"Berti Foqts kimdir ki, bizi ələ salır?"

"Berti Foqts kimdir ki, bizi ələ salır?"
MÜSAHİBƏ 11 İyun 2013 / 17:17 6935
-  A +

“Futbolçularımız nəyi bacarırdısa, onu da ortaya qoydular. Sadəcə yaradılan qol vəziyyətlərindən yararlana bilmədilər. Rəqib də meydançada istənilən hərəkəti etməyə icazə verən bir komanda idi. Amma son nöqtəni qoya bilmədik. Bu da futbolçularımızın ustalıq səviyyəsini göstərir ki, vəziyyyət ürəkaçan deyil. Halbuki, Lüksemburq bizə rəqib ola bilməz. Çünki bizim futbola göstərilən qayğı, klublarda, milli komandalarda görəlin işlər göz qabağındadır. Ona görə də belə bir komandanı gözüyumulu da udmağa qadir olmalıydıq”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri milli komandamızın sabiq üzvü və “Neftçi” klubunun məşqçisi Kamal Quliyev Azərbaycan yığmasınn DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyun (1:1) haqda danışarkən deyib.

O, millimizin qalib gələ bilməməsinə çox təəssüfləndiyini bildirib və Araz Abdullayevin çıxışını qiymətləndirib: “Hesabda öndə olarkən meydançada dəyişikliklər olmalı idi. Onu da etmədik. Hesabı qoruyub saxlamaq da olardı. Hətta bir neçə epizodda qola yaxın olduq.  Bir sözlə işimizin öhdəsindən gəlmədik. Oyunun nəticəsi onu deməyə əsas verir ki, Lüksemburq millisindən heç də fərqlənmirik. Dəfələrlə Araz Abdullayevin milli komandada oynaması tklifini irəli sürmüşdük. Görürdük ki, Araz yığmamıza xeyir verə biləcək futbolçudur. Lüksemburqla oyunda da hamı bunun şahidi oldu. Futbol kollektiv oyundur. Şəxsi prinsipləri kənara qoymaq lazımdır. Araz çoxdan milli komandada oynamalı idi”.

K.Quliyev milli komandamızın son dövrlərdəki uğursuz çıxışlarının əsas təqsirini baş məşqçi Berti Foqtsda görür: “Hər bir komandanın qazandığı nəticəyə cavab verən şəxs var ki, o da baş məşqçidir. Hər bir halda baş məşqçi tənqidlərə cavab verməlidir. Komandamızın zəif çıxışın səbəbini Berti Foqtsda görürəm.  Mən də çoxları kimi düşünürəm ki, Berti Foqts komandadan etməlidir. Onunla heç bir şəxsi qərəzim yoxdur. Sadəcə olaraq istəyirəm ki, hansı əcnəbi bir mütəxəssis ölkəmizdə işləyirsə, o, bizə xeyir versin. Əgər biz ondan yararlana bilmiriksə, əvəzinə öz məşqçilərimiz işləsə daha yaxşı olar. Millinin futbolçuları hamısı daxili çempionatda oynayır. Ona görə də bizə əcnəbi mütəxəssis lazım deyil. O zaman lazım olar ki, komandanın yarısından çoxu legioner həyatı yaşasın. Çox gülməlidirki, Foqts açıqlamalarında bizi ələ salır. Lüksemburqla oyundan sonra deyib ki, təəssüf ki, özüm futbol oynaya bilmirəm. Sən beş ildir milli komandanın başındasan. Bəs bunu necə başa düşək? O kimdir ki, bizi ələ salır? Ona görə də mən də Foqtsun istefa verməsinin tərəfdarıyam”.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki