AZAL klubunun yarımmüdafiəçisi Viktor İqbekoyinin Qol.Az saytına müsahibəsi
- Son zamanlar AZAL-dan ayrılacağınla bağlı xəbərlər yayılıb. Bu, nə dəcərədə doğru məlumatdır?
- Xeyr. AZAL-dan ayrılmamışam. Rəhbərliklə söhbətimiz olub. Ancaq hələ ki, razılığa gələ bilmirik.
- Belə çıxır ki, razılıq əldə olunmasa, komandadan gedəcəksən...
- Bəli. Bunu hər kəs bilir ki, AZAL-da maliyyə problemləri var. Bu səbəbdən də anlaşa bilmirik.
- Digər klublardan təklif almısanmı?
- Əlbəttə. Təkliflər almışam. Lakin hələlik komandalar istirahətdə olduğundan düşünmək üçün vaxtım var.
- Həmin komandaların adlarını çəkə bilərsən?
- Yox. Qoy sirr qalsın. Həm də ortada dəqiq bir şey yoxdur. Üstəlik, ola bilsin ki, elə AZAL-da qaldım.
- Bildiyimiz kimi, komandanız müəyyən müddətə istirahətə buraxılıb. Sənin istirahətin necə gedir?
- Mən Bakıdayam. Həm istirahət edir, həm də əylənirəm. Ancaq məşqlərimə də ara vermirəm.
- Mövsümün sonunda bir sıra aparıcı futbolçular - Junior Nildo, Zohair Benouahi və Usim Nduka AZAL-ı tərk etdi. Bunu necə qarşıladın?
- Onlar peşəkar futbolçulardır. Azərbaycanın digər klublarından sərfəli təkliflər aldılar və getdilər. Bunu normal qarşıladım. Hər kəsin qərarına hörmətlə yanaşıram.
- AZAL-ın ötən mövsümkü çıxışını necə dəyərləndirirsən?
- AZAL çox yaxşı komandadır. Yüksək səvityyəli oyunçulara sahib idi. Ancaq AZAL ötən mövsüm turnir cədvəlində layiqli pillədə qərarlaşmamışdı. Bununla belə, futbolda istənilən nəticəyə hazır olmalısan. Ola bilsin növbəti mövsüm AZAL daha yaxşı çıxış etsin. Lakin təəssüf ki, AZAL artıq bir neçə aparıcı futbolçusunu itirib.
- Artıq 4 ildir ki, Azərbaycan çempionatında oynayırsan. Ötən illərlə müqayisədə hansısa fərq hiss olunurmu?
- Təbii ki, inkişaf nəzərə çarpır. Azərbaycan klubları futbola böyük maliyyə vəsaiti ayırır, yeni futbolçular transfer edir və təcrübəli mütəxəssisləri ölkəyə gətirirlər. Artıq klublarınız avrokuboklarda daha inamlı təsir bağışlayır.
- Azərbaycanın ən güclü komandası kimi hansı klubun adını çəkə bilərsən?
- Bu gün üçün "Neftçi"ni fərqləndirərdim. Çünki onlar həm Azərbaycan Premyer Liqasının, həm də ölkə kubokunun qalibi oldular.
- Hansı komandanın oyununu daha çox bəyənirsən?
- Fərq qoymaq istəməzdim. Hər klubun özünəməxsus oyun üslubu var. Eləcə də AZAL-ın.
- Bu mövsüm Azərbaycanı Avrokuboklarda təmsil edəcək 4 komandanın hansından daha böyük uğur gözləyirən?
- Dediyim kimi, Azərbaycan futbolu inkişaf mərhələsindədir. Klublar Avrokuboklarda ildən-ilə daha yaxşı çıxış edirlər. Ümid edirəm ki, bu mövsüm Azərbaycan futbolu üçün daha uğurlu olacaq. Bütün komandalar uğurlar arzulayıram.
- AZAL haqda nə deyərdin? Komandanın növbəti mövsüm avrokuboklara vəsiqə qazanacağına ümid etmək olar?
- AZAL daha öncə də Avrokuboklarda çıxış edib. Ancaq bu mövsüm bizdə alınmadı. Növbəti mövsüm nə olacağını Allah bilir. Futbolda hər şey ola bilər. Ancaq bunun üçün komanda yaxşı futbolçulara sahib olmalıdır. Çünki uğur yalnız yüksək səviyyəli futbolçularla qazanılır.
- Sonda AZAL azarkeşlərinə nə deyərdin?
- İlk öncə bütün azarkeşlərimizə mövsüm boyu bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Növbəti mövsüm onları uğurlarımızla sevindirməyə çalışacağıq.
Vüsal HÜSEYN
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi