Ramin Musayev: "Komandaların çıxışı məni yox, klub rəhbərlərini qane etməlidir"

Ramin Musayev: "Komandaların çıxışı məni yox, klub rəhbərlərini qane etməlidir"
MÜSAHİBƏ 23 May 2013 / 00:03 2811
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi

- Geridə qalan çempionat haqda fikirlərinizi bilmək istərdik. Komandalarımızın çıxışı sizi qane etdi?

- Komandaların çıxışı birinci növbədə məni yox, klub rəhbərlərini qane etməlidir. Ümumi çempionat haqda onu deyə bilərəm ki, maraqlı keçdi. Çempion sona bir tur qalmış bəlli oldu. Hətta bu, son tura da qala bilərdi, “qızıl oyun” da ola bilərdi. Bu da komandaların gərgin mübarizəsindən, rəqabətin artmasından xəbər verir.

- Komandaların hər biri öz layiqli yerini tuta bildi?

- Bəli. Hər bir komanda göstərdiyi oyuna görə müvafiq pilləni tutdu.

- Bəyəndiyiniz, milli komandamız üçün tapıntı olan  gənc və perespektivli futbolçular oldu?

- Araz Abdullayevin milli komandaya qayıtması yaxşı hal oldu. “Sumqayıt”, “Bakı” və “Neftçi”nin gənc futbolçuları ürəkaçan çıxış etdilər. Bu komandaların bəzi yeni futbolçuların çıxışını bəyəndim.

- Hakimlərin idarəçiliyindənn necə, razı qaldınız?

- Ümumi götürəndə normal idarəçilik oldu.

- Oyunların nəticəsinə təsir edəcək hakim səhvləri sizcə çox olmadı?

- Belə deməzdim. Çox olmadı.

- İlk “altılıq”da bir çox qalmaqallı hakim səhvləri oldu. Əsasən də Anar Salmanov və Elçin Məmmədov kobud səhvlərlə yadda qaldı. Bunlar haqda nə deyə bilərsiniz?

- Bunlarla bağlı tədbiri Hakimlər Komitəinin sədri Xaqani Məmmədov görür. Ona görə də sualı ona versəniz yaxşı olar.

- “Qarabağ” klubundan ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsində keçirilməsi ilə bağlı müraciət olunub?

- Bu məsələ ilə bağlı “Qarabağ” rəhbərliyi ilə görüşümüz oldu. Klubun vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun ev oyunlarını Ağdamda oynamaq istədiklərini bildirdi.

- Sizin cavabınız nə oldu?

- Biz bununla razılaşa bilmərik. Çünki belə bir iş alınmaz. Oynamaq istəyirlərsə, bütün ev oyunlarını Quzanlıda keçirsinlər. Ancaq çempionat oyunlarını Bakıda, kubok oyunlarını isə Ağdamda keçirmək alınmaz. Çünki kubok oyunları ərəfəsində ağır oyunların keçirildiyi bir vaxtda komanda bir yerdə oynamalıdır.

-  Birinci divizionda yaş limitinin qoyulması böyük narazılığa səbəb oldu. Bu qərara yenidən baxılması nəzərdə tutulub?

- Buna yenidən baxılmağa heç bir ehtiyac yoxdur. Oyunçuların yaşına görə etiraz edirlərsə, 21 yaş az deyil. Əgər oyunçu 21 yaşına qədər özünü göstərə bilmirsə, bundan sonra bu futbolçu kimə lazımdır? Yaşı 21-dən çox olan futbolçuların taleyini düşünürlərsə, həmin futbolçular yaxşı oynayıb düşsünlər Premyer Liqaya.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki