“Avroliqaya vəsiqə qazanan klublarımız uğur qazanmaq istəyirlərsə, mütləq heyətlərini qorumalıdırlar. Bundan başqa lazım olan mövqelər gücləndirilməlidir. Bunu isə indi yox, qışda fikirləşmək lazım idi. Əfsuslar olsun ki, özüm də daxil olmaqla biz heç vaxt transferləri vaxtında edə bilməmişik. Əslində futbolçunu müqaviləsi bitməsinə bir il qalmış gözaltı etməlisən. Lakin biz futbolçunu baxışa çağırırıq. Buna isə xeyli vaxt gedir. Həm də vaxt azlığı öz sözünü deyir. Yeni gələn futbolçunun komandaya uyğunlaşması çətin olur. “Xəzər Lənkəran”ın öz çempionatımızda oynayan klublardan üç transfer etməyi komandanın işini xeyli asanlaşdıracaq”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa kuboklarında yarışacaq Azərbaycan klubları haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis komandalarımızdakı çatışmazlıqlardan da danışıb: “Ən ağrılı vəziyyətimiz odur ki, klublarımız heç vaxt hazır vəziyyətdə təlim-məşq toplanışına gedə bilmir. Toplanışa getdikdən sonra futbolçu dəvət edib, baxışdan keçirmək bizə xeyir verə bilməz. Bu, klublarımızın səhvidir. Avroliqaya getmək istəyən komandalar bir il qabaqdan buna hazırlaşmalıdır. Klub əvvəldən bilməlidir ki, ona hansı futbolçunun köməyi lazımdır”.
Milli komandamızın sabiq baş məşqçisi avrokuboklara vəsiqə qazanan komandaların yeni futbolçularla güclənməsinin vacibliyini vurğulayıb: “Qarabağ”da demək olar ki, hücumçu yox idi. Üstəlik də iki hücumçu, iki hücumameyilli futbolçu komandadan göndərildi. Təbii ki, məşqçi heyəti yaxşı bilir ki, onların yerinə kimi gətirəcək. Ancaq bunu tez etmək lazımdır. Gedən futbolçuların yeri təzə hücumçularla doldurulmalıdır. “Qarabağ”ın oyun stili tam fəqlidir. Ona görə də bu komanda daha tez futbolçu alaraq, onu oyun qurluşu ilə tanış etməlidir.
“Neftçi” demək olar ki, heyətini qoruyub. Stabil oyun nümayiş etdirə bilər. “İnter” isə çempionatın gedişindən görünürdü ki, hücumçu almalıdır. Həmçinin bir neçə müdafiəçisi komandadan getdi. “İnter”in oyunu isə elə medafiədən qurulurdu. Ona görə də gedən futbolçuların layiqli əvəzləyicisini tapmalıdırlar. Komandalarımızın planları olmalıdır. Sovetlər dövründə belə idi. “Neftçi” keçən il Avroliqanın qrup mərhələsinə düşdüsə, digər komandalaramız da bu il bunu etməlidir. “Neftçi” planlı şəkildə bu il keçən ilki müqaisədə daha yaxşı çıxış etməlidir ki, irəli doğru getsin. Avrokuboklara vəsiqə qazanan komandalarımızın dördünə də eyni ümid bəsləyirəm və uğur qazanacaqlarına inanıram. Bunun üçün klublarımız üç şeyə fikir verməlidir: heyəti qorumaq, hazırlıq və uğurlu transfer. Bunlar əsas amillərdir”.
A.Mircavadov baş məşqçi amilinə də toxunub: “Hər dörd klubun baş məşqçisi Avropa təcrübəsinə malikdir. “Xəzər Lənkəran”ın baş məşçisi Con Toşak daha təcrübəli və titulludur. Ancaq onun nəyə qadir olduğunu Avroliqa oyunlarında görəcəyik”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi