Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Milli komandamız DÇ-2014-ün seçmə mərhələsində doğma meydanda Lüksemburqa qalib gələ bilmədi. Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Hamımız millimizdən qələbə gözləyirdik. Hiss olunur ki, futbolçularda da istək çox idi. Amma ilk 10-15 dəqiqədə qol vursaydıq, onda istədiyimiz nəticəni qazana bilərdik. Hətta 2-3 qol da vura bilərdik. Ancaq vaxt uzandıqca rəqibdə də özünəinam yarandı. Ona görə də ikinci hissə başlayanda futbolçularımız oyunu itirmişdi. Vaxt sıxlığı yarananda oyunçular istənilən kimi çıxış edə bilmir. Qol vurandan sonra hesabı qoruya bilmədik. Nəticədə oyun 1:1 hesabı ilə başa çatdı. Əlbəttə, öz meydanımızda Lüksemburqa qalib gəlməli idik. Futbolçularımıza heç cür haqq qazandırmaq olmaz. Çünki Lüksemburq elə bir rəqib idi ki, qələbə qazanmağa borclu idik.
- Ancaq Lüksemburq da bizi güclü saymır. Çünki 1:1 hesabına sevinmirdilər. Sanki Bakıdan qələbə ilə getmək istəyirdilər.
- Biz Lüksemburqu zəif hesab edirik. Ancaq onlar da bizim haqqımızda elə düşünür. Məncə, eyni səviyyəli komandalardır. Ona görə də onlar burdakı heç-heçəni minimum nəticə kimi qəbul edirlər. Həm də rəqib son dəqiqələrdə qol imkanlarından istifadə etsəydi, qalib də gələ bilərdi. Bu baxımdan da sevinməyə bilərlər.
- Bir mütəxəssis kimi komandamızın Lüksemburqa qalib gələ bilməməyinin səbəblərini nədə görürsünüz?
- Komandada boşluqlar hiss olunur. Hələ ki, sabit heyət yoxdur ki, futbolçular bir-birini yaxşı başa düşsün. Hər dəfə 2-3 yeni oyunçu ilə meydana çıxanda belə olmalıdır. Hiss olunur ki, futbolçular bir-birini anlamırdı. Qələbəni əldən verməyimizin əsas səbəbi isə qol imkanlarından istifadə etməməyimiz oldu.
- Artıq neçə oyundur ki, komandamız doğma meydanda da qalib gələ bilmir. Sizcə, bu uğursuzluğun günahı kimdədir?
- Məncə, təqsiri həm baş məşqçi, həm də futbolçularda axtarmaq lazımdır. Bunları bir-birindən ayırmaq olmaz.
- Çoxları hesab edir ki, Berti Foqtsun getmək vaxtıdır.
- Daha yaxşısını futbolu idarə edənlər bilər.
- Hər bir ev oyununda azarkeşlər Berti Foqtsu istefaya səsləyir. Buna münasibətiniz necədir?
- Bizdə bəzən istefa şüarının lazım olmayanda da səsləndirirlən. Mən “Neftçi”də baş məşqçi olanda komanda altı ildən sonra çempion olmuşdu. Amma Çempionlar Liqasında “Dinamo” (Zaqreb) ilə öz meydanımızda qarşılaşmanın 60-cı dəqiqəsində, hesab açılmayan bir vaxtda bir qrup azarkeş istefa şüarı səsləndirməyə başladı. Təbii ki, öyrədilmiş azarkeş qrupu olur. Amma bütün azarkeşlərin “istefa” qışqırması başqa məsələdir.
- U-19 millimizdə işlər necə gedir?
- İyunun 21-də Bakıda toplanışımız olacaq. İki gündən sonra Avstriyaya növbəti təlim-məşq toplanışına gedəcəyik. Orada üç yoldaşlıq oyunu nəzərdə tutulub. U-19 liqasından milliyə cəlb etdiyim futbolçulara həmin oyunlarda da baxmaq istəyirəm. Hər ay təlim-məşq toplanışı keçiririk. Avstriyada olacaq toplanışımız isə Avropa Çempionatına hazırlıq xarakteri daşıyır. Ona görə futbolçuları bir daha yoxlamalıyam ki, oktyabrda ilk seçmə oyunumuzda yaxşı oyunçular qıraqda qalmasın.
- Klubundan ayrıla bilməyən bəzi futbolçular var idi. Onların problemini həll edə bildiniz?
- Mirkamil Həşimliyə dəvət göndərmişik. Özü ilə danışmışam. “Fənərbaxça”ya faks göndərmişik. O, artıq Bakıdadır. Onunla artıq problem həll olunub. Digər futbolçuların klubları ilə danışqlar gedir. Həll edə bilsək, yaxşı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi