Millət vəkili, “Qarabağ” klubunun fəxri prezidenti Aqil Abbas avrokuboklarda Azərbaycan klublarının çıxışı ilə bağlı Qol.Az saytına müsahibə verib
- “Qarabağ”ın Avroliqanın I təsnifat mərhələsində “Metallurq”la oyununu izlədiniz? Komanda necə çıxış etdi?
- “Neftçi” keçən il Avroliqanın qrup mərhələsinə düşdü, çox sevindik. Ancaq bu, “Qarabağ”ın da haqqıdır. “Neftçi”yə və digər klublarımıza uğurlar arzulayıram. Ancaq “Qarabağ” Azərbaycanda hamıdan güclüdür. Digər klublar özləri üçün oynayır. “Qarabağ” “Metallurq” səddini keçdi. Çox sevindik. Bunun qətiyyən ağdamlı olmağımla əlaqəsi yoxdur. Mən hər bir komandamızın uğuruna sevinirəm. Çünki futbolu sevirəm. Ancaq “Qarabağ” uğur qazananda onun adına görə ikiqat sevinirəm. Bundan başqa, mən “Qarabağ”a həm də Qurban Qurbanova görə sevirəm. Sabah Qurban Qurbanov “Neftçi”yə keçsə, bəlkı bu komandanı “Qarabağ”dan çox sevərəm. Bu gün Azərbaycanda futbolunda Qurban Qurbanov faktı var. Bunu kim qəbul etmirsə, futboldan anlayışı yoxdur. Qurban Qurbanov futbolumuzun Labonovskisidir. Çox sevinirəm ki, belə məşqçimiz var. Azərbaycanda Ağasəlim Mircavadov, Vaqif Sadıqov və s. kimi futbol mütəxəssisləri var. Ancaq Qurban Qurbanovdan yoxdur.
- “Qarabağ”ın növbəti rəqibi Polşanın “Piast” klubu ilə olacaq. Sizcə, Ağdam komandası bu komandanı keçə biləcək?
- Polşa Avropada ən güclü futbol mədəniyyəti olan bir ölkələrdəndir. Bunu heç kim dana bilməz. Hətta Polşa futbolu Hollandiyadan da güclüdür. Amma inanırıq ki, bu komandanı keçəcəyik. Əgər buna inanmırıqsa, niyə futbol oynayırıq. Elə gedək Polşada istirahət edək, çiyələk yeyək, gələk. Polşada olan çiyələk heç bir yerdə yoxdur. Amma biz ora çiyələk yeməyə yox, Ağdamın, Qarabağın, Azərbaycanın şərəfini qorumağa gedirik.
- “Piast” klubunun baş məşqçisi azarkeşləri haqda çox arxayın danışıb. Bildirib ki, onların sayəsində “Qarabağ”ı keçəcəklər. Siz bir qarabağlı ziyalı kimi “Qarabağ”ın azarkeşlərinə komandaya dəstək olmaları üçün nə demək istəyirsiniz?
- Sizə bir sirr açmaq istəyirəm. Mənim 60 yaşım var. Onun 53 ilini “Qarabağ” klubu ilə yaşayıram. “Qarabağ”ın bütün oyunlarına gedirdim. Səfər matçlarında digər klubun azarkeşləri çığırıb-bağırardı. “Qarabağ” futbolçuları isə öz aralarında muğam oxuyardı, bir-biri ilə musiqi ilə danışardı. Belə edirdilər ki, qıraqdan gələn səsləri eşitməsinlər. Çünki o səslərin içində söyüş də olurdu. “Qarabağ” 2009-cu ildə Avroliqada “Rusenborq”la oyuna hazırlaşanda “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə onların məşqinə getdim. Biz onlara oyundan qabaq ruh verdik. İndi də çox istərdim ki, oyundan qabaq komanda ilə söhbət edim. Onsuz da biz 20 ildir öz torpağımızda oynamırıq. 1-2 il oynadılar, sonra sag olsunlar, yenə Ağdamdan çıxdılar. Ancaq rəqibin azarkeşləri nə qədər çox olsa da, yenə “Qarabağ” “Piast”ı qələbə ilə keçəcək. Azərkeşlərə sözüm odur ki, komanda uduza da bilər, turniri də tərk edə bilər. Ancaq komandanı sona qədər dəstəkləmək lazımdır. Mənim iki oğlum var. Tutaq ki, onlardan biri axmaqlıq edib. Mən onu dərhal oğulluqdan çıxara bilmərəm axı. Uşaq bir səhv edibsə, onu daha çox sevərlər, daha çox əzizləyərlər ki, sabah daha güclü olsun. Onsuz da “Qarabağ” bu mərhələni yüz faiz keçəcək. Ancaq azarkeşlərə demək istəyirəm ki, öz komandalarını sona qədər dəstəkləsinlər. İngiltərədən, Türkiyədən azarkeşlik etməyi öyrənsinlər. Görsünlər, komandanı sona qədər necə dəstəkləyirlər. Bilirəm ki, “Qarabağ”ın azarkeşlərində bu var. Ancaq təəssüf ki, “Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri də komandalarını sona qədər dəstəkləmir. Dəfələrlə görmüşəm ki, komandaları uduzanda qıraqdan söyüş söyürlər. Belə olmaz.
- “Qarabağ”ın heyətinə baxdıqda bu il daha yaxşı uğur gözləmək olar?
- Heyət baxımından “Qarabağ”dan və “Xəzər Lənkəran”dan uğur gözləyirəm. “Neftçi” keçən il yaxşı oynadı. Ona görə ola bilsin komandada istək bir qədər soyuyub. Ancaq “Xəzər Lənkəran” bunu etməlidir. Çünki bu komandaya yaradılan şərait bəlkə də “Barselona”ya yaradılmayıb.
- Ancaq “Xəzər Lənkəran” güclü “Makkabi” (Hayfa) klubu ilə düşüb.
- Yadınızdadırsa, “Qarabağ” 1999-cu ildə İntertoto kubokunda “Makkabi”yə qalib gələrək növbəti mərhələyə keçmişdi. Nə “Makkabi”, nə filan? Əgər komandada təpər varsa, “Barselona”ya qalib gələr. Komandada istək, həvəs olmaıdır. “Xəzər Lənkəran”ın 14 yaşlı futbolçulardan ibarət komandasında bir futbolçu var. Onun oyununa heyran qaldım. Gedib Afrikadan futbolçu gətirməkdənsə, həmin 14 yaşlı uşağı oynatsalar, daha yaxşı olar. Ən çox “Xəzər Lənkəran” “Qarabağ”a azarkeşlik edirəm. Bütün komandalarımızı sevirəm. Ancaq istəyirəm ki, bu iki komanda bu il nəsə etsin.
- “İnter” haqda nə deyə bilərsiniz?
- “İnter” mənim komandam deyil. Çünki oyunlarına baxanda bir də görürsən ki, 1 və ya 2 azərbaycanlı futbolçu var. Ən təmiz Azərbaycan komandası “Qarabağ”dır. Hərdən “Bakı” ilə “İnter”in oyununa baxıram. Orda bir dənə Azərbaycan soyadı eşitmirəm. Elə bilirsən ki, İspaniya çempionatına baxırsan.
- “Qarabağ”ın heyətində də dəyişiklik olub.
- Razıyam. Dəyişiklik olub. Ancaq mən bununla razışlamıram. Vaxti ilə “Qarabağ”da 9 ağdamlı, 1 yevlaxı və 1 gəncəli oynayırdı. Onda da komanda Avroliqaya gedirdi. Demirəm gedib, orda nəsə edirdilər. Ancaq gedə bilirdilər. Yəni demək istəyirəm ki, əvvəlcə öz millətimizi futbola öyrətmək lazımdır. Sonra kənardan futbolçu gətirmək olar. Mənim “İnter”ə də, “Bakı”ya da hörmətim var. Amma oyunlarına baxa bilmirəm. Dərisi qara olduğu üçün Afrikadan bir süpürgəçi gətirib oynatmaq düz deyil axı. Hər dərisi qara olan futbolçu deyil, hər yapon da karateni yaxşı bilmir. Əgər komanda uduzanda onun oyunçusu və məşqçisi ağlamırsa, onda getsin, özün assın. Konfederasiyalar kubokuna baxdınız, Uruqvay ikinci yerə çıxdı. Ancaq oturub hönkürtü ilə ağlayırdılar. Biz ikinci yerə çıxsaydıq, sevindiyimizdən uçardıq. Həmin futbolçulara ev, maşın verərdik. Komanda odur ki, uduzanda ağlasın. Baş məşqçiləri də, oyunçuları da. Amma Foqtsun ağlamaq istəyi yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
"Bavariya" PSJ-yə, "Mançester Siti" "Feyenoord"a qarşı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?