"Neftçi" oyun ərzində üstün tərəf olsa da, hücumlarının kəsəri yox idi. Əfsuslar olsun ki, komandamız dünənki oyunda məğlub olub, Çempionlar Liqasında mübarizəni dayandırdı”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib. O, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin “Skenderbeu” komandasına məğlub olaraq (0:1) mübarizəni dayandırmasının səbəblərindən danışıb.
Qeyd edib ki, təmsilçimiz rəqibi düzgün qiymətləndirə bilməyib: “Neftçi” sanki dünən meydançada top saxlamaqla məşğul idi. Topa nəzarət etmək yaxşıdır. Ancaq hücuma keçmək lazımdır axı. “Neftçi” çox az qol vəziyyəti yaratdı. Komandamız bilməli idi ki, rəqib açıq futbola üstünlük veməyəcək. “Skenderbeu”nun futbolçuları gözləyirdi ki, qarşılaşma penalti seriyalarına qədər uzansın. Oyun başlayandan rəqib ancaq bunu düşünürdü. Təəssüf ki, oyunun əsas vaxtının sonlarında “Neftçi”nin futbolçusu İqor Mitreski qırmızı vərəqə aldı. Bundan sonra “Neftçi” meydanda “söndü”. Ancaq hesabı qorumaq haqda düşündü. Platye meydanda qalsaydı, daha yaxşı olardı. Çünki Vobay ikinci əlavə olunmuş vaxtda tam dayandı, oynamadı. “Skenderbu” isə ümidlənib hücumlara atıldı. Çünki “Neftçi” müdaifədə oturmuşdu. Ancaq inanın ki, “Neftçi” öz yolu ilə oynayıb hücumlara keçsəydi, 10 nəfərlə də qalib gələcəkdi”.
Y.Hüseynov bildirib ki, “Neftçi” mərhələni keçməyə borclu idi. Çünki rəqib həddindən artıq zəif idi: “Skenderbeu”da oyun adında bir şey görmədim. Komanda düzgün ötürmə də verə bilmirdi. 90 dəqiqə ərzində “Neftçi”nin qapısı yanında heç bir təhlükə yada bilmədilər. Bu komandanı necə udmayasan?!”
Y.Hüseynov klublarımızın Avroliqada çıxışları haqqında da fikir bildirib. O,vurğulayıb ki, “Qarabağ”ın II təsnifat mərhələsni keçəcəyinə inanır: “Xəzər Lənkəran” “Makkabi” ilə oyunda demək olar ki, meydançada yox idi. “Makkaki” ilk oyunda çox özündən razı şəkildə çıxış edirdi. Sanki meydançada məşq edirdilər. Yəni çox rahat qələbə qazandılar. “Makkabi” həqiqətən çox güclüdür. Ancaq cavab oyununda da belə arxayın olsalar, “Xəzər Lənkəran” onları cəzalandıra bilər. Çünki rəqibə üstən aşağı baxanda hər bir komanda uğursuzluğa düçar olur. Ancaq oyunlarına baxanda dəqiq deyə bilərəm ki, “Xəzər Lənkəran” “Makkabi”ni keçəcək halda deyil. Məncə, “Makkabi” mərhələni keçəcək.
“Qarabağ”a gəldikdə, komandamız ev oyununda əzmkar qələbə qazandı. Ancaq rəqib də güclüdür. Çempionarlarında ilk oyunda 3:2 hesabı ilə qalib gəliblər. Ona görə də yüksək əhval-ruhiyyədədirlər. “Qarabağ”a uğurlar arzulayıram və inanıram ki, mərhələni keçə bilər. Ancaq çox çətinliklə”.
“İnter”in rəqibi yaxşı komandaya bənzəyir. Həm də Skandinaviya ölkələrinin komandalarında boşalma olmur. Onlar axıra qədər mübarizə aparırlar. İnanmıram ki, “Tromse” 2:0 üstünlüklərini Bakıda qoruya bilməsinlər. “İnter”in də mərhələ keçəcəyinə inanmıram”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi