“Bakı” klubu Madrid “Atletiko”sundan sonra Avropanın daha bir məşhur komandası ilə rəsmi əməkdaşlığa başlamaq üzrədir. Böyük ehtimalla növbəti mövsümdən Fransanın “Lans” komandası da oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq.
Qeyd edək ki, “Lans” bir vaxtlar Fransanın ən güclü komandalarından sayılıb. Onlar bir dəfə ölkə çempionu, dörd dəfə çempionatın gümüş, iki dəfə bürünc mükafatçısı, üç dəfə Fransa kubokunun finalçısı, bir dəfə Fransa superkubokunun qalibi, iki dəfə Fransa Liqa kubokunun, bir dəfə UEFA İntertoto kubokunun, bir dəfə UEFA kubokunun finalçısı olub.
Hazirda isə “Lans” Fransanın ikinci liqasında mübarizə aparır. Amma klubun sponsorluğu Azərbaycan tərəfinə keçdikdən sonra hədəf “Lans”ı əvvəlcə yüksək liqaya çıxarmaq olacaq.
“Bakı”nın prezidenti Hafiz Məmmədov Qol.Az saytına deyib ki, Fransa klubu ilə əməkdaşlıq Azərbaycan üçün idmandan daha çox siyasi əhəmiyyət daşıyır: “Fransa ermənilərin ən çox yaşadığı ölkədir, burada onların güclü lobbiləri var. Fransa Avropanın ən qabaqcıl ölkələrindəndir. Burada Azərbaycan təbliğatı bizim üçün vacibdir. Cənab prezident İlham Əliyevin “Biz Ermənistanla informasiya müharibəsində müdafiədən hücuma keçməliyik” fikri hər bir azərbaycanlının başlıca vəzifələrindən olmalıdır. Hesab edirəm ki, Fransanın tanınmış klublarından olan “Lans”la əməkdaşlığımız Azərbaycanın təbliğatı baxımından mühüm rol oynayacaq”.
Hafiz Məmmədov deyir ki, hazırda Fransanın özündə də Azərbaycanla əməkdaşlığa maraq göstərirlər: “Cənab prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində hazırda əcnəbi iş adamlarının, o cümlədən fransalı sahibkarların Azərbaycana böyük maraq göstərirlər. Əslində bu gün Fransada bizimlə əməkdaşlığa marağın yaranmasının başlıca səbəbi də elə budur”.
“Atletiko”dan fərqli olaraq, müqavilə imzalandıqdan sonra “Lans”ın sahibliyi də Azərbaycan tərəfində olacaq. Bu isə futbolçularımızın Fransa klubunun əsas komandasında oynamağa şərait yaradacaq: “Lans”la əməkdaşlıq bizə çox cüzi xərcə başa gələcək. Bundan sonra biz öz futbolçularımızı “Lans”ın əsas komandasına da göndərə biləcəyik. Futbolumuzun inkişafı məsələsində ispaniyalılar kimi, fransalıların da təbrübəsindən faydalanmalıyıq”.
Klub prezidenti bildirir ki, əslində onlar “Lans”la “Atletiko”dan üç ay əvvəl müzakirələr aparıblar: “Lakin sonra biz “Atletiko” ilə də danışıqlar apardıq və üstünlüyü ilk əvvəl bu kluba verdik. Çünki İspaniya, eləcə də “Atletiko” dünya futbolunda aparıcı mövqeyə malikdir. Azərbaycanın təbliğatı üçün burada daha böyül perspektiv var idi. Çox şadam ki, əməkdaşlığımız baş tutdu. “Atletiko”nun “Land of fire Azerbaijan” forması ilə oyunlara çıxması İspaniyada və Avropada böyük effekt verdi. Bundan sonra Fransa klubunun bizimlə əməkdaşlıq etmək istəyi daha da artdı. Mən kiminləsə əməkdaşlığa başlayanda dərhal qərar vermirəm. Uzun müddət təhlil aparıram və yalnız bundan sonra qəti qərar çıxarıram. Əminəm ki, Azərbaycanın təbliğatı işində “Lans”la əlaqələrin də bizə böyük faydası dəyəcək”.

Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi