“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusfovun Qol.Az saytına müsahibəsi
- Bugünlərdə “Qarabağ”la müqavilənin müddətini daha üç il uzatdın. Üstünlüyü bu komandaya verməyin nədən irəli gəldi?
- Artıq yeddi ildir ki, “Qarabağ”dayam. Bu komandadan getmək öz evindən getmək kimidir. Bunu etmək ağılsızlıq olardı. O zaman gedərdim ki, meydana çıxmayım, daima ehtiyatda qalım. Hər şey qaydasındadırsa, niyə gedim?!
- Ancaq son vaxtlar səni meydandanda az görürük. Bu, komandaya legioner oyunçuların gəlməyi ilə bağlıdır?
- Səbəb bu deyil. Sadəcə komandamızın oyun taktikası bunu tələb edir. İki dayaq yarımmüdafiəçisi ilə oynayanda komanda bir az qapalı oynayır. Ona görə də baş məşqçi belə məsləhət bilib. Ancaq mən istənilən vaxt komandama kömək edirəm. Oyunun gedişatından asılı olaraq meydana çıxıb komandamın uğur qazanması üçün əlimdən gələni edirəm.
- Başa çatmaqda olan mövsümdə “Qarabağ”ın çıxışını necə qiymətləndirirsən?
- Bu mövsüm qızıl medalı qazanmaq üçün çox çalışdıq. Məncə, bunu qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Ancaq sonda gümüş medalla kifayətləndik. Mənə elə gəlir ki, pis nəticə deyil. Çünki mövsümün əvvəlində bizə desəydilər ki, “Qarabağ” ikinci yeri tutacaq, sona bir neçə tur qalmış avrokuboklara vəsiqə qazanacaq, hamımız deyərdik ki, əladır. Amma mövsümün ortalarında getdikcə çemionluq şansımız artanda istər-istəməz birinci yeri hədəfləmişdik. Gərək həmişə birinci olmaq istəyəsən ki, heç olmasa, yuxarı yerlərə olasan. Çempion bir komanda olur. İki olsaydı, biri də biz olardıq. Hesab edirəm ki, bu mövsüm bizim üçün uğurludur.
- Qızıl medallara çox iddialı idiniz. Çempionluğa nə mane oldu? Komandanız harda səhv etdi?
- Deməzdim hardasa səhv etdik. “Neftçi” ilə şansımız eyni idi. Sadəcə, iki komandadan biri çempion olmalı idi. Bəlkə də “Neftçi” ilə son oyunda məğlub olmasaydıq, çempion biz olardıq. Ancaq əsas səbəb bunu deməzdim. Çempionluğun taleyi “Neftçi” ilə oyunda həll olunmadı. Birinci dövrədə itirdiyimiz xallar çempion olmağımıza imkan vermədi. “Turan” və “Kəpəz” kimi komandalarla oyunda xal itirməyimiz bizə zərbə oldu.
- Medalçıların yerlərini ədalətli saymaq olar?
- Məncə, hər komanda haqq etdiyi yerdədir. “İnter” də güclü komandadır. Yaxşı təsir bağışladılar. Əgər sıralanma belədirsə, deməli, ədalətlidir.
- Qarşıda sizi Avroliqanın oyunları gözləyir. Komandanızın hazırkı heyəti “Qarabağ”ın əvvəlki illərdə Avropada göstərdiyi baxımlı oyunu təkraralaya bilər?
- İndi də heyətimiz yaxşıdır. Əksəriyyəti həmin futbolçulardır. Həm də komandamız daha da güclənəcək. Avroliqanın qrup mərhələsinə düşmək üçün komandamız yeni futbolçularla güclənməlidir. Belə futbolçuları cəlb etmək üçün təcrübəli baş məşqçimiz var.
- Yəqin sən də yeni hücumçuya ehtiyac duyursan. Çünki “Qarabağ” uzun müddətdir ki, keyfiyyətli hücumçu sarıdan əziyyət çəkir.
- Məncə, baş məşqçi kimi gətirəcəyini yaxşı bilir. Deyə bilmərəm, daha çox hansı mövqeyə futbolçu lazımdır. Amma yeni oyunçularla güclənəcəyimizi bilirəm.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi