“Bakı” klubunun sahibi Hafiz Məmmədovun “Lans”ı almaq istəməsindən sonra Fransa mətbuatının Azərbaycana marağı daha da artmağa başlayıb. Qol.Az-ın məlumatına görə, “Lensois” qəzetinə müsahibə verən “Lans”ın və “Bakı”nın sabiq futbolçusu Nenad Kovaçeviç H.Məmmədov və Azərbaycandakı keşmiş komandası haqda fikirlərini bildirib.
- Azərbaycandakı karyeran necə alındı?
- Yaxşı oldu. Düzü, orada karyeramın belə uğurlu olacağını gözləmirdim. Bu komandada öz oyunumu artırdım, ölkə kubokunu qazandım. Azərbaycanda futbolu çox sevirlər. Onu da qeyd edim ki, orada pul çoxdur. Buna baxmayaraq Fransaya qayıtmaq qərarı verdim. Ona görə ki, mənim üçün əsas məqsəd dolu tribunalar önündə oynamaq idi. Təəssüf ki, Azərbaycanda hər oyuna 500-700, ən yaxşı halda isə 1000 azarkeş gəlirdi.
- Azərbaycandan bəzi futbolçuların “Lans”a keçəcəyi gözlənilir. Bu ölkənin çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Nə çox yaxşı, nə də çox pis deyə bilərəm. Yüksək liqada hər şey qaydasındadır. Orada legionerlər və xarici məşqçilərin olmasının Azərbaycan futboluna faydası var. Ölkə inkişaf edir. Futbola buraxılan pullar sayəsində Azərbaycan futbol xəritəsində yer almağa başlayıb.
- Bəs, Hafiz Məmmədov haqda fikirləriniz necədir?
- O, “Bakı”da mənim prezidentim idi. Futbolun inkişafı üçün əlindən gələn edən iddialı bir insandır. Onun çoxlu pulu və təcrübəsi var. Eyni zamanda çox məsuliyyətli insandır. Düzü, Hafiz Məmmədovu çox görməmişəm. Çünki biznesinə görə tez-tez səfərlərdə olur. Onunla işbirliyindən məmnun idim. Hafiz Məmmədov haqda hamı yaxşı danışır. O, futboldan ölkəsini tanıtmaq naminə istifadə edir.
- Hafiz Məmmədovun “Lans”ı almaq istəməsinə necə baxırsan?
- Bu, yaxşı ideyadır. O, “Bakı” klubu üçün yaxşı şərait yaradıb. Yeni baza tikib, meydançalar salıb.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi