Artıq bir ilə yaxındır “Bakı” Avropanın və İspaniyanın ən adlı-sanlı klublarından olan “Atletiko” ilə əməkdaşlıq edir. Heç şübhəsiz, bu əməkdaşlıq çərçivəsində Madrid komandasının üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə oyunlara çıxması daha böyük əsk-səda doğurdu. İndi isə o, Avropada brendə çevrilməkdədir.
“Land of fire Azerbaijan” bu gün İspaniyadadır: sabah isə Fransada, Portuqaliyada və qitənin başqa ölkələrində olacaq. Hər halda, “Bakı”nın prezidenti, bu ideyanın müəllifi Hafiz Məmmədovun məqsədi budur.
“Niyə məhz “Land of fire Azerbaijan”? Axı, bir iş adamı olaraq siz rəhbərlik etdiyiniz holdinqin adını da “Atletiko”nun formasında loqo kimi yerləşdirə bilərdiniz”. Hafiz Məmmədova ilk sualımız belə olur:
- Bunun heç bir effekti olmayacaqdı. Biz - mən və İqnasio Aquillo (“Atletiko” klubunun məsləhətçisi. Yeri gəlmişkən, H.Məmmədovun qonağı kimi Azərbaycanda səfərdə olan İ.Aquillo da söhbətimizdə iştirak edir - red.) müxtəlif adlar seçmişdik. Amma onların hər birində Azərbaycan sözü var idi. Bu, birmənalı mövqe idi. Mən inanırdım ki, bunun əks-sədası yaxşı olacaq. Dövlətimizin rəhbərliyinin ideyanı bəyənməsi isə bizə böyük bir stimul verdi və bizdə həvəs daha da artdı.
- Cənab Aquillo, bir müsəlman ölkəsi Azərbaycanın adının “Atletiko”nun formasında əks olunması başqa bir dini inancı olan ölkədə necə qarşılandı?
- Sürpriz oldu. Əməkdaşlığa başlamazdan əvvəl təbii ki, araşdırma apardıq, internetə girib ölkəniz haqda məlumatlar topladıq, Azərbaycanı tanıyan əcnəbi iş adamları ilə məsləhətləşdik. Sonra özümüz bura səfər etdik, bütün xoş şeylərə canlı şahid olduq. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bəli, Azərbaycan bizdə yalnız xoş təəssürat yaratdı. Ölkənizdə sürətli inkişaf gedir. “Atletiko” komandasının üzvləri aprel ayında Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşdə belə gözəl ölkə qurduğuna görə onu təbrik etdilər.
Açığını deyim, bəlkə də 5-10 il əvvəl olsaydı, biz Azərbaycanla əməkdaşlığa maraqlı olmazdıq.
- Yəni peşman olmamısınız...
- Qətiyyən. Əksinə bu əməkdaşlıqdan məmnunuq və onun həm uzunmüddətli, həm də geniş olmasını istəyirik. Mən əminəm ki, bir gün gələcək, “Land of fire Azerbaijan” ölkənizin dünyadakı səfirinə çevriləcək.
Hafiz Məmmədov: “Land of fire Azerbaijan” İspaniyadan sonra Avropanın digər ölkələrində də böyük maraq doğurub. Bilirsiniz ki, biz “Atletiko”dan sonra Fransanın “Lans” klubu ilə də əməkdaşlıq edəcəyik. Bu klubun sahibliyi bizdə olacaq. Avropa və Fransada bizimlə əməkdaşlığa maraq göstərilməsi təsadüfi deyil. Əcnəbilərin Azərbaycanla əməkdaşlığa can atması cənab prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində mümkün olub. Ölkəmizdəki siyasi sabitlik, iqdisadiyyatımızın günbəgün inkişafı, Azərbaycanın çiçəklənməsi bütün bunlara şərait yaradıb. Sizə bir fakt deyim. İspaniya kubokunun “Real”la “Atletiko” arasında keçirilən final oyunu zamanı mən bu ölkənin kralı, xarici işlər naziri və digər dövlət rəsmiləri ilə görüşdüm. Bu görüşlər zamanı mənə deyildi ki, çox tezliklə sizin gözəl ölkənizə səfər etmək istəyirik.
İndi isə Fransada bildirirlər ki, “Land of fire Azerbaijan” gəlir. Bütün bunlar ölkəmizin təbliğatı mənasında böyük məna daşıyır".
- Hafiz müəllim, gəlin, yenə bu əməkdaşlığın əvvəlinə qayıdaq. Hər halda, niyə məhz “Atletiko”?
- Mənim övladlarımın İspaniya futboluna marağı çox olub. Biz strateji tərəfdaş axtarırdıq, elə oldu ki, bu zaman sırf təsadüf nəticəsində “Atletiko” variantı ortaya çıxdı. 2012-ci ildə Monakoda keçirilən Avropa superkubokunun oyunu zamanı bizim dostluğumuz yarandı. Sonra klubun nümayəndələri Azərbaycana gəldilər, hər şeyi öz gözləri ilə gördülər. Burada onlara olan diqqət, xalqımızın qonaqpərvərliyi və mehribanlığı ispanlara ləzzət etdi.
İqnasio Aquillo: "Bəli, bir daha deyirəm, ölkəniz haqda yalnız xoş sözlər söyləmək olmur. Şadam ki, lazım olan məqamda lazımi yerdə olduq. Əməkdaşlığa başladıq. Məncə, hər iki tərəf bundan məmnundur.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, əməkdaşlığımız təkcə formamızda “Land of fire Azerbaijan” sözlərinin yazılması ilə bitmir. Əsas məqamlardan biri də “Atletiko” tərəfindən Azərbaycanda futbolun inkişafına dəstək verməkdir. Yaxın vaxtlarda ölkənizin yeniyetmə futbolçuları klubumuza gələrək orada hazırlıq keçəcəklər. Onlar “Atletiko” kimi bir komandanın təcrübəsindən faydalanacaqlar. Bütün bunlar həmin futbolçuların əsl peşəkar kimi yetişməsinə yardım edəcək.
Biz təkcə “Bakı” yox, bötüvlükdə Azərbaycan futboluna kömək etmək istəyirik. Amma bu, bir ilə başa gələn iş deyil. Bir menecerin gəlib getməsi ilə hər şey olunmur. O gəlib bir il işləyər, gedəndən sonra sistemi pozular. Əsas işin təməlinin möhkəm olmasıdır: federasiya ilə əlaqələrdən tutmuş uşaq futbol məktəblərinə qədər. Əməkdaşlıq öz bəhrəini 3-4 ildən sonra verəcək".
İqnasio Aquilloya daha vacib, amma artıq idman yox, sırf siyasi məsələylə bağlı sual veririk. Soruşuruq ki...
...Azərbaycan bu gün Ermənistanla müharibə şəraitində yaşayır. Bu gün hər iki ölkə həm də informasiya müharibəsi aparır. “Atletiko” “Land of fire Azerbaijan” forması geyindikdən sonra kluba qarşı Avropadakı erməni diasporu tərəfindən hansısa təzyiq oldumu?
- Açığı, belə bir şey baş vermədi - İqnasio Aquillo bildirir - Amma... Azərbaycanla əməkdaşlıqdan sonra çalışıblar ki, onlar da eyni şeyi həyata keçirsinlər: ya stadionda təbliğat aparsınlar, ya klublarda loqolarını yerləşdirsinlər. Bildiyimə görə, hətta UEFA-ya qədər gedib çıxıblar. Konkret təzyiq, təsir olmayıb, amma onlar da bu məsələylə bağlı nəsə bir iş görmək, başqa sözlə Azərbaycanla rəqabətə yaratmaq istəyir.
Bilirsiniz, “Atletiko” tərəfdaş seçimində diqqətlidir. Onun öz fəlsəfəsi var. Biz Azərbaycanı seçmişik, bizə heç kim təsir edə bilməz. Bizim üçün Azərbaycan çox vacib tərəfdaşdır.
Söhbətimiz sonunda İqnasio Aquillodan bir sualımıza da cavab almağa çalışırıq.
- İspaniyada “Atletiko”nun əsas rəqibləri olan “Real” və “Barselona” Azərbaycanla əməkdaşlığınızı necə qarşıladı?
- Onlar narahat olublar. Axı, bu əməkdaşlığımızdan sonra komandamız daha da güclənib. Həm də Azərbaycanda azarkeşlərimizin sayı çoxalıb.
- Yeri gəlmişkən, bizim azarkeşlərə sözünüz varmı?
- Əlbəttə. Onları “Atletiko”ya azarkeşlik etməyə çağırıram. Məncə, böyük bir klubun forması üzərində öz ölkəsinin adını görmək hər bir insan üçün qürurverici bir hadisədir. “Land of fire Azerbaijan” ölkənizin bütün dünyada təbliğatı deməkdir. Yuxarıda qeyd etdiyim kimi, bu ad Azərbaycanın səfiridir. Və o səfir çox yaxın aylarda İspaniyanın da hüdudlarını aşaraq artıq bütün Avropada - Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək.
Qol.Az
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı