"Millimiz uduzsa, faciə olmayacaq"

"Millimiz uduzsa, faciə olmayacaq"
MÜSAHİBƏ 7 İyun 2013 / 13:05 3077
-  A +

“Bu oyundan üç xal toplamaq məcburiyyətindəyik. Çünki qrupda xal toplamaq üçün ən yaxşı fürsətdir. Rəqib də “dişimizə” görə bir komandadır. Ancaq bu o dmək deyil ki, Lüksemburdan böyük bir üstünlüyümüz var. Üstünlüyümüz odur ki, öz meydanımızda oynayırıq. Bundan maksimum istifadə edib azarkeşlər önündə qələbə qazanmağa məcburuq”.

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev milli komandamızın DÇ – 2014-ün seçmə mərhələsində bu gün Lüksemburqla qarşılaşacağı oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis Lüksemburqu ciddi rəqib hesab edərək, hər cür nəticəyə hazır olmağı bildirib: “Lüksemburq ilk oyunda göstərdi ki, millimizlə başabaş mübarizə aparmağı bacarır. Qol vəziyyətləri də bizdən çox oldu. Əsasən də orta sahələri güclüdür. Hər şeyə reallıqla baxmaq lazımdır. Bu iki komanda arasında elə də böyük bir fərq yoxdur. Biraz Azərbaycanın millisinin üstünlüyü var. Yəni millimiz uduzsa belə, bunu faciə adlandırmaq olmaz. Faciə onda olar ki, İspaniya Tacikistana uduzsun. Reallıqla barışmaq lazımdır ki, Lüksemburqdan çox da fərqlənmirik. Ona görə də rəqibi ciddiyə almaq lazımdır. Bizim o qədər stabil komandamız yoxdur ki, rəqibə yuxarıdan aşağı baxaq”.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki