“Qəbələ” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 31-ci turunda “Neftçi” ilə qarşılaşdınız. Oyunda üstün tərəf olsanız da, hesab 1:1 oldu. Qələbəyə nə imkan vermədi?
- Oyunun çətin olacağını gözləyirdik. Amma yaxşı çıxış etdik. Düzdür, çempionat başa çatır, bu oyun bizim üçün maraq kəsb etmirdi. Amma klubun imici, azarkeşlərə hörmət baxımından əlimizdən gələni etdik. Klubun olmasa da, azarkeşlərin “Neftçi” ilə prinsipi var idi. Çünki “Neftçi” ilə səfərdə oyununda rəqib komandanın azarkeşləri bizim avtobusu daşa basmışdılar. Ona görə də, bir gün əvvəldən azarkeşlər məşqimizə gəlib bildirmişdilər ki, mütləq qalib gəlmək lazımdır. Biz də meydana üç xal üçün çıxmışdıq. Qalib gələ bilməsək də, düşünürəm ki, üç xallıq oyun idi. Hesab nəticəyə görə olmadı. Məncə layiqli oyunumuzla qələbə qazanmalı idik. Penalti epizodundan yararlana bilmədik. Buna bəxtsizlik də demək olar. İtiriləcək bir şey yox idi. Qismət belə imiş.
- Əvvəlkilərə nisbətən son iki 2-3 oyunda komandanız yaxşı təsir bağışlayır. Bunun səbəbini nədə görürsən?
- Hər bir futbolçu özünə cavabdehdir. Əgər bu komanda belə oynamağı bacarırsa, deməli əvvəldən bunu edə bilərdi. Müəyyən səbəblər var ki, onları bilmirik. Onu deyə bilərəm ki, baş məşqçinin tez-tez dəyişilməyi komandanın oyun üslubuna təsir etdi. Futbol elədir ki, məşqçiyə vaxt lazımdır ki, oyun üslubunu yerinə oturda bilsin. Bu mövsüm üç məşqçi ilə işlədik. Hər biri futbolçulara fərqli dəsti-xətlə məşqlər keirdi. İlk növbədə uğursuzluğun səbəbini bunda görürəm.
- Artıq mövsüm başa çatır. Ola bilərmi futbolçular komandada qalmaq üçün oyunlarda belə can yandırırlar?
- Ola bilər. Amma peşəkar futbolçu belə etməməlidir. Əsl futbolçu çörək qazandığı klubun şərəfini son dəqiqəyə qədər qorumağa borcludur. Əgər futbolçularımızdan belə düşünəni varsa, o, qeyri-peşəkardır. Bəlkə də legionerlər belə düşünür. Azərbaycanlı futbolçuların yerinə cavab verə bilərəm ki, bunu etməzlər. Biz azərbaycanlıyıq.
- Düşünürsən ki, legionerlər komandaya biganə yanaşır?
- Onların nə düşündüklərini dəqiq deyə bilmərəm. Amma mövsümün axırıdır, müqaviləsi başa çatanlar, evə getmək istəyənlər var. Ancaq komandaya bir mövsüm biganə yanaşa bilərlər. İkinci il bunu edə bilməzlər. Çünki “Qəbələ” klubunun rəhbərliyi futbolun içində olan insanlardır. Bu gün futbola gələnlərdən deyil. Onları aldada bilməyəcəklər.
- Mövsüm sona çatır. “Qəbələ”də bu mövsüm çıxışın haqda nə deyə bilərsən?
- Demək olar ki, “Qəbələ”yə gələndən zədəliyəm. Gah sağalıram, gah da zədələnirəm. Öz çıxışım haqda danışmaq istəmirəm. Göz qabağındadır. Uzun müddət zədəli oldum. Hansı çıxışdan danışım? Yəqin qismət belə imiş.
- Mövsümün sonu “Qəbələ” ilə müqavilən bitir. Komandada qalacaqsan?
- “Qəbələ”nin mənə etdiklərini bəlkə də heç bir klub etməz. Bu komandanın çörəyini heç vaxt itirmərəm. Çünki mən xəstə olan vaxtı rəhbərlik özü mənə yenidən müqavilə təklif etdi. Dedilər ki, burda xəstələnmisən, burda da müalicə olunmalısan, arxanda durmuşuq. Ona görə də ilk növbədə komandamın təklifini gözləyirəm. Əgər komandaya lazım olaramsa, bunu dəyərləndirərəm. Desələr, lazım deyilsən, yenə qərara hörmətlə yanaşıb, özümə başqa klub axtaracam.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi