Azərbaycan futbolunun ən məşhur nümayəndələrindən biri, 19 yaşadək milli komandanın sabiq baş məşqçisi Vəli Qasımovun müsahibəsi
- U-19 millisindən ayrıldıqdan sonra işsiz qalmısınız. Gününüz necə keçir?
- Evdə oluram. Arada futbollara baxıram. Ev işləri ilə məşğulam. Başqa işim yoxdur.
- Sizcə, kənara atılmağınıza səbəb nədir? Bu qədər futbol oynamısınız, məşqçi işləmisiniz... Gördüyünüz işlərlə hazırkı durumunuz tərs mütənasib deyilmi?
- Elədir. Hər kəs bilir ki, bu gün Azərbaycanda futbol adamlarının çox az bir qismi çalışır. Yəqin ki, AFFA rəhbərliyi istəmir ki, futbolu bilənlərə iş versin. Bu gün çox sayda məşqçi kənarda qalıb. Vallah açıq danışacağam. Futbolda illərimizi qoymuşuq, oynamış, təcrübə qazanmışıq. Amma indi bizə heç kim qiymət qoymur.
- Belə deyək də, sizin vaxtilə əldə etdikləriniz, qazandığınız təcrübə heç kimə lazım deyil... Xüsusən də klublara və AFFA-da oturanlara...
- Çox adam bilir ki, mən xaricdə oynayanda, İspaniyada uğurlu çıxış edəndə, Portuqaliyada futbol sərgiləyəndə bu ölkənin insanları Azərbaycan barədə heç bir məlumata malik deyildilər. Məhz mənə görə çox adam Azərbaycan barədə informasiya topladı. Vallah bilmirdilər ki, Azərbaycan haradır? Çox adam bilmirdi ki, Azərbaycan hansı qitədə yerləşir. Mən əlimdən gələni etmişəm ki, Azərbaycanı tanısınlar. Amma mən bu gün Azərbaycanda işsiz qalmışam. AFFA-da oturanlar isə buna göz yumur. Reallığı deyirəm.
- AFFA-da oturanlar deyəndə, yəqin ki, milli komandalarla bağlı əksər işlərin baş katib Elxan Məmmədova həvalə edildiyini bilirsiniz...
- Bəli, Elxan Məmmədov başda oturub, bildiyini edir. Elxan Məmmədov bu gün Azərbaycan futbolunu irəli aparmır, geri qaytarır. Bizdə həmişə futbol olub, məşhur oyunçular çıxıb. Amma son 5 ildə geri gedirik.
- Bu sizin Elxan Məmmədovla bağlı şəxsi fikirinizdir. Digər bir məsələ var ki, daha qlobaldır. Vaxtilə sizi əvvəlcə əsas millinin məşqçisi,daha sonra isə U-19 millisinin baş məşqçisi postundan vurdular. Amma heç bir ciddi uğuru olmayan almanlar necə lazımdırsa, Azərbaycanın çörəyini yeyirlər. AFFA-da nə baş verir?
- Almanlar Elxan Məmmədovun dostlarıdır. Ona görə də biz kənarda qalmışıq, onlar işləyir. Bernard Lippert əvvəl saat satırdı, heç futbol barədə düşünmürdü. İndi isə gəlib Azərbaycana həm U-21 yığmasının baş məşqçisidir, həm də texniki direktordur. Bizə futbol öyrətməyə çalışır. Daha demirlər ki, Azərbaycan futbolunun onun kimi adamlara ehtiyacı yoxdur. Bertiyə gəlincə isə... Onun ad-sanı var. Amma dünyanın həryerində görünüb ki, nəticə verməyən adam bu qədər işinə davam etmir. Bu məsələdə isə Berti günahkar deyil. Günah rəhbərlikdədir. Belə biabırçılıqdan, futbol məhv olduqdan, futbolun gözəlliyi itdikdən sonra onun burada qalmasını açığı, hələ də anlaya bilmirəm.
- AFFA elit məşq layihəsi də keçirir. Və yerli məşqçiləri bu layihəyə cəlb edib. Siz bu plan barədə hansı fikirdəsiniz. Bu bir növ yerli məşqçilərin gözlərinə qum atmaq deyil?
- Elədir, elədir. Bütün bunlar süni işlərdir. Bəzi köhnə futbolçuları layihəyə dəvət ediblər. Çox az maaş verirlər. Oraya, buraya göndərirlər. Amma mən inanmıram ki, bu layihə Azərbaycan futboluna nəsə versin.
- Sizcə, Azərbaycan yığması bu gedişlə Avro 2016-nın seçmə mərhələsinə vəsiqə qazana bilər?
- (Gülür). Bu, sadəcə vaxt uzatmaq, kimlərəsə şirin vəd vermək üçün deyilən sözlər,eləcə də Azərbaycanda kef çəkmək üçün formalaşdıran zəmin xarakterlidir. Yalandır, inanmayın!
- Gəlin razılaşaq ki, Azərbaycan millisi heç vaxt qatıldığı yarışın favoriti olmayıb. Amma millimiz bundan öncə daha cəld, daha ağıllı və daha planlı futbol oynayıb. Bunu bütün mütəxəssislər deyir. Və oyun tərzlərinə baxanda məşqçi işi dərhal görünür. Hazırkı millidə görünən odur ki, heç bir məşqçi işi yoxdur. Yaxşı,bəs sizcə bütün bunların fonunda Foqtsu burada saxlayan qüvvə nədir və ya kimdir?
- Bəli, biz də oynayanda böyük nəticələr qazanmamışıq. Mən bununla tamamilə razıyam. Amma futbol oynamışıq, tamaşaçılar zövq alıblar. Azarkeşlər həmişə gözəl oyun istəyir. Bu gün isə bu məsələ bizdə çox böyük problemdir. Azərbaycan futbolunda 1 qram gözəllik yoxdur. Bizimkilər futbol oynamırlar. Millimizdə oyun adlı şey yoxdur. Foqts hər oyuna yeni heyət buraxır. Mütləq sabit heyət forlaşmalıdır. Bizdə isə bundan əsər-əlamət yoxdur. Hər yoldan keçəni milliyə çağırmaq olmaz! Bizim komandamızda gələcək yoxdur. Bu işdə bir nömrəli günahkar elə rəhbərlikdir, Elxan Məmmədov günahkardır. Rövnəq Abdullayevi mən bu gün günahkar saya bilmərəm. Onun kimi adamlar futbol sektorunda olmalıdırlar. Amma onun o qədər işi var ki, yəqin ki, futbola ayırmağa çox zamanı yoxdur. Və Azərbaycanda futbolun hansı cığırla getdiyini tam bilmir. Bütün işləri fırladan Elxan Məmmədovdur və günahkar odur. Bizim futbolumuzu bu günə qoyan da Elxandır!
Mənbə: futbol11.az
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi