“İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Avrolqanın I təsnifat mərhələsinin Finlandiyada “Mariehamn”la cavab oyununda çoxlarının gözləmədiyi halda 2:0 hesabı ilə qalıb gəlib, növbəti mərhələyə keçdiniz. Oyun necə keçdi?
- Çoxları bizim qələbəmizə şübhə edirdi. Ancaq qələbə qazanmaqla birinci oyundak nəticənin təsadüfi olduğunu sübut etdik. Oyuna gəldikdə isə, rəqib çox yaxşı başladı. Sanki Bakıdakı komanda deyildi. Ev sahibi olduqları üçün üstünlüyü ilk dəqiqələrdən ələ almaq istəyirdilər. Buna baxmayarq, biz daha istəkli idik. Oyundan qabaq futbolçularımızla danışdıq ki, bu komandanı keçməlyik. Çünki bizim üçün keçilməz deyil. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilirdik. Bunun nəticəsində də penalti epizodu oldu. Baçana da penaltini dəqiq yerinə yetirdi. Bundan sonra rəqib irəli atıldı. Bu da daha çox bizim işimizə yaradı. Müdafiədən yaranan boşluqdan istifadə edib, hesabı 2:0 etdik. Şükürlər olsun ki, layiqli qələbə qazanıb, vətənə üzüağ qayıtdıq.
- Rəqibin birinci oyuna nisbətən yaxşı çıxış etdiyini dedin. “İnter” necə, ilk oyundakı səhvlərdən nəticə çıxara bilmişdi?
- Mən deyərdim ki, ilk oyunda da pis təsir bağışlamamışdıq. Rəqib qapımıza iki zərbə vurdu, onlardan biri qol oldu. Cavab oyununda da müdafiədə yaxşı oynadıq. Bununla yanaşı iki qol vurduq. Yəni səfərdə daha yaxşı oynadıq.
- Vaqif Cavadovun ilk oyunda çıxışı qaneedici olmadı. Cavab oyununda isə qol vurdu. Onun çıxışı necə, baş məşqçini qane etdi?
- Vaqif komandamıza təzə gəlib. O, “Qarabağ”da başqa üslubda oynayıb. “İnter”in oyun quruluşu “Qarabağ”dan tam fərqlənir. Ona görə də Vaqifin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Onun zəif və ya güclü oynamağından asılı olmayaraq dəstək verməliyik. Ancaq hiss olunur ki, getdikcə baş məşqçinin tapşırıqlarını daha çox yerinə yetirə bilir. Səfərdə də Bakıdakından yaxşı oynadı. Qapıya üç zərbəsi oldu. Onlardan biri qol oldu. Çox baxımlı qol qeydə alındı. İnanıram ki, çox keçmədən Vaqif komandamıza böyük kömək edəcək.
- “İnter”in həmişə səfərdə daha yaxşı çıxış etməsi nə ilə bağlıdır?
- Bunun səbəbini mən də bilmirəm. Son oyunlara gəldikdə isə, ev oyununda özümüzü “yandırdıq”. Hamı qələbə üçün nəsə etmək istəyirdi. Bəlkə də həddindən artıq qələbə istəyindən irəli gəlirdi. Bütün futbolçularımız çalışsa da, nəticə olmadı. Baş məşqçimiz də oyundan sonra bizi danlamadı. Dedi, başınızı dik tutun, bu komandanı keçmək olar. Bizim komandamız onlarla müqaisədə çox güclüdür. Meydana çıxanda futbolçularda özünəinam olmalıdır. Cavab oyununda da bunun nəticəsində qələbə qazandıq.
- İlk oyunlardan nəticə çıxararaq, cavab matçında hansı dəyişik taktika ilə oynadınız?
- Hər bir oyundan sonra oturub öz səhvlərimizə baxırıq. Baş məşqçi səhvlərimizi deyir və bildirir ki, burada bunu səhv etdin. İlk oyunumuzn videoyazısına üç dəfə baxdıq. Gördük ki, biz hücumda olarkən bir futbolçumuzun üzərinə altı-yeddi oyunçu gəlirdi. Ona görə də ikinci oyunda tez-tez ötürmələrin yerini dəyişdik. Əsasən topu rəqibin cinahlarındakı boşluqlara ötürməklə qol epizodları yaratdıq.
- Növbəti mərhələdə rəqibiniz Norveçin “Tromse” klubu olacaq. Bu komanda haqda nə deyə bilərsən? Səncə, keçiləsi rəqibdir?
- Onu bilirəm ki, I təsnifat mərhələsində Sloveniyanın komandasına ümumi hesabda 3:2 hesabı ilə qalib gələrək bizə rəqib olublar. Sabahdan onların oyunlarına baxacağıq. Hələ ki, bu komanda haqda dolğun məlumatımız yoxdur.
- “İnter”də futbolçu qıtlığı var. Əsasən də hücumçu sarıdan korluq çəkir. Səncə, bu heyətlə Avroliqada çox uzağa getmək olar?
- Baş məşqçimiz bildirmişdi ki, yeni transferlər olacaq. Razıyam ki, bizdə hücumçu çatışmazlığı var. Cəmi bir hücumçumuz var. Tək Baçana Sxadadze ilə bizə çətin olacaq. Ramil Mansurov da hücumda oynayır. Onun yaxşı xüsusiyyətləri olsa da, hələ gəncdir. Ancaq çempionatda komandaya lazımlı qələbə qazandırıb. Avropada qabağa getmək istəyiriksə, yeni hücumçu almalıyıq. Baçana zədələnsə, ümidimiz cavan hücumçu Ramilə qalacaq. Mənə elə gəlir ki, komandaya hücumçu cəlb olunacaq. Çünki ən azı komandada iki hücumçu olmalıdır.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi