“Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov II Qəbələ turnirində komandasının ilk oyunundan - "Şaxtyor"la qarşılaşmadan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızın II Qəbələ kubokundakı ilk oyununu necə dəyərləndirirsiz?
- Təəssüratım müsbətdi, rəqiblə başabaş oynadıq. “Şaxtyor” dünyada tanınmış komandalardan biridir. Hesab edirəm ki, yaxşı başlanğıcdır.
- “Qəbələ” son illər ölkə futbolunun inkişafı üçün addımlar atır. Necə hesab edirsiz, klubunuzun atdığı addımlar ölkə futbolunun yaxın gələcəkdə inkişafına nə kimi töhvə verəcək? Azərbaycan futbolu bu yaxınlarda Avropada öz sözünü deyəcəkmi?
- Təəssüf ki, əsas komandamız hələ uğur qazana bilməyib. Baxmayaraq ki, qarşımıza hər mövsüm yüksək məqsədlər qoyuruq. Ancaq kadr baxımından böyük işlər görürük. Akademiyaya rəhbər təyin etdiyimiz Stenli Brard bu yaxınlarda Hollandiyada ən yaxşı akademiya direktoru mükafatına layiq görülüb. Yuri Syomin də vaxtilə “Lokomotiv”i çalışdırıb və müəyyən nəticələr qazanıb. Ümid edirik ki, bu kadrlar “Qəbələ”nin gələcəkdə daha böyük uğurlar qazanmasında rol oynayacaqlar. Rəhbərlik olaraq əlimizdən gələni edirik ki, klubumuz uğur qazansın. Ümumi Azərbaycan futbolu baxımından götürdükdə, diqqət yetirirsizsə, çempionatdakı digər klublarımız da tanınmış baş məşqçilər gətirirlər. Bunun axır-əvvəl bir nəticəsi olacaq. Bir az səbr etmək lazımdır.
- “Qəbələ”nin əsas stadionu nə vaxt istifadəyə veriləcək?
- Nəzərdə tutmuşuq ki, gələn ilin sonuna qədər stadionu tam hazır vəziyyətə gətirək. Hava şəraiti yaxşı olsa, işlər plana uyğun getsə, 2015-ci ildə stadion istifadəyə veriləcək.
- “Qəbələ” indiyədək bir çox tanınmış məşqçi ilə işləyib, ancaq komandanızda məşhur futbolçu hələ ki, görməmişik. Ola bilərmi ki, qarşıdakı mövsümdə belə bir hal baş versin?
- Bizim əsas məqsədimiz akademiyanın uşaqlarına əsas komandada daha çox yer verməkdir. Artıq belə bir tapşırıq verirlib ki, gələn mövsümdən əsas komandada akademiya futbolçularından ən azı bir oyunçusu yer alsın. Məşhur futbolçulara gəlincə, hesab edirəm ki, bu, hələ tezdir. Həm büdcə, həm də komandamızın hazırlığı baxımından buna hazır olmalıyıq. Məqədimiz məşhur futbolçular gətirmək yox, öz futbolçularımızı məşhurlaşdırmaq olmalıdır.
- Keçən il demişdiniz ki, növbəti illərdə Qəbələ kuboku böyük yaş qruplarından ibarət komandalar arasında da keçirilə bilər...
- Bəli, bu planımızda qalır. Tam hazırlıqlı vəziyyətdə olandan sonra bu tədbiri keçirmək istəyirik.
- Ölkə kubokunun finalında baş verənlərdən yəqin xəbərdarsınız. Bu formada futbolumuzu inkişaf etdirə biləcəyikmi?
- Oyunu televiziya vasitəsi ilə canlı izləyirdim. Orda nə baş verdiyini tam anlaya bilmədim. Sonradan mətbuatdan oxudum. 28 may Respublika günündə həmrəy olmaq borcumuzdur. Fikrimcə, tədbirlər görülməlidir ki, belə hallar yaşanmasın. Hamımız azərbaycanlıyıq və bir amala xidmət edirik.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi