“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Komandanızın Avstriyadakı hazırlıqları necə keçdi?
- Yüksək səviyyədə. Əvvəlki illərlə müqayisədə bu dəfə daha ağır məşqlər etdik. Yüksək yerlər uğrunda mübarizə aparırıqsa, hazırlıqlara çox məsuliyyətlə yanaşmalıyıq. Ona görə də həddindən artıq ciddi hazırlaşmalıyıq.
- Yoldaşlıq oyunlarında komandanız qalib gələ bilmədi. Bu, rəqiblərin güclü olması ilə bağlı idi, yoxsa qələbə sizin üçün önəmli deyildi?
- Demək olar ki, son oyunda fərqli heyətlə onadıq. Qalan bütün oyunlarda əsas heyətlə çıxış etdik. İmkan daxıilində bütün futbolçular oyunlarda iştirak etdi. Komandamız oyunların çoxuna yorğun vəziyyətdə çıxırdı. Ola bilsin, bunlar nəticəyə təsir edib. 1:2 hesabı ilə uduzduğumuz son oyunda isə heyətimizin əksəriyyəti cavan futbolçular idi. Yenə də həmin oyunda komandamız pis tədir bağışlamadı.
- Həmin oyunlarda yeni gələn futbolçulr necə təsir bağışladı?
- Hər üçünün oyunu seçilir. Çünki yaxşı komandalarda oynamış, təcrübəli futbolçulardır. Kanales komandadan getsə də, əvəzinə iki hücumçu gəlib. Bahadir Nasimov da əvvəlki formasına düşüb. Ona görə də hücum xətttimizdə elə bir problem görmürəm.
- Çempionlar Liqasındakı rəqibiniz – Albaniyanın “Skenderbeu” komandası haqda nə deyə bilərsən?
- Hələ ki, rəqibin oyununu izləməmişəm. Bu gündən klubun bazasına yığışmışıq. “Skenderbeu”nun oyunlarına baxacağıq, baş məşqçi öz tapşırıqlarını verəcək. Rəqibi dərindən analiz edəcəyik. Onu deyə bilərəm ki, “Skenderbeu” da öz ölkəsinin çempionudur. Hər komanda öz ölkəsinin adını təmsil edir. Bu mənada, rəqibə zəif demək olmaz. Bizi çox çətin oyun gözləyir.
- Bəs “Neftçi” ilə müqayisədə “Skenderbeu”nu zəif saymaq olar? Mütəxəssislər “Neftçi”ni rəqibdən güclü sayır.
- Bizim Avroliqadakı uğurlarımıza görə futbol ictimaiyyəti “Neftçi”ni güclü sayır. Çünki “Neftçi”nin təcrübəsi, maddi vəziyyəti “Skenderbeu”dan üstündür. Amma Avropada futbol getdikcə inkişaf edir. Bəlkə də, rəqib bizim beş oyunumza baxıb, bizi daha yaxşı tanıyırlar. Biz bu oyunun məsuliyyətini yaxşı dərk edirik. Tam gücümüzlə hazırlaşırıq.
- Komandanız hazırkı gücü ilə Çempionlar Liqasında uğur qazana bilər, yoxsa keçən ilki kimi Avroliqada irəliləmək istəyirsiniz?
- “Neftçi”nin hədəfi ÇL-ın qrup mərhələsinə düşməkdir. Əvvəlcə ÇL-i düşünürük. Avropada uğur qazanmaq bizə çox lazımdır. Buna ehtiyacımız var. Bacarığımız qədər mübarizə aparacağıq.
- Avroliqada iştirak edən komandalarımızın oyunu haqda nə deyə bilərsən?
- Hər üç komandanın oyununu izlədim. Bunlardan “Qarabağ”ın oyunu qeyd edə bilərəm. Çünki demək olar ki, komanda sabit heyətlə oynayır. Yaxşı hazırlıq keçiblər. “İnter” də əla təsir bağışladı. “Xəzər Lənkəran”da pis çıxış etmədi. Ancaq “Qarabağ”ın çıxışını daha çox bəyəndim. Bu komandadan uğur gözləmək olar.
- “Xəzər Lənkəran”ın növbəti mərhələdi rəqibi “Makkabi” (Hayfa) ilə yoldaşlıq oyunu keçirdiniz və 0:3 hesabı ilə mğlub oldunuz. Bu baxımdan “Xəzər Lənkəran”ı növbəti mərhələyə keçmək şansının az olduğunu demək olar?
- Biz “Makkabi” ilə yorğun halda oynadıq. Həm də rəqib bizi daha yaxşı tanıyırdı. Çünki biz ötən il Avroliqada xeyli oyun keçirdik. Ona görə onlar qalib gəlməyi daha çox istəyirdi. Nəticəyə çox da önəm vermirdik. Ancaq “Xəzər Lənkəran” üçün çətin komandadır.
- “Makkabi”ni “Xəzər “Lənkəran”dan birbaş güclü saymaq olar?
- Məncə, olar. Hər iki komanda ilə oynamışam. Səviyyələrini bilirəm. “Makkabi” “Xəzər Lənkəran”dan üstündür. Ancaq şansları 50/50-yə görürəm. Birinci oyundan çox şey asılıdır. “Xəzər Lənkəran” səfərdən sərfəli nəticə ilə gəlsə, turu keçə biləcək.
- Bəs “Neftçi”nin şanslarını necə görürsən?
- Öz meydanımızda oynayacağıq. Bizim üstünlüyümüz var. Şanslarımızı heç vaxt 50/50-yə qiymətləndirməzdim. Ən azından birinci oyunda qalib gəlməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi