“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
-Çempionlar Liqasında ilk rəqibiniz Albaniyanın “Skenderbeu” klubu oldu. Bu komanda haqda nə dərəcədə məlumatlısınız? Rəqib haqda ne deyə bilərsən?
- Rəqib yaxşı komandadır. Onları gözümüzdə nə çox böyüdür, nə də onlara yuxarıdan aşağı baxmırıq.
- Oyuna tam hazırsınız?
- Bunu bizdən yaxşı baş məşqçimiz bilər. Amma onu deyim ki, hər keçən gün gücümüzə güz qatırıq.
- “Neftçi” mərhələni keçəcəyinə çox əmindir?
- Əlbəttə ki, çox əminik demək düz olmaz. Ancaq inanıram ki, mərhələni keçən tərəf biz olacağıq.
- Rəqibin zəif və güclü tərəflərini öyrənə bilmisiniz?
- Komanda kimi yaxşı çıxış edirlər. Fərdi oyuna üstünlük vermirlər. Bu, onların yaxşı cəhətidir. Ancaq bizdən üstün cəhətləri olduğunu düşünmürəm.
- Yeni transferlər haqda nə deyə bilərsən?
- Yaxşı futbolçulardır. Düzdür, bir müddət komandaya uyğunlaşmalıdırlar. Ancaq təcrübəli futbolçular olduğundan çox vaxta ehtiyac olmayacaq. İnanıram ki, “Neftçi”yə xeyir verəcəklər.
- Necə düşünürsən, qarşıdakı oyunlarda Nikolas Kanalesin yoxluğu sözünü deyəcək, yoxsa yeni transfer - Melvin Platyen onun yerini tam dolduracaq?
- Kanales yaxşı futbolçudur. “Neftçi”yə çox xeyri dəydi. Onun yerinin görünəcəyini indidən demək olmaz. Qarşıdakı oyunlarda bunu biləcəyik. Məncə, hücumda oynacaq futbolçu onu layiqincə əvəzləyəcək.
- İlk oyunun səfərdə olmasının “Neftçi” üçün fərqi varmı?
- Məncə artıq ev və ya səfər oyunlarının heç bir fərqi yoxdur. Əsas odur ki, komandada qələbə əzmi, istək olsun. “Skenderbeu” kimi komandalarla ilk oyunun səfərdə və ya evdə olmasının önəmi yoxdur. Buna daha güclü komandalarla oyunlarda fikir verirlər.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi