II "Qəbələ kuboku" turnirində "Zenit"ə qalib gələrək yarışı yeddinci yerdə başa vuran "Qəbələ"nin 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Halim Fıçıcı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə o, komandasından razılıq edib.
- Keçən “Qəbələ kuboku” turnirini altıncı yerdə, bu ilə isə yeddinci sırada bitirdiniz. Bu, geriləmədi, yoxsa təsadüf?
- Turnirin nəticəsi əhəmiyyətli deyil. Keçən il ikinci və ya üçüncü yerə çıxsaq da, mənim üçün fərq etməzdi. Çünki komandamız o qədər də ürəkaçan oyun göstərmirdi. Bu turnirdə təkcə “Barselona”ya məğlum olmuşuq. Digər oyunlarda da yaxşı çıxış etmişik. Komandama görə çox rahatam. Çünki bu turnirdə çox inamlı təsir bağışladıq. “Bakı” cəmi bir qol vursa da, turniri bizdən öndə tamamladı. Futbolda belə təsadüflər olur. Bizim üçün önəmli olan futbolçularımızın inkişafıdır. Keçən il etdiyimiz səhvləri təkrarlamadıq. Azərbaycan futbolçularında belə bir mənfi cəhət var ki, qapısından qol buraxdıqdan sonra ruhdan düşürlər və daha çox qol buraxırlar. Keçən il dedim ki, bu problemi həll edəcəyik və etdik. Bunu ölkə xaricindəki turnirlərə gedərək, orada məğlubiyətdən qalibiyyətə keçərək, 9 və 10 futbolçu ilə mübarizə apararaq həll etdik. Həmin turnirlər bizim üçün çox əhəmiyyətli oldu. Növbəti illərdə daha uğurlu çıxış edəcəyik. Nəticələrimiz də ürəkaçan olacaq. Bunu mən sizə söz verirəm.
- “Barselona”, “Qəbələ” və “Şaxtyor” kimi komandaların yer aldığı qrupdan heç biri finala çıxa bilmədi. Finalda digər qrupun nümayəndələri oynayacaq. Buna münasibətiniz necədir?
- Futbolda belə şanssızlıqlar olur. “Barselona”da “Porto” ilə oyunda çox şanssız oldu. Amma “Barselona” heç nə itirmədi. Gəldi, yaxşı komandalarla mübarizə apardı.
- Gələn il “Qəbələ kuboku” turnirində hansı komandaları görmək istərdiniz?
- İtaliya və İngiltərə klublarını. Keçən il mənə sual verdilər ki, niyə uğursuz çıxış etdiniz? Mən də dedim ki, yaxşı komandalar gətirəcəyik ki, futbolçularımız daha yaxşı oynasınlar. Dediyimiz kimi bu il daha güclü komandalar gəldi. Gələn ilki komandalar lap güclü olacaq.
- Hakimlər bir neçə dəfə səhvə yol verib. Gələn il daha təcrübəli hakimlər dəvət edə bilərsiniz?
- Onlarda insandır, səhv edə bilərlər. Bu, normal haldır. Məncə, heç biri bilərəkdən səhv etməz. Hakimlər gördüyünü deyir. Biz onlardan fərqli görürük. Futbol olduğu zaman hakimlər səhvləri də olacaq.
- Bu gün final matçını Türkiyənin “NTV Spor” kanalı yayımlayacaq. Bu da xarici medianın bu turnirə marağını göstərir. “Qəbələ” nələri daha yaxşı, keyfiyyətli edir ki, xarici ölkələrin marağına səbəb olur?
- Beş ildir ki, “Qəbələ” Futbol Akademiyasında çalışıram. Mən gələndə burda heç nə yox idi. Klub prezidenti sag olsun, nə istəsək, edir. Ona görə də müntəzəm inkişaf edirik. Daha da inkişaf etmək üçün bura yaxşı komandalar dəvət etmək lazımdır. Klub prezidenti Tale Heydərov böyük bir fədakarlıq göstərir. Düşünmürəm ki, başqa bir ölkə “Barselona”nı gətirə bilsin. Hər zaman daha da irəli getmək üçün planlı şəkildə işlər görürük. Gələn mövsüm ən məşhur komandaları gətirə biləcəyik. Çünki o komandalar eşidəndə ki, “Qəbələ kuboku” turnirində “Barselona” və “Qalatasaray” kimi klublar çıxış edib, onlar da məmuniyyətlə gələcək. İnşallah gələn il daha asan və uğurlu olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi