşa bildik. Çalışırdıq ki, yoxlama oyunlarına çempionatdakı kimi çıxış edək. Yaxşı formada olduğumuz deyə bilərəm. Bir neçə yoldaşlıq oyunu keçirdik. Yaxşı nəticələr qazandıq. Kifayət qədər güclü rəqiblərlə qarşılaşdıq. Ümumi götürəndə toplanışımız yaxşı keçdi.
- Yeni baş məşqçi ilə çalışmaq necədir?
- Hər gün münasibətlərimiz daha da yaxşılaşır. Futbolçular da onu yaxından tanımağa başlayır. İnşallah, yeni baş məşçimizlə yaxşı nəticələr qazana bilərik.
- Deyilənə görə, futbolçuları ağır məşqlər keçir. Hətta bəzi futbolçular bu məşqlərə dözmədiyindən komandanı tərk edib.
- Belə söhbətlər yayılıb. Ancaq heç də elə deyil. Həmişə yükləmə olanda futbolçular deyinir. Hər yerdə belədir. Ancaq nə dərəcədə ağır da olsa, məşqçinin dediyini eləməliyik. Məşqlərdə qaçmalısan ki, oyunda da sənə rahat olsun.
- Yoldaşlıq oyunlarında öz durumundan razı qaldınmı? Özünü yeni mövsümə hazır sayırsan?
- Hər şey qaydasındadır. Var gücümlə çalışıram ki, yeni mövsümdən yaxşı oyunlar göstərim.
- Klublarımızın Avroliqadakı çıxışları haqda nə deyə bilərsən?
- Hər bir azərbaycanlı kimi mən də komandalarımızın hər bir oyununu maraqla izlədim. Təəssüf ki, “Qarabağ”dan başqa digər klublarımız uğur qazana bilmədi. Mənim üçün “Neftçi” və “Xəzər Lənkəran”ın nəticəsi gözlənilməz oldu. “Neftçi”nin mərhələ adlaya bilməməsinin səbəbi öz meydanımızda qol vura bilməməkləri oldu. Özləri işlərini çətinə saldı. İndi hamımız “Qarabağ”a azarkeşlik edirik. İnanıram ki, “Qarabağ” bu il Avropada uğurlu nəticə qazanacaq. Qrup mərhələsinə qədər irəliləyə bilərlər.
- Səninlə birgə “Qarabağ”dan Vaqif Cavadov və Əfran İsmayılov oyunçular getdi. Komandanın indiki heyəti ilə bağlı nə deyə bilərsən?
- Yeni gələnlər yüksək keyfiyyətli oyunçulardır. Həmişə gedənin yeri doldurulur. Əsas odur ki, komandanın oyun sistemi qalıb. Kim gəlsə, bu komandada oynaya bilər. “Qarabağ” həmişə iddialı olub. Bu il daha da irəli baxırlar. Bunu da bacara bilərlər. Çünki indiki rəqiblər elə də güclü deyil. Əvvəlki illərdə rəqiblər daha güclü idi.
- Yeni mövsümdə komandanız hansı hədəflər üçün mübarizə aparacaq?
- “Bakı” klubun həmişə böyük hədəflər üçün çalışıb. Həm çempionatda, həm də kubok oyunlarında iddialı olub. Yeni mövsümdə də bütünlüklə çalışacağıq ki, hər iki istiqamətdə yaxşı nəticə qazanaq.
- İlk oyununuz “Qəbələ”ylədir. Rəqibiniz bu mövsüm yaxşı transferlər edərək güclənib. Artıq bu oyunu düşünürsünüz?
- Qeyd etdiyiniz kimi “Qəbələ” yaxşı futbolçularla güclənib. Onların yoldaşlıq oyununa nəzər saldıqda da görürük ki, uğurlu nəticələr qazanırlar, yaxşı heyətləri var. Hiss olunur ki, bu yeni mövsümdən daha güclü olacaqlar. Məncə, “Qəbələ” bu il daha iddialı olacaq. Onsuzda bu mövsüm hər rəqiblə oyun çətin olacaq. “Qəbələ” ilə oyunu da artı fikirləşirik. Çempionatda yaxşı start götürmək istəyirik.
- “Bakı” – “Qəbələ” oyunu yeni mövsümün açılışı olacaq. İlk oyundaca qol vurmaq əlamətdar olardı. Bu haqda düşünmüsən?
- Bəli. Qismət olsa vuraram.
- Yeni mövsümdə səni bombardirlər siyahısında görə bilərik? Nəzərə alaq ki, keçən mövsümün bombardiri Nikolas Kanales də artıq çempionatımızda yoxdur.
- Əlimdən gələni edəcəyəm ki, çoxlu qol vurum.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi