Londonun “Arsenal” klubunun əfsanəvi kapitanı olmuş, bir müddət Azərbaycanda “Qəbələ”nin baş məşqçisi işləyən Toni Adams Türkiyənin “Habertürk” nəşrinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, T.Adams müsahibədə bir sıra maraqlı məqamlara, o cümlədən bir zamanlar şəxsi həyatındakı problemlərə, spirtli içkiyə aludəçiliyə toxunub. Müsahibəni ixtisarla dərd edirik.
- Türkcə danışmağı harada öyrənmisiniz?
- Azərbaycanda. 18 ay “Qəbələ”nin baş məşqçisi olmuşam. Aşağı yaş qrupu üzrə komandalarla türkiyəli mütəxəssislər də vardı.
- Siz müdafiəçi olmusunuz. Messiyə qarşı oynasanız, nə edərdiniz?
- Öncə qarşıya Martin Keownu qoyardım ki, Messini təpiklə vursun. Sonra isə onu yerdən qaldırardım. Messi birbaşa qarşıma çıxsa, məni keçər. Amma qarşımda iki oyunçu olsa, durum dəyişər. Hacı da çox tenikalı oyunçu idi, sonda onunla münaqişə etdik (2000-ci ildə “Qalatasaray”la “Arsenal” arasında keçirilən UEFA kubokunun finalındakı olay nəzərdə tutulur – red.).
- Londonda “Emireyts” stadionunun önündə heykəliniz var. Siz nə etmisiniz ki, heykəliniz ucaldılıb?
- “Arsenal” tarixinin ən yaxşı komandasının kapitanlyam. 1980-ci, 90-cə və 2000-ci illərdə kuboklar qazanmışam. Bu komanda ilə 680 matça çıxmışam. 1979-2002-ci illərdə - bütün futbolçu karyeram ərzində yalnız “Arsenal”da oynamışam. Heykəlin qoyulması məni şad etdi. Özü də çox böyükdür.
- Bütün bu uğurla yanaşı, həyatda nələri itirmisiniz?
- Bəlkə də səyahət etməyi. 25 il evdən kluba – eyni yolu getmişəm. Ancaq Londonda olurdum. Futbolçu karyeramı bitirdikdən sonra Azərbaycan, Milan, Yaponiya, Amerikada səfərdə oldum. Heç zaman olmadığı qədər teatra getdim, balıq tutmağa başladım.
- Niyə yalnız “Arsenal”da oynamısınız?
- Mən londonluyam. Aleks Fergüsson məni “Mançester Yunayted”ə istəyəndə qorxdum. O zaman ildə 75 min funt-sterlinq alırdım, onlar 90 min təklif etdilər. 15 minlik artım inanılmaz gəlirdi. Amma London uşağıydım. “Arsenal” mənim üçün çox böyük bir klub idi. Çempion olurduq, həvəsli idik. Londonda həyat gözəl idi. Futbol oynayır, sonra da spirtli içki içib sərxoş olurdum. Fergüsson ikinci dəfə məni istəyəndə daha soyuqbaşla düşündüm, ora getməyə hazır idim. Bu dəfə isə “Arsenal” buraxmadı, maaşımı artırdılar.
- Həyatınızda nəyi dəyişdirmək və nələrdən imtina etmək istərdiniz?
- Keçmişdə etdiyim bütün pis şeylər məni indiki Toni Adams edib. Məsələn, mən alkoqolik idim. Həbs olunmuşam. Başım daşdan-daşa dəyib. Amma bunlardan dərs almışam. 17 ildir içmirəm. 12 il sərxoşluq etmişəm. Amma ayıq olduğum vaxt sərxoş olduğumdan daha artıqdır. İndi özümü əla hiss edirəm. Gözəl bir həyat yoldaşım, altı övladım var, bir nəvəm dünyaya gəlmək üzrədir. İndi həyatımın bir gününü belə dəyişdirmək istəmirəm.
- Spirtli içki düşkünü necə oldunuz?
- Mənim həyatımın ilk narkotikası futbol idi. Ərköyün uşaq olmuşam. Orta məktəbdə özümü pis aparırdım. Dərslərə getmirdim, nifrət edirdim. Futbol isə əla idi. Meydanda özümə güvənirdim. Bir gün zədələndim, 17 yaşım vardı. Futboldan uzaq qaldım. Sonra həyatıma alkoqol girdi. Əvvəlcə matçlardan sonra icirdim, sonra bazar günləri... Bu gedişlə günlərin sayı artdı. Yayda, istirahət vaxtları hər gün sərxoş olurdum. Futbolçu karyeramda geriləmə başladı. Oyunları çətinliklə başa vururdum, fiziki çatdıra bilmirdim. 1996-cı ildə Avropa çempionatından uğursuz çıxış etdik. Çox uzun müddət içdim.
- Dostlarınız, məşqçiləriniz və siz özünüz bu durumun fərqində deyildiniz?
- Bunu gizlətməyi bacarırdım. Gənc idim deyə məni elə də tez tutmurdu içki. Ayıq olanda işimi yaxşı görürdüm. Məşqdən çıxıb içməyə gedirdik. O zamanlar belə idi. Məşqdən sonra başlayırdıq içməyə, ta gecəyə kimi.
- Arsen Venger 1996-cı ildə “Arsenal”a gələndə bu duruma necə reaksiya verdi?
- O, gəlməzdən altı həftə əvvəl içkini atmışdım. Məni sərxoş gərməyib.
- Digər dostlarınızın da belə problemi var idi?
- Bəli. Elə ona görə də insanlara spirtli içkidən uzalaşmaları üçün yardım edirəm. Bununla əlaqədar bir mərkəzimiz də var.
- Deyəsən, içki ilə mübarizəylə bağlı kitab da yazmısınız.
- Bəli.
- Bəs, spirtli içkidən necə uzaqlaşdınız?
- 1996-cı ildə həyat yoldaşımı reabilitasiyaya göndərdim. Mən alkoqolik, o isə narkoman idi, kokain qəbul edirdi...Hər dəfə “mənə irad tutursunuz, ona baxın” deyib təsəlli tapırdım. O, müalicə olunmağa başladı. Bo zaman övladlarımla mən birgə qaldıq. Zədəli olduğum üçün futbol da oynaya bilmirdim. O zaman, 1996-cı ildə başa düşdüm ki, içkini atmaq lazımdır və bunu etməyi bacardım.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi