Türkiyənin “Dənizlispor” klubunda çıxış edən milli komandamızın sabiq üzvü Rail Məlikov Bakıya gəlib. Səfər zamanı R.Məlikov Qol.Az saytının suallarını cavablandırıb
- Geridə qalan mövsümdə komandanızın və öz çıxışını necə qiymətləndirirsən?
- Birinci dövrədə yüksək yerlər uğrunda oynayırdıq. Lakin sonradan baş məşqçi dəyişikliyi oldu. Aparıcı oyunçulardan bir neçəsi getdi. Onların yerini düzgün doldura bilmədik. Yeni gələn futbolçular gözlədiyimizdən zəif çıxış etdi. Birinci divizionu tərk etmək ehtimalımız da var idi. Baş məşqçi dəyişikliyindən sonra dörd tur daha yaxşı çıxış etdik. Öz çıxışıma gəlincə, məncə, stabil oyun keçirdim. Bu mövsüm komandamla 25 oyuna çıxmışam.
- Son vaxtlar klub rəhbərliyi ilə futbolçular arasında narazılıq yaranmışdı. Arif İsayev və sənə qarşı münasibət necədir?
- Bizimlə elə də problem olmadı. Hazırda Bakıdayam. Ona görə də son vəziyyət haqda məlumatım yoxdur. Kimi ki, klubda saxlamaq istəmirlər, onların pullarını saxlayıblar.
- Siz pulunuzu ala bildiniz?
- Tam olmasa da, bir qismi verildi.
- Arif İsayev “Dənizlispor”a gələndən sonra yəqin az darıxırsan.
- Əlbəttə ki, onun gəlişi lap əla oldu. Azərbaycanda Arif kimi futbolçuları oynatmırlar, futboldan küsdürürlər. Hətta belə oyunçular futbolu atmaq dərəcəsinə çatır. Bu cür futbolçularımız özlərinə inanmalı və vətəndən çıxıb başqa ölkələrdə oynamalıdır. Arif də gedib özünü Türkiyədə sübut etdi.
- Başqa elə bir futbolçu görürsənmi, yaxşı futbolçudur, ancaq Azərbaycanda diqqətdən kənarda qalıb? “Dənizilspor”a təklif edəcəyin futbolçu var?
- Arif “Dənizlispor”a gəlməzdən əvvəl bu haqda məndən soruşdular. Mən də Arifi təklif etdim. Ancaq indi bu barədə düşünməmişəm. Həm də belə bir qayda var ki, üçüncü azərbaycanlı olsa, legioner oyunçu sayılacaq. Mən komandada vitse-kapitanam. Azərbaycana gələndə klubdan mənə dedilər ki, yaxşı futbolçu olsa, gətir.
- Müsahibəndə demişdin ki, may ayında başqa kluba keçə bilərsən. Hətta Superliqa klublarından təklif aldığını bildirmişdin.
- Öz klubumla razılıq əldə olunmasa, keçə bilərəm. Hazırkı vəziyyətdə başqa komandaya keçməyim üçün “Dənizlispor” həmin klubdan böyük məbləğdə təzminat tələb edəcək. Birinci dövrə başa çatdıqdan sonra “Qaziantepspor”a gedə bilərdim. Onda da klumun yüksək təzminat istədi. Ona görə də keçidim alınmadı. Bu mənada birinci öz klubumla halallaşmalıyam. Təkliflər isə yenə var.
- “Dənizlispor”la müqavilən nə vaxt bitir?
- Komandamla müqaviləm 1+1 illikdir. Hələ qala da bilərəm.
- Azərbaycan klublarından necə, təklif almısan?
- Azərbaycanda oynamaq fikrim yoxdur. Hələlik Türkiyə klublarını fikirləşirəm. Demirəm, Azərbaycana qayıtmayacağam. Ancaq hələ ki, bu məsələyə real baxmıram.
- İnkişaf etməyin üçün Türkiyəni üstün tutursan?
- Heç kimin xətrinə dəyməsin, Türkiyədə futbol bizdən qat-qat yüksək səviyyədədir. Adicə azarkeş kütləsini görəndə insan oynamaq istəyir. Türkiyənin birinci divizionu təşkilatçılıq və azarkeşlər baxımından bizim Premyer Liqadan üstündür. Hər oyunda 7-8 min azarkeş gəlir. Azərbaycanda isə belə azarkeş az hallarda yalnız “Xəzər Lənkəran”ın oyunlarında olur.
- Baş məşqçiniz bildirib ki, Azərbaycan milli komandasını çalışdırsam, Rail Məlikovu tərəddüdsüz milliyə dəvət edərəm. Ancaq Berti Foqts sənə yenə dəvət göndərmədi. Sən necə düşünürsən?
- “Dənizlispor”da üç baş məşqçi ilə işləmişəm. Hələ Engin İpəkoğlunun vaxtında mənə sual verirdilər ki, niyə milliyə çağrılmırsan? Mən də dedim ki, mənə qarşı haqsızlıq olub. Ona görə Türkiyəyə gəlmişəm. “Neftçi” klubu ilə aramızda soyuqluq yaranmışdı. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov barəmdə xoşagəlməz söz-söhbətlər etmişdi. Bunu onlara başa saldım. Onlar da dedi ki, burda 18-liyə düşə bilməyən oyunçu da milliyə çağırılır. Amma sən mütəmadi komandanda çıxış etsən də, çağırmırlar. Bu, mənə də pis təsir edir. Əvvəl deyirdilər ki, bizi xarici klublarda təmsil edən oyunçu yoxdur. Ancaq mən “Dənizilspor”un heyətində 25 oyun keçirmişəm, yenə milliyə çağrılmıram. Bu, böyük haqsızlıqdır. Foqtsun fikrinə hörmətlə yanaşıram. Təki millimiz qalib gəlsin. Ancaq insan burda haqsızlıq görür. Əsas odur ki, klubum var və oyunlardan qalmıram.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı