Yazıçı Seyran Səxavət “Qarabağ”ın Avroliqadakı çıxışları ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- “Qarabağ”ın azarkeşi olduğunuzu bilirik. Bu komandanın son matçlarını izləmisiniz?
- Bəli, “Qarabağ”ın da oyunlarını izləmişəm, “Barselona”nın da. Sevinirəm ki, “Qarabağ” hələ ki, mərhələ adlayır. Bu komandanın oyununu çox bəyənirəm. Çünki komanda düzgün yol seçib. Azərbaycana başqa ölkələrdən xeyli baş məşqçi gəlib. Ancaq onlar futbolumuza heç bir fayda vermir. İstər klublara, istərsə də milli komandamıza gələn almaniyalı və ya braziliyalı Azərbaycan futboluna xeyir verə bilməz. Özümü dünyanın ən yaxşı futbol azarkeşlərindən biri hesab edirəm. Uzun müddət təcrübəsi olan, futboldan anlayan bir insan kimi deyirəm ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yürütdüyü futbol siyasəti ən doğrusudur. Heç Qurban Qurbanovla üz-üzə gəlməmişəm, onu şəxsən tanımıram. Ancaq Azərbaycan futboluna ən çox bu adam xeyir verə bilər. Artıq bu, sübut olunmuş faktdır. Bəzən deyirlər ki, Qurbanov hələ cavandır. Ancaq peşədə, ixtisasda, sənətdə əgər gözəl istedadın varsa, onun nə cavanlığa, nə də qocalığa dəxli var. Əsgərlik deyil ki, deyəsən ki, yaşı çatmır. Həm də Q.Qurbanovun nəyi cavandır?
- “Qarabağ”ın oyunlarını izləmək üçün stadiona gedirsiniz?
- Son vaxtlar gedə bilmirəm. Evdə televiziya vasitəsi ilə baxıram. Ancaq İsveç klubu ilə avqustun 1-də olacaq oyuna getmək istəyirəm. Bir dostum var, deyib, səni aparacağam. Evim stadiondan uzaqdadır. Mərdəkanda yaşayıram.
- “Qarabağ”ın hazırkı heyəti ilə bağlı nə deyə bilərsiniz? Əvvəlki illərə nisbətən legonerlərin sayı artıb. Onların oyununu bəyənirsiniz?
- Göz dəyməsin, yaxşıdır. Xüsusilə ölkə çempionatında çox gözəl çıxış etdilər. Həmin vaxt bütün oyunlarını mütəmadi izləyirdim. 2-3 il əvvəl “Qarabağ” əsasən yerli futbolçulardan ibarət idi. Yaxşı da çıxış edirdilər. Açığı indi yeni futbolçularla o qədər də tanış deyiləm. Futbolçuya heç olmasa yarım mövsüm baxmalısan ki, ona dəqiq qiymət verəsən. Bəzi futbol şərhçilərimiz kimi dahiyanə deyə bilmərəm ki, flankəs orda artıqdır, filan oyunçu vaxtında gəldi.
- Klublarımızın oyunlarına gələn azarkeşlərin sayının az olması ilə bağlı nə deyə bilərsiniz? Bunun səbəbləri hardan qaynaqlanır?
- Ümumiyyətlə, müasir Azərbaycan futbolunun azarkeşi azdır. Yadımdadır ki, mən tələbə olanda indiki Tofiq Bəhramov adına Respulika stadionu həmişə tam dolurdu. Sizə 1960-cı illərdən danışıram. O vaxt futbolumuz var idi. Ona görə azarkeşlər oyuna gəlirdi. Futbol olsa, azarkeş də olar. Futbol da papiros kimi xəstəlikdir. Papirosun olmayanda necə qonşuya gedirsənsə, futbolda da pulun olmasa da, hardansa tapıb bilet alarsan. Ancaq təəsüflər olsun ki, futbolumuza kənardan müdaxilə edirlər. Zənglə, tanışlıqla, bəzən də rüşvətlə oynayırlar. Ona görə də Azərbaycan futbolu sürünə-sürünə gedir. Halbuki futbolumuz Maşallah Əhmədov kimi sürətlə də irəliləyə bilər. Əgər futbolumuzdan inkişafdan başqa bir şey ummasaq, onda Avropada öz süzümüzü deyə biləcəyik.
- “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə doğma meydanda qarşılaşacaq. Tanınmış insan kimi azarkeşlərə komandamıza dəstək olmaq üçün sözünüz varsa, buyurun.
- Azarkeşlər içərisində saysız-hesabsız oxucularım var. Onların hamısını stadiona baxmağa dəvət edirəm. Özüm də stadionda olacam. Gəlsinlər, azarkeşlik etsinlər. Yazıçı oxucunun nəfəsini hiss edəndə güclü olur. Futbolçu da azarkeşin ona tərəfdaşlıq etdiyini görəndə, eşidəndə güclü olur. Yəni yazıçı üçün oxucu problemi nə qədər vacibdirsə, futbolçu üçün də azarkeş problemi o qədər vacibdir. Onu da deyim ki, “Qarabağ” azarkeşləri başqa klublardan fərqlənir. Onlar daha intellektual, futbolu bilən, onunla yaşayan adamlardır. Onların hamısını avqustun 1-də “Qarabağ”la çiyin-çiyinə mübarizə aparmağa dəvət edirəm. İstərdim ki, onlar 12-ci oyunçu kimi stadiona gəlsinlər.
- “Qarabağ” azarkeşlərinin əksəriyyəti yurd-yuvalarından didərgin düşmüş insanlardır. Komandanın qələbələri onlar üçün hardasa bir təsəlli ola bilərmi?
- Əlbəttə, olar. Mən də bir qarabağlı kimi dediyniz fikirdəyəm. İnanıram ki, “Qarabağ”ın hər qələbəsində azarkeşlərə elə gəlir ki, Qarabağa doğru gedirlər. Elə bil ki, itirdiyimiz torpaqlara bir addım da yaxınlaşırıq. Bunlar mənim aləmimdə bir həqiqətdir.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi