“Qəbələ” klubunun baş meneceri Zaur Əzizovun Qol.Az saytına müsahibəsi
-“Qəbələ” Türkiyənin “Trabzonspor” klubu ilə yoldaşlıq oyunu keçirdi və 0:2 hesabı ilə məğlub oldu. Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, rəqib güclü komanda idi. Baxmayaraq ki, üç gündən sonra Avroliqada ilk oyununa çıxacaq, yenə də, “Trabzonspor” bu oyuna ciddi yanaşmışdı. Komandamız yaxşı təsir bağışladı. Futbolçularımız ağır məşqlər edir. Hətta oyun günü səhər məşqinə çıxmışdılar. Bütün bunları nəzərə alsaq, bizim üçün çox yaxşı bir oyun oldu.
- “Trabzonspor” əsas heyətə üstünlük verdi?
- Bəli. Buna baxmayaraq, rəqibin aşkar üstünlüyü yox idi. Komandamız yaxşı oyun nümayiş etdirdi və demək olar ki, bərabər səviyyəli oyun keçdi.
- Baş məşqçi Yusi Syomin komandaya cəlb olunan yeni futbolçular haqda nə dedi? Onlardan razı qaldı?
- Baş məşqçi oyundan sonra ümumi komandadan razı qaldığını bildirdi. Yeni futbolçuların çıxışından da razı qaldığını dedi.
- Yeni transferlər gözlənilir?
- Bundan sonra maksimum bir futbolçu transfer edəcəyik.
- Həmin futbolçunu Syominin istəyir?
- Bəli. Syominin tanıdığı futbolçu olacaq.
- Komandadan göndəriləcək futbolçular müəyyənləşib?
- Hazırda toplanışda olan futbolçulardan heç biri göndərilməyəcək.
- Bəs Kristian Pulhak necə?
- Bu futbolçu Syominin istəyi ilə toplanışa qatılmayıb. Gələn mövsümdən o, əsas heyətdə olmayacaq. Ola bilsin əvəzedici heyətdə çıxış edəcək.
- Syomin yeni heyətlə rəhbərliyə hansı nəticəni vəd edir?
- Syomin komandanın məqsədini yaxşı bilir. Təbii ki, Syomin iddiasız komandada işləmək istəməzdi. Klub rəhbərliyi də hansı nəticəni istədiyini ona bildirib. Syomin də təcrübəli mütəxəssis kimi yüksək yerlər üçün əlindən gələni edəcək.
Ramiq AĞAMƏMMƏDOV
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər