“Lüksemburqla yaxşı oynadıq. Qol epizodlarımız çox oldu. İkinci hissədə bir qədər oyuna nəzarəti itirmişdik. Sonradan hücumlarımızı artırdıq. Qol vurmağı da bacardıq. Lakin standart vəziyyətdən qol buraxdıq. Hesab bərabərləşəndən sonra nə qədər çalışsaq da, qələbə topunu vura bilmədik. Hətta rəqib əlinə düşən imkandan istifadə etsəydi, qalib də gələrdi”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın Lüksemburqa qarşı keçirdiyi oyun (1:1) haqda danışarkən deyib.
Təcrübəli futbolçu millimizin oyunundan razı qaldığını bildirib: “Hamı Lüksemburqa qalib gələ bilməməyimizdən danışır. Ancaq oyuna baxmaq lazımdır. Çoxsaylı qol imkanlarımız oldu. Sadəcə olaraq top qapıya girmirdi. Zəif oynasaydıq, ittihamlarla razı olardım ki, həm nəticə, həm də oyun yox idi. Amma oyunumuz var idi. Sadəcə qələbə topunu vura bilmədik. Bunun da səbəbi onda idi ki, birinci qol üçün çox güc sərf etmişdik. Əsasən də birinci hissədə çoxlu pressinq etdik. Bu da xeyli güc aparır”.
R.Sadıqov Branimir Subaşiçin qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasına da münasibət bildirib: “Həmin epizodu görə bilmədim. Müxtəlif fikirlər deyirlər. Bəziləri hakimi, bəziləri isə Subaşiçi günahlandırır. Onu deyə bilərəm ki, hücumçunun qırmızı almağı da oyunumuza təsir etdi”.
R.Sadıqov azarkeşlərin baş məşqçini istefaya səsləməsi haqda da danışıb: “Bu, birinci dəfə deyil. Artıq neçənci dəfədir ki, azarkeşlər belə edir. Təbii ki, bu komandaya pis təsir edir. Ancaq qələbə qazanmadığımız üçün azarkeşlərə sözüm yoxdur. “İstefa” şüarı tək məşqçiyə aid deyil. Məncə, bu bütün komandaya aiddir. Çünki nəticənin olmaması təkcə baş məşqçinin günahı deyil”.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq