Makedoniya millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Artim Şakirinin Qol.Az saytına müsahibəsi
- Artim, hazırda nə işlə məşğulsunuz?
- Makedoniyanın "Skendiya" klubunu çalışdırırdım. Ancaq cümə axşamı komanda ilə yollarımı ayırdım. Hazırda işsizəm.
- Ayrılığa səbəb nə oldu?
- Komanda ilə 1 illik müqaviləm var idi. Ancaq çox işləyə bilmədim. Səbəb isə komandanın büdcəsinin olmaması idi. Sponsor da tapmaq mümkün deyildi. Hədəfi olmayan komandada işləmək çətindir. Ona görə ayrıldım.
- Gələcək planların haqda nə deyə bilərsən?
- Hələ ki, evdəyəm. Bir-iki həftə ailəmlə birgə istirahət edəcəyəm. Daha sonra isə özümə yeni klub axtaracağam. Ancaq işləyəcəyim komanda Makedoniyada olmayacaq. Artıq ölkədən kənarda işləmək istəyirəm.
- Azərbaycan klublarından təklif alsanız, qəbul edərsiniz?
- Əlbəttə, edərəm. Azərbaycanda xoş xatirələrim var. Mənim üçün də maraqlı olar.
- Hansı komandada işləmək istərdiniz?
- Təbii ki, "Qarabağ"da. Çünki bu komanda mənə çox doğmadır. Ancaq "Qarabağ"ın hazırda çox yaxşı baş məşqçisi var. Qurban Qurbanov uzun müddətdir ki, "Qarabağ"ı çalışdırır. Ona görə də düşünürəm ki, "Qarabağ"ın yeni baş məşqçiyə ehtiyacı yoxdur.
- Digər klublarımızda necə, işləyə bilərsiniz?
- Yüksək yerlər uğrunda mübarizə aparan komandada işləyə bilərəm. Görək də, necə olur.
- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Makedoniyada keçirilən "Metallurq" - "Qarabağ" oyununu izlədiniz?
- İzlədim. "Qarabağ" aşkar üstün idi. Layiqli qələbə qazandılar. Düşünürəm ki, "Qarabağ" Bakıda da qalib gələcək.
- Ümumilikdə sabiq komandanın Avroliqada şanslarını necə dəyərləndirirsən. "Qarabağ"ın hansı mərhələyə qədər irəliləyəcəyini düşünürsən?
- Bu, daha çox "Qarabağ"a düşəcək rəqiblərdən asılı olacaq. Ümid edirəm ki, "Qarabağ" bu mövsüm qrup mərhələsinə düşə biləcək.
- Azərbaycanın Avroliqadakı digər iki təmsilçisi - "İnter" və "Xəzər Lənkəran" da ilk oyunlarını keçirdilər. Bu komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Hər iki komanda ilk oyunda 1:1 oynamasına baxmayaraq, mərhələni keçəcəklərini düşünürəm. Nəinki "İnter" və "Xəzər Lənkəran", "Qarabağ" və "Neftçi"nin də ilk mərhələni uğurla keçəcəyini düşünürəm.
- Bu mövsüm Azərbaycanı Çempionlar Liqasında "Neftçi" klubu təmsil edəcək. Rəqib isə Albaniya "Skenderbeu"sudur. Bu cütlükdə kimi daha şanslı görürsünüz?
- Təbii ki, "Neftçi" bu cütün aşkar favoritidir. Ancaq "Skenderbeu"nu da kiçiltmək olmaz. İstənilən halda "Neftçi" bu səddi keçəcək.
- Azərbaycan futbolunu izləyirsinizmi?
- Bəli. İzləyirəm. Ancaq internet üzərindən oyunların nəticələri ilə maraqlanıram. Bəzən də "Qarabağ"ın oyunlarının videoyazılarını izləyirdim.
- Hansı komandanın oyunu bəyənirsiniz?
- "Qarabağ". Çünki ən çox "Qarabağ"ın oyunlarını izləyirdim.
- Azərbaycan Premyer Liqasının ötən illərlə müqayisədə inkişaf etdiyini söyləmək olarmı?
- Əlbəttə. Premyer Liqanızda artıq çempionluğa oynayan komandaların sayı çoxalıb. Rəqabət də artıb. İnkişaf hiss olunur.
- "Xəzər Lənkəran" klubunun hazırki baş məşqçisi Con Benjamin Toşak 2011-2012-ci illərdə Makedoniya millisini çalışdırıb. Bu mütəxəssis haqda fikirlərinizi öyrənək...
- Çox təcrübəli mütəxəssisdir. Onun karyerası genişdir. Avropada özünü sübut etmiş biridir. İnanıram ki, Toşak "Xəzər Lənkəran"da uğur qazana biləcək.
- Sizcə, Toşak Makedoniya millisində niyə uğur qazana bilmədi?
- Bunun səbəblərini biz deyə bilmərik. Çünki çox şeydən xəbərimiz yoxdur. Futbolda hər bir uğursuzluqda müxtəlif səbəblər olur. Ən doğrusunu elə Toşakın özü bilir.
Vüsal HÜSEYN
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi