"Qəbələ" klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- İlk öncə "Trabzonspor"la baş tutan yoldaşlıq görüşü (0:2) haqda fikirlərini öyrənək...
- Həmin oyunda mən oynamadım. Ona görə də oyun barədə nəsə deməyim düzgün olmaz.
- Sən niyə oynamadın ki? Zədən var idi, yoxsa?
- Yox. zədəm yoxdur. Sadəcə baş məşqçi şans vermədi.
- Ən azından komandanın oyununu kənardan izləmisən. Oyun haqda nə deyə bilərsən?
- "Trabzonspor" təlim-məşq toplanışına bizdən öncə başlayıb. Dünənki oyunda bizdən yaxşı oynadılar və qələbə qazandılar. Biz hələ yeni komandayıq. İnanıram ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq.
- Ümumilikdə hazırlıqlarınız necə gedir?
- Şükür Allaha. Hər şey yaxşıdır. Türkiyədə məşqlərimizi davam etdiririk.
- Yeni baş məşqçiniz Yuri Syomin haqda nə deyə bilərsən?
- Təcrübəli məşqçidir. Onun təqdimata ehtiyacı yoxdur. Hər bir məşqçi kimi onun da öz dəstixətti var. Məşqlər zamanı çox yoruluruq. Ancaq maraqlı məşq keçir. Onun bütün futbolçularla da yaxşı münasibəti var. İnşallah, Syominin komandaya köməyi dəyəcək.
- "Qəbələ"yə yeni və təcrübəli futbolçular gəlib. Bu səni əsas heyət uğrunda mübarizədən çəkindirmir ki?
- Yox, əksinə. Belə futbolçuların komandaya gəlişi yaxşıdır. Çünki komandamız daha da güclənib. Hər halda baş məşqçi kim güclüdürsə, ona da şans verəcək. Əsas komandamızın uğur qazanmasıdır.
- Sən necə, digər klublardan təkliflər almısanmı?
- Vallah, bu barədə danışmağı xoşlamıram. Ancaq mövsümün sonunda 3-4 komandadan təklif aldım. Buna baxmayaraq, heç bir komanda ilə anlaşmadım və "Qəbələ"də qaldım.
- Təkliflər yerli klub idi, yoxsa əcnəbi?
- Həm yerli, həm də Türkiyədən təkliflər almışdım. Lakin "Qəbələ"də hər şey məni qane etdiyindən burada qalmağı üstün tutdum.
- "Qəbələ"nin yeni mövsüm üçün hədəfləri nədir?
- Hər il olduğu kimi yenə çempionluğa oynayacağıq. Minimum vəzifəmiz avrokuboklara vəsiqə qazanmaq olacaq.
- Klublarımız bu mövsüm Avrokuboklardakı şanslarını necə dəyərləndirirsən?
- Konkret ad çəkmək istəməzdim. İlk öncə hamısına uğurlar arzulayıram. Ancaq düşünürəm ki, bu mövsüm ən azı iki klubumuz Avroliqanın qrup mərhələsində oynaya bilər. Əslində hər dörd klubumuz bunu edə bilər. Amma mən ən azı iki klubumuzu qrup mərhələsində görürəm.
- Növbəti mövsüm "Qəbələ"ni Avrokuboklarda görə bilərik?
- İnşallah, elə komandada hər kəs bunun üçün çalışır. Avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Sonda olaraq yeni mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq. Yəni, artıq çempionatda "altılıq" sistemi olmayacaq. Premyer Liqanın yeni formatına münasibətin necə oldu?
- Məncə, elə yeni format daha yaxşıdır. Çünki ikinci "altılıq"dakı oyunlara maraq olmurdu. Ancaq yeni formatda bütün oyunlar böyük maraq kəsb edəcək. Düşünürəm ki, gələn mövsüm bizi maraqlı oyunlar gözləyir.
Vüsal HÜSEYN
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi