Elvin Məmmədov: "İstefa" qışqırmaq azarkeşlərin haqqıdır"

Elvin Məmmədov: "İstefa" qışqırmaq azarkeşlərin haqqıdır"
MÜSAHİBƏ 10 İyun 2013 / 13:06 3844
-  A +

Milli komandamızın və “Bakı” klubunun üzvü Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi


- Milli komandamız DÇ-2014-ün seçmə mərhələsində öz meydanında Lüksemburqa qalib gələ bilmədi. Oyun haqda nə deyə bilərsən?

-Bu oyunu mütləq qazanmalıydıq. Həm azarkeşlər üçün, həm də reytinq baxımından qalib gəlməli idik. Uduzmaqda səhvi özümüzdə görürəm. Hər bir futbolçumuz daha diqqətli olmalıydı. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Ancaq Lüksemburqa qalib gəlmək borcumuz idi. Qol vursaq da, hesabı qoruya bilmədik. Bu nəticədən sonra oyundan çox danışmağa ehtiyac yoxdur.

- Doğma meydanda Lüksemburq kimi komandaya uduzmağı necə nəticə hesab edirsən?

- Əlbəttə ki, çox pis nəticədir. Yəni məğlub edə biləcəyimiz bir komanda ilə heç-heç etməyimiz düzgün deyil.

- Buraxılan qoldan sonra komandamız qol vurmaq üçün toparlana bilmədi.

- Qol vurmaq üçün çalışırdıq. Hesab bərabərləşdikdən sonra açıq oyuna keçdik. Başqa şansımız da yox idi. Ona görə də, Lüksemburq əks hücumlarda qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Bu da, komandada biraz çaşqınlıq yaradırdı. Hətta Lüksemburq oyunun sonlarında qələbə topunu vurub bizi məğlub edə bilərdi.

- Azarkeşlərin Berti Foqtsu istefaya səsləməsinə münasibətin necədir?

- Mən buna normal baxıram. Bu azarkeşlərin haqqıdır. Dünyanın hər yerində belə hallar olur. Bizim qola qədər də azarkeşlər istefa qışqırırdı. Qol vurandan sonra bir daha qışqırdılar. Hesab bərabərləşdikdən sonra isə yenidən istefa şüarları səsləndirdilər. Azarkeşlər futbolçuna söyər, bir dəqiqədən sonra onu dəstəkliyər. Yenə deyirəm bu onların haqqıdır. Azarkeşlər də stadiona qələbə üçün gəlir.

- Azarkeşlərin istefa sədaları sizi ruhdan salmadı?

- İstər-istəməz psixoloji cəhətdən təsir edir. Ancaq azarkeşlərə heç nə deyə bilmərik.

- Oyundan sonra Berti Fots sizə nə dedi?

- İradını bildirdi. Şanslardan istifadə edə bilmədiyimizə görə əsəbləşmişdi. Həqiqətən də qol şanslarından istifadə etməli idik. Həmin epizodları qola çevirsəydik, 2-3 top fərqi ilə qalib gələrdik və indi hamı bizim haqqımızda yaxşı danışardı.


Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki