“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- Başa çatmaqda olan mövsümdə "Qarabağ"ın çıxışı haqda nə deyə bilərsən?
- Bu il çempion ola bilərdik. Sadəcə çempionat əvvəlki illərə nisbətən gərgin keçdi. Hər bir komanda yaxşı mübarizə aparırdı. Maraqlı çempionat oldu. Komandaların gücünə, keçən ilki nəticəmizə baxanda ikinci yer də pis deyil.
- Amma “Qarabağ” son turlarda qızıl medallara çox iddialı idi.
- Düzdür, məqsədimiz çempion olmaq idi. Bunun üçün də yaxşı kollektivimiz var. Ancaq futbolda istənilən nəticələr qeydə alınır. Mövsümün əvvəlində lazımsız xal itkiləri vəziyyətimizi çətinə saldı. Xüsusilə “Kəpəz”, “Turan” və “Rəvan”a qalib gələ bilməməyimiz nəticəyə çox təsir etdi. Bu komandalarla çox vacib xallar itirdik. Sonradan komandamız özünü topladı. Son turlarda demək olar ki, maksimum nəticələr qazandıq. Ancaq bu, kifayət etmədi.
- İkinci yerə çıxdıqdan sonra komandada əhval-ruhiyə necədir?
- Əlbəttə ki, çox üzülürük. Axıra qədər mübarizə aparırsan, əziyyət çəkirsən, axırıncı həftədə çempionluq əldə gedir.
- Topaz Premyer Liqanın son turunda “Simurq”la oyunuz var. Bu matça motivasiya ola bilirsiniz?
- Bütün oyunlara motivasiya olmağı bacarırıq. Axırıncı oyuna çıxacağıq. Allah futbolçularımızı zədədən uzaq etsin. Yəqin ki, dostluq şəraitində bir oyun keçər. Məncə, gənc oyunçulara üstünlük veriləcək. Ağır mövsüm keçirdik. Ona görə də ola bilər fərqli bir heyətlə oynadıq.
- Bu mövsüm “Qarabağ”da hansı futbolçunun çıxışını fərqləndirə bilərsən?
- Vüqar Nadirovu qeyd edə bilərəm. Kapitan Rəşad Sadıqov ilk “altılıq”da təcrübəsi ilə komandamıza çox fayda verdi. Reynaldo son oyunlarda özünü yaxşı tərəfdən göstərdi. Məncə, oyunçularımızın hamısı bu mövsüm özünü doğrultdu.
- Öz oyunun haqda nə deyə bilərsən? Son vaxtlar meydanda az görünürsən.
- Bu mövsüm 27 oyunda meydana çıxmışam. Onların 22-23-də start heyətdə olmuşam. Demək olar ki, bu mövsüm mənim üçün də uğurlu olub. Sadəcə son oyunlarda oynamamışam. Bu da komandanın taktikası ilə bağlıdır.
- “Qarabağ”la müqavilə müddətini bir illik uzatdın. Komandana üstünlük verməyin nədən irəli gəldi?
- Başqa klublardan da təklif var idi. Amma “Qarabağ”ı üstün tutdum. Uzun müddətdir ki, “Qarabağ”da oynayıram. Burda hamı ilə çox gözəl münasibətlərim var. Rəhbərlik və baş məqşçimiz Qurban müəllim çox sağolsun ki, mənə komandada qalmağı təklif etdilər. Mən də bu təklifi yaxşı qarşıladım.
- Azarkeşlər bu mövsüm Avroliqada “Qarabağ”dan nə gözləsinlər?
- Əvvəlki illərdə olduğu kimi bu dəfə də azarkeşlərimizi sevindirəcəyik. İstərdik ki, “Neftçi” kimi Avroliqanın qrup mərhələsinə düşək. Bunun üçün yaxı heyətimiz var. Yəqin ki, komandaya uğur gətirə biləcək yeni transferlər də olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi