“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi
- Dünən Avroliqanın I təsnifat mərhələsinin cavab oyununda Maltanın “Slima” klubuna 1:0 hesabı ilə qalib gələrək II mərhələyə keçdiniz. Oyun haqda nə deyə bilərsən?
- Rəqib elə də güclü olmasa da, oyun bizim üçün çətin oldu. Hesabı açdıqdan sonra “Slima”nın futbolçuları irəli atıldılar. Biz də hücumlarımıza ara vermədik. Ona görə də, gərgin oyun getdi. Böyük hesabla da qalib gələ bilərdik. Çünki xeyli qol imkanımız oldu. Ancaq əsas odur ki, doğma meydanda qalib gələrək II mərhələyə adladıq və azarkeşləri sevindirdik.
- “Xəzər Lənkəran”nı “Slima”dan səviyyəli komanda hesab etmək olar?
- Bəli. Səviyyə baxımından biz onlardan qat-qat üstünük. Hər iki oyun ərzində də, bu hiss olundu. Bizim qol imkanlarımız rəqibdən çox idi.
- Bəs belə bir komandanı niyə çətinliklə keçdiniz?
- Sadəcə, onlar da qələbə qazanmaq istəyirdi. Xüsusi ilə ikinci oyunda var qüvvələrini sərf etdilər. Həm də bizim onlardan üstün olmağımızla hər şey bitmir. Oyunun alınmağından da çox şey asılıdır. Yeni transferlərin ikinci oyunu idi. Onlar hələ komandaya tam uyğunlaşmayıb. Getdikcə futbolçular bir-birini tam başa düşəcək və komanda şəklində də oyunumuz yaxşı alınacaq.
- “Slima” ilə oyun həm də “Xəzər Lənkəran” üçün tarixi qələbə oldu.
- Bilirəm. Bu, “Xəzər Lənkəran”ın avrokuboklar tarixində ilk ev qələbəsi idi. İnşallah, bu mövsüm digər yeniliklərlə yadda qalarıq.
- Növbəti mərhələdə rəqibiniz İsrailin “Makkabi” (Hayfa) komandası olacaq. Bu komandanın adından çəkinirsiniz?
- Düzdü, “Makkabi” çox ciddi rəqibdir. Mövsümü ikinci pillədə başa vurublar. Buna baxmayaraq, onlardan çəkinmirik. Oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var. Onları da keçmək üçün əlimizdən gələni edəcəyik.
- Son vaxtlar “Makkabi”nin gücləndiyini deyirlər. Rəqib haqda məlumatınız var?
- Bildiyimə görə, komanda ötən mövsüm Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan “Hapoel”dən üç futbolçu alıblar. Rəqibin son vaxtlar gücləndiyini bilirik. Onların oyununu izləyib müəyyən nəticələr çıxaracağıq.
- Komandalarımız İsrail klublarına qalib gələ bilmir. “Makkabi”nin “Xəzər Lənkəran”a böyük hesabla qalib gələcəyini düşünənlər də var.
- Bunu əvvəlcədən demək olmaz. Ona görə də belə düşünmək səhvdir. Biz “Makkabi” ilə oyunda dayanıb baxmayacağıq, qol vurmağa çalışacağıq. Biz də istəyirik ki, III mərhələyə keçək.
- Yəqin bilirsən ki, “Qarabağ” 1999-cu ildə İntertoto kuboku oyununda “Makkabi” (Hayfa) klubuna qalib gələrək, mübarizədən kənarlaşdırıb. “Xəzər Lənkəran” üçün də bu rəqib keçilməz sayılmamalıdır.
- Əlbəttə. Biz “Makkabi”dən qətiyyən çəkinmirik. Həm də bu, hələ ikinci mərhələdir. Bizim isə qarşımızda böyük hədəflərimiz var. Bu mərhələni keməliyik ki, daha sonra qrup mərhələsi haqda düşünə bilək. Mənə elə gəlir ki, komandada istək olsa, qrupa düşə bilərik.
- “Slima” ilə ilk oyunda meydanda az olsan da, ikinci görüşdə 90 dəqiqə oynadın və inamllı təsir bağışladın. Demək olarmı artıq əsas heyət oyunçusuna çevrilmisən?
- Demək olmaz ki, komandaya tam uyğunlaşmışam. Mövqeyimə görə, müdafiəçilərlə və qapıçı ilə oyun ərzində danışmalıyam. Onlar isə ingilis dilində danışır. Ona görə bir az çətinlik var. Bu problemi də aradan qaldıracağıq. Bundan sonra daha yaxşı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi