Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Millimizin Qətərlə oyununda yenidən zədələndin. Hazırda zədən nə yerdədir?
- Oyundan sonra bir gün istirahət etdim. Sonra məşqlərə başladım. Ancaq komandadan ayrı məşq edirəm. Bu gündən komanda ilə birgə məşqlərə başlayacağam. Çünki Lüksemburqla oyuna az vaxt qalıb. Kollektiv şəkildə məşq etməyimiz çox vacibdir.
- Lüksemburqla oyun buraxmaq ehtimalı var?
- Onu bu gün məşqə çıxdıqdan sonra biləcəyəm. Ağrılarım artmasa, oyuna hazır olacağam.
- Qətərlə yoldaşlıq oyununda millimizin bir neçə əsas üzvü iştirak etmədi. Həmi heyətlə komandamız necə təsir bağışladı?
- İki tam fərqli hissə oldu. Birinci hissədə çox pis oynadıq. İkinci hissədə isə rəqiblə başabaş mübarizə apardıq. Düşündüyümüz qolu vurduq və məğlubiyyətdən qaçdıq. Onu da deyə bilərəm ki, Qətər çox inkişaf edib. Güclü komandadır. Heyətlərində çox güclü futbolçular var idi. Həmin futbolçular komandamıza çox problemlər yaradırdı.
- Qətər əsas heyətlə oynayırdı?
- O komandanı yaxşı tanımıram. Ona görə də dəqiq bilmirəm hansı heyətlə oynayırdılar. Ancaq Avropada oynayan üç çox güclü və səviyyəli futbolçuları var idi.
- Lüksemburqla oyunqabağı Qətərlə oyunun nə kimi faydası oldu?
- Əsas xeyiri o oldu ki, oyun təcrübəsi olmayan futbolçular oynadılar. Təzə oyunçuları sınaqdan keçirdik. Gənc oyunçular meydana çıxdı. Milli komanda ab-havasını hiss etdilər.
- Lüksemburqla oyuna hazır olan gənc futbolçular oldu?
- Ona məşqçilər qərar verəcək. Ola bilər ki, Berti Foqts Lüksemburqla oyuna düşündüyü futbolçunu bu oyundan sonra düşünməsin və yaxud da əksinə kimsə özünü baş məşqçiyə yaxşı tərəfdən göstərə bilər.
- Qarşıdan Lüksemburqla oyun gəlir. Bir sıra əsas heyət oyunçuları zədəlidir, oynayacaqları sual altındadır. Bu halda komandamızdan nə gözləmək olar?
- Hansı heyətlə meydana çıxmağımızdan asılı olmayaraq, ancaq qələbəni düşünürük. Amma futbolun nəticəsi meydanda olur. Nəticə qazanmaq üçün meydanda çox şey etmək lazımdır. Var gücümüzlə qələbə qazanmağa çalışacağıq.
- Rauf Əliyev və Vüqar Nadirov cəzalı olduqları üçün komandamıza kömək edə bilməyəcəklər. Onların yoxluğu öz sözünü deyəcək, yoxsa Qətərlə oyunda qol vurmuş Rüfət Dadaşov onları əvəzləyəcək?
- Rüfətin oyununu bəyənirəm. Düzdü, milli komandada oyun təcrübəsi yoxdur. Ancaq potensialı olan oyunçudur. İstəklidir və komanda oyunu oynamağa can atır. Heyətdə kimin olacağını bilmirəm. Amma onu deyə bilərəm ki, futbolçularımız Raufu və Vüqarı layiqincə əvəz edə biləcəklər.
Ramiq AĞAMƏMMDƏOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi