“Qəbələ” Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov Rusiyanın İTAR-TASS agentliyinə müsahibə verib. Qol.Az-ın xəbərinə görə, müsahibədə F.Nəcəfov Yuri Syominin “Qəbələ”yə baş məşqçi gətirilməsi ilə bağlı sualları cavablandırıb.
- Niyə məhz Syomini seçdiniz?
- İndiyədək bizim komandanı əsasən təcrübəsiz məşqçilər çalışdırıb. Ona görə də yaranmış bu durumu dəyişmək qərarına gəldik. Əlbəttə, Syomin yeganə namizəd deyildi. Biz avropalı məşqçilərlə də danışıqlar aparırdıq. Amma yekunda onun üzərində dayandıq. Onun böyük təcrübəyə malik olması məlumdur. Bundan başqa, Syomin bizim regiona da yaxşı bələddir. Hesab edirəm ki, bizi birləşdirən ümumi çox şey vardı.
- Avropalı mütəxəssislər kimlər idi?
- Onlar adlarının açıqlanmamasını xahiş ediblər.
- Heç olmasa, məşhur məşqçililər idi?
- Əlbəttə.
- Bəzi mütəxəssislərin fikrincə, Syominin məşqçilik potensialı tükənib.
- Bununla qətiyyən razi deyiləm. İlk görüşdəcə başa düşdüm ki, o işləmək və “döyüş”ə atılmaq istəyir. “Qəbələ” onunla çox uğura nail ola bilər.
- Syomin istədiyi bütün transferləri həyata keçirə biləcək?
- Təbii ki, biz bununla bağlı əvvəl məsləhətləşəcəyik. Amma onu deyə bilərəm ki, “Qəbələ” Syominə istədiyi kollektivi formalaşdırmaq imkanı yaradıb. Klub rəhbərliyi Syominə öz şərtlərini diqtə etməyəcək. Bu, yüz faizdir.
- Məlumat yayılıb ki, “Qəbələ” “Lokomotiv”dən Dmitri Loskovu icarəyə götürmək istəyir.
- Bu haqda xəbərləri Rusiya mətbuatında oxumuşam. Amma bununla bağlı heç bir danışıq aparmamışıq.
- Bəs, “Qəbələ”də “Lokomotiv”də oynayan və oynamış futbolçuları görə biləcəyik?
- Niyə də yox?! Amma hələ ki, Syomin bununla bağlı bizə təklif verməyib.
- “Qəbələ”nin heyəti çox dəyişəcək?
- Biz iki azərbaycanlı futbolçu almışıq. Bundan başqa, son mövsümü Bakı “İnter”ində oynayan seneqallı İbrahima Nyasseni transfer etmişik. Hazırda bir legionerlə də danışıqlar gedir (çox güman ki, artıq “Qəbələ” ilə müqavilə imzalayan “Simurq”un sabiq oyunçusu David Petrzkeviç nəzərdə tutulur – red.). İstədiyimiz heyəti qurmaq üçün bizə hələ üç-dörd futbolçu da lazımdır.
- “Qəbələ”nin növbəti mövsüm üçün məqsədi nədir?
- Minimum vəzifə avrokuboklara düşmək, maksimum hədəfimiz isə Azərbaycan çempionu və kuboku qazanmaqdır.
- Əgər “Qəbələ” avrokuboklardan kənarda qalsa, Syomin komandanı tərk edəcək?
- Bu haqda son qərarı klubumuzun prezidenti verəcək. Amma mən əminəm ki, Syominin rəhbərliyi altında komandamız qarşısına qoyulan məqsədə nail olacaq.
- Syomin məşqlərə nə vaxt başlayacaq?
- İyunun 20-də o, Azərbaycana qayıdacaq. İlk hazırlıq prosesi iyunun 25-də Qəbələdə başlayacaq. Sonra biz Türkiyəyə gedəcəyik. Bundan başqa, Avstriya və ya Almaniyada da təlim-məşq toplanışımız nəzərdə tutulub.
- Syomin “Qəbələ”də yaşayacaq?
- Əlbəttə. Axı, o, baş məşqçi kimi daim komandasının yanında olmalıdır.
- Şəhər onun xoşuna gəlib?
- Çox. Çünki Qəbələ kurort şəhəridir. Bazamızı da bəyəndi. Ən çox isə meydançanın keyfiyyətindən razı qaldı.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi