“Qarabağ”la birgə Türkiyədə təlim-məşq toplanışında olan komandanın kapitanı Rəşad Sadıqov Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimindən sonra Qol.Az saytının suallarını cavablandırıb
- Püşkatmanın nəticəsinə görə Avroliqanın ilk təsnifat mərhələsində sizə yaxşı tanış olan Makedoniya “Metallurq”una rəqib oldunuz.
- Düzü, “Metallurq”la qarşılaşmaq istəməzdik. Çünki rəqib bizi yaxşı tanıyr. İlk oyunda 4:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizə çətin anlar yaşatmışdılar. Hesab 2:0 olarkən rəqin bir neçə yaxşı qol imkanından istifadə edə bilmədi. Məncə, yarışa hardasa belə komanda ilə başlamaq da yaxşıdır. 10 gün vaxtımız var. Yaxşı hazırlaşmalıyıq. Çünki komanda ideal formada deyil.
- “Metallurq”u çətin rəqib saymaq olar?
- Çətin yox, narahat rəqib deyərdim. Gürcüstan, Malta, Farer adaları kimi ölkələrin klubları ilə müqayisədə narahat rəqibdir.
- 2010/11 mövsümündə “Metallurq”u inamlı qələbə ilə keçə bildiniz. İndi necə, komandanız həmin gücə qadirdir?
- “Metallurq” çox inadkar komandadır. Yadımdadır, hətta hesab 4:1 bizim xeyrimizə olanda təslim olmurdular. Bilirik ki, indi də onlarla oyun rahat olmayacaq. Qarşıdakı iki doxsan dəqiqəyə ciddi hazırlaşmalıyıq. Komandamız məşqlərini davam etdirir. Çalışırıq ki, ideal formada olaq və əvvəlki illərdəki uğurların ardını gətirək.
- Bu mövsüm Avroliqadakı hədəfləriniz nədir?
- Hazırda hədəfimiz “Metallurq” səddini keçməkdir. Ondan sonra başqa hədəfimiz olacaq.
- Komandanızın durumu necədir?
- Dediyim kimi, ideal formada deyilik. Bir çox futbolçunun durumu ürəkaçan saymaq olmaz. Legionerlərimiz komandaya təzə qoşulub. Milli üzvləri məşqlərə gec başlayıb.
- Dizindən əməliyyat olunumuşdun. Hazırda durumun necədir?
- Bir az ağrılarım var. Ancaq komanda ilə məşq edirəm.
- Yeni transferlər özlərini necə göstərir?
- Çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Komandaya kömək edə biləcək futbolçulardır. Ancaq hələ tam forma yığmayıblar. Komandaya gec qoşulublar. Ona görə də onlara vaxt lazımdır.
- Adətən, təzə vaxtlarda yeni transferlər komanandaya uyğunlaşmaqda çətinlik çəkir. Leroy Corc və Nikoloz Gelaşvili “Metallurq”la oyuna hazır ola biləcək?
- Birinci yox, amma ikinci mərhələyə hazır ola bilərlər.
- Yeni transferlər gözlənilir?
- Elə görsənir ki, 1-2 transfer olunacaq.
- Yəqin komandaya hücumçu gətirilər.
- Hücumçu olmasa da, hücumameyilli futbolçular cəlb olunacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi