İyulun 11-də Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ” Bakıda Makedoniya “Metallurq”unu qəbul edəcək. Oyun ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibə verib.
- Səfərdə “Metallurq” klubuna 1:0 hesabı ilə qalib gəldiniz. “Qarabağ”dan fərqli olaraq, “Metallurq” üç ildir ki, ardıcıl Avroliqada iştirak edir. İki il əvvəl qarşılaşdığınız rəqibinizin səviyəssində fərq hiss olunurdu?
- Bəli, onlar daha təcrübəli olub. Bu baxımdam “Metallurq” bizdən üstün idi. Çünki biz keçən il Avroliqadan kənarda qaldıq. Oyun başlayan kimi başa düşdük ki, onlar cütün taleyini ilk oyunda həll etmək istəyir. Buna baxmayaraq, “Metallurq”a bizi üstələməyinə imkan vermədik. Əlimizə düşən qol şansından maksimum yararlandıq və qalib gəldik. Başqa qol imkanlarımız da oldu. Ancaq istifadə edə bilmədik.
- Rəqibinizin inkişaf etdiyini dediniz. Bəs, “Qarabağ”da necə, 2010/11 mövsümü ilə müqayisədə nə kimi dəyişiklik olub?
- Bizdə də dəyişikliklər çoxdur. Əvvəllər də daha çox topa nəzarət edirdik. İndi isə bununla yanaşı sürətimizi artırmışıq. İndi daha sürətli futbol oynayırıq. Yenə də bunun üzərində çalışırıq.
- Səfərdən 1:0 hesablı qələbə ilə qayıtmağı necə nəticə hesab edirsiniz?
- Rəqibin burda bir qol vurması bərabərlik deməkdi. Ona görə də 1:0 sürüşkən hesabdır. Cavab oyununa həddindən artıq ciddi hazırlaşırıq. Qətiyyən arxayınlaşmaq olmaz. Yadınızdadırsa, Avroliqada “Portedaun”la səfər oyununda 2:1 hesabı ilə qalib gəlmişdik. Bakıdakı oyunda isə 0:1 hesabı ilə məğlub ola bilərdik. Sonradan hesabı 1:1 edib, çətinliklə növbəti mərhələyə keçdik. Fikrimiz ancaq bu oyunadır. “Metallurq”u keçməliyik. Minimum vəzifəmiz qol buraxmamaqdır. Mütləq tez bir zamanda qol vurmalıyıq.
- “Qarabağ” “Metallurq” səddini keçsə, daha güclü klublarla qarşılaşacaq. Yəni getdikcə rəqiblər Avropanın köklü klubları olacaq. Buna görə, daha səviyyəli hücumçular transfer etmək fikriniz var?
- Transfer siyasətini əvvəldən tutduğumuz plana uyğun olaraq aparırıq. Bunun növbəti oyunlara dəxli yoxdur. Yeni bir transfer gözlənilir. Danışıqlar gedir. Orta xətt yarımmüdafiəçisi almaq istəyirik.
- Yerli futbolçu transfer etməyi nəzərdə tutmusunuz?
- Daima yerli futbolçu almağı düşünürük. Bir futbolçu ilə danışıq aparırdıq. Sadəcə sonradan onun öz klubunda qalacağı məlum oldu. Biz isə “Simurq”da icarə əsasında oynayan futbolçumuz Murad Səttarlını yenidən komandaya gətirdik.
- Yeni gələn futbolçuların səviyyəsi sizi qane edir?
- Onların hər biri tanınmış çempionatlardan gəlib. Hər biri potensiallı oyunçudur. Onların səviyyələrindən razıyam. Sadəcə tam formaya düşmək üçün bu futbolçulara bir az vaxt lazımdır.
- Onların uyğunlaşma prosesi necə gedir?
- Tədricən oyunları qaydasına düşür. Hazırlaşmağa vaxtımız az olsa da, hər bir futbolçu, eləcə də yeni oyunçular formaya düşürlər. Tez bir zamanda komandanın oyununa uyğunlaşacaqlarına əminəm.
- Cavab oyunu haqda nə düşünürsünüz? “Qarbağ”ın növbəti mərhələyə keçmək şansı nə qədərdir?
- Şanslar 50/50-yədir. “Metallurq”un öz çempionatlarındakı oyunlarının videoyazısını izlədik. Rəqib çox yaxşı oyun nümayiş etdirib. Son 13 oyunda məğlub olmayıb və meydanı qol vurmadan tərk etməyib. Yəni rəqibimiz belə komandadır. Ona görə də onlara həddindən artıq ciddi yanaşırıq.
- İyulun 11-dəki görüşdə yeni futbolçulara yenə şans veriləcək?
- Kim hazır olsa, ona şans verəcəyik. Düzdü, yeni futbolçuların 90 dəqiqə oynamağa gücü yoxdur. Ancaq təxminən ilk oyundakı heyətlə oynayacağıq.
- Ən son transfer Kapolonqonu meydanda görə bilərik?
- Onun adı 18-likdə olacaq. Maksimum çalışacağıq ki, ondan istifadə edək.
- Bu futbolçunun adını ən son olaraq iştirak ərizəsinə saldınız. Bu, onun oyunu ilə bağlıdır?
- Yox. Sadəcə, futbolçunun transfer məsələsi bir az keçikdi.
- “Xəzər Lənkəran” və “İnter”in Avroliqanın ilk təsnifat mərhələsindəki oyunları haqda nə deyə bilərsiniz. Onların nəticələri və növbəti mərhələyə keçmək şansları haqda fikirlərinizi bilmək istərdik.
- Hər iki komandanın şanslarını yaxşı görürəm. Onları da çətin oyun gözləyir. Ancaq həm “İnter” həm də “Xəzər Lənkəran”ın potensilaı böyükdür. Hər iki komandanın ağıllı baş məşqçisi var. Ona görə də, düşünürəm ki, mərhələni təmsilçilərimiz keçəcək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi