“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin Qol.Az saytına müsahibəsi
- Bu çempionatda ikinci yeri tutduğu üçün “Qarabağ”ı təbrik etmək olar?
- Əlbəttə, ikinci yer bizim üçün böyük bir nailiyyətdir.
- O zaman yəqin ki, “Qarabağ”ın bu mövsümkü çıxışından razı qalmısınız?
- Bəli. İldən-ilə komandamızın səviyyəsi yüksəlir. Futbolçuların yekun nəticələrini baxmışıq. Onların meydanda nə qədər qaçmalarını və başqa keyfiyyətlərini analiz etmişik. Görürük ki, futbolçularda möhtəşəm bir yüksəliş var. Güclü rəqabət apardıq. Ortaya qoçaq, əzmkar bir “Qarabağ” çıxdı .
- Amma siz komandanızın qarşısına çempionluq vəzifəsi qoymuşdunuz.
- Doğrudur, mövsümün əvvəlində çempionluğa çox iddialı idik. Amma bu futboldu. Bir tərəf qalib, digər tərəf məğlub olur.
- “Neftçi”nin çempionluğu haqda nə deyə bilərsiniz?
- Məncə, “Neftçi” çempionluğa layiq idi. Onları bu münasibətlə təbrik edirəm. “Neftçi” ilə də fəxr edirəm. İndi ürəyimiz Azərbaycanın Avroliqaya vəsiqə qazanan dörd komandası ilə birgədir. “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”da bizim komandalardır.
- “Qarabağ”dan Avroliqada nə gözləmək olar?
- Bu dəfə artıq hədəflərimiz böyükdür. Məqsədimiz dörd turu keçib qrup mərhələsində oynamaq və daha irəliyə getməkdir. Bunu çox ciddi şəkildə hədəf seçmişik və inamımız böyükdür.
- Komandanız 2009/10-cu il mövsümündə yaxşı formada idi. Bu gün futbolçular həmin illərdəki uğurlu çıxışları təkrarlamaq gücündədir?
- Əlbəttə. Futbolçularda o əzm, iradə var. Hətta indi daha təcrübəlidirlər. Qeyd etdiyim kimi, onların oyun göstəricilərini hər il analiz edirik və inkişafda olduqlarını görürük. Futbolçular göstərdiyi oyunlarla da bunu sübut edirlər. Həmçinin komandaya yeni futbolçular gətiriləcək. Optimal bir heyət qurub, Avropa oyunlarına gedəcəyik.
- Yeni transferlər axtarışına başlamısınız?
- Uğurlu transferlər həyata keçirəcəyik. Bu səlahiyyətlərini baş məşqçi Qurban Qurbanova vermişik. O hansı futbolçunu komandaya uyğun bilsə, onu da tranfer edəcəyik. Ancaq komandaya ən azı iki səviyyəli futbolçu gətirəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi