“Neftçi” klubunun məşqçisi Kamal Quliyevin Qol.Az saytına müsahibəsi
- Komandanızın çempion olması münasibəti ilə sizi təbrik edirik.
- Çox sag olun. Minnətdaram. “Neftçi”ni sona qədər dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm.
- Dünən “Qəbələ” ilə oyunda 1:1 hesablı nəticə ilə çempion adını qazandınız. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Çoxları bizi dünənki oyuna qədər də çempion sayırdı. Buna baxmayaraq, bilirdik ki, “Qəbələ” ilə oyun ağır olacaq. Bu, normal haldır. Heç bir komanda istəmir ki, öz meydanında azarkeşləri məyus etsin. Bir məsələ də var ki, “Neftçi”yə qarşı hamı var qüvvəsi ilə oynayır. Bu əzəldən belədir. Mən “Neftçi”də oynayan dövrdən əvvəl de belə olub. “Neftçi”nin adı gələn yerdə hamı var qüvvəsini ortaya qoyur. Mən itərdim bu hal tək “Neftçi”yə qarşı oyunlarda yox, bütün qarşılaşmalarda olsun. Bu özünü göstərsə, Azərbaycan futbolunda inkişaf olacaq. Bu da bizləri sevindirəcək. Oyunla bağlı deyə bilərəm ki, çox çətin oldu. Rəqib komandanın çox yaxşı qol epizodları vardı. Dünən başda klub prezidenti Sadıq Sadıqov olmaqla sübut etdik ki, “Neftçi” düzgün yoldadır, düzgün istiqamət götürüb. Ardıcıl üçüncü çempionluğumuzu qeyd etdik. İstərdim ki, bütün klublarımızda “Neftçi”dəki kimi idarəçilik olsun. Çünki bundan çox şey asılıdır. Çempionluğun sona bir tur qalmış müəyyənləşməsi futbolumuzun inkişafından xəbər verir. Belə bir vaxtda qazanılan çempionluq daha dadlı olur. Məncə, bu mövsüm “Neftçi”nin məşqçilər korpusu öz işinin öhdəsindən layiqincə gəldi. Keçən il bu fürsəti əlimizdən verdik. Ancaq bu il çox istərdik ki, “qızıl dubl” edək. Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız var. Tam gücümüzlə bu oyuna hazırlaşacağıq.
- “Qəbələ”nin qol vurmaq şansları daha çox oldu. Oyun baxımından da “Neftçi”dən geri qalmadı.
- Razıyam. “Qəbələ” ikinci hissədə çox yaxşı təsir bağışladı. Sadəcə yaranan qol imkanlarından istifadə edə bilmədilər. Buna futbolçuların səviyyəsi və ustalıqları çatmadı. Oyunun sonuna 15 dəqiqə qalmış “Qəbələ” təzyiqi daha da artırmışdı. Demək olar ki, hər hücumda o dünyaya gedib qayıdırdıq. Futbolçularımız çox rahat idilər. Onların bu rahatlıqlarına biz çox narahat olurduq. Qıraqdan oyuna baxanda daha çox həyəcan olur. Hər dəfə qapımız önündə təhlüükə yarananda biz nələr keçirdiyimi Allah bilir. Bu da bir qismətdir. Əvvəlki oyunda Bakıda “Simurq”la bərabərə qaldıq. Deməli qismətimizdə çempionluğu Qəbələdə qeyd etmək var imiş.
- “Neftçi” futbolçularının nəticəyə oynadığı hiss olunurdu. Bu, məşqçilərin tapşırığı idi?
- Yox. Sadəcə futbolçularda həddindən artıq yüklənmə var. İnsan bir işi çox gördükdə artıq o işdən doyur, bezir, dincəlmək istəyir. Bu mövsüm həddindən artıq çox oyun keçirdik. Avroliqanın oyunları, toplanışda olarkən yoldaşlıq matçları, kubok və çempionat görüşləri futbolçuları yordu. Məncə, bu, normal haldır. Mən də bu halları yaşamışam. Oyunçular həm fiziki, həm də psixoloji cəhətdən yüklənirlər. Legionerlər artıq evlərini , yaxınlarını fikirləşirlər. Bu da normaldır. Mən də legioner həyatı yaşamışam. Nə qədər desələr də, Azərbaycan ikinci vətənimdir, yenə də insanın öz doğma vətəni əzizdir. Bu da uzun bir marafonun sonunda özünü göstərir. Yenə də futbolçularımıza minnətdarlığımı bildirirəm. Hər oyunda verilən taşırıqların çoxunu yerinə yetirirlər. Təbii ki, bütün tapşırıqları yerinə yetirmək mümkün deyil. Bunu üçün futbolçular robot olmalıdır. İşin gözəlliyi də ondadır ki, çətinliklə gəlib sona bir tur qalmış çempion olasan.
- Artıq mövsüm başa çatır. “Neftçi” üçün ən çətin rəqib hansı komanda oldu?
- 1993-cü ildən “Qarabağ” “Neftçi”yə rəqib olub. Bu komandaları əzəli rəqib adlandırırlar. Həmişə deyirlər ki, “Qarabağ”la oyunlar ağır keçir. Bu mövsüm çempionatda “Qarabağ”a üç dəfə məğlub olduq. Amma deyərdim ki, hesabda məğlub olduq. Oyun baxımından “Qarabağ”ı üstələdik. “Qarabağ”da Azərbaycanı Avroliqada layiqli təmsil edəcək klubumuzdur. Bu komanda əvvəlki mövsümlərdə Avroliqanın təsnifat mərhəlini keçdikcə sevinirdik. Bu, Azərbaycan futbolunun xeyrinə idi. Orada qazanılan xallar bütün klublarımız üçün yaxşı oldu. Ümumiyyətlə, bu mövsüm “Neftçi” üçün çox ağır keçdi. Rəhbərlikdən tutmuş futbolçulara qədər çox əziyyət çəkdik. Çünki Avroliqada güclü komandalarla oyundan sonra çempionatda qat-qat Avropadakından zəif komandalarla oynamaq çətin olur. Futbolçuları oyuna kökləmək olmur. Çünki futbolçu Avropadı oyundan da artığını istəyir. Klub rəhbərliyinin və məşqçilərin korpusunun səyi nəticəsində həmin ab-havanı futbolçuların beynindən çıxara bildik. Avroliqa oyunlarından sonra oynadığımız komandalara məğlub olduq. Həmin rəqibləri bizim üçün ən ağır rəqib sayırdım. O dövrdə “Sumqayıt”a, “Rəvan”a və “Qarabağ”a məğlub olmuşduq. Görün, “Qarabağ”ı çıxmaq şərti ilə kimlərə uduzmuşuq. Həmin oyunlarda xal itkilərimiz olmasaydı, indi böyük xal fərqi ilə çempion olardıq. Komandanı belə bir vəziyyətdən çıxarıb çempion etdiyim üçün biz qəhramanıq. Bu işdə klub prezidenti Sadıq Sadıqovdan tutmuş, qapıda duran mühavizəçiyə qədər əziyyəti var. Sizin vasitənizlə demək istəyirəm ki, hamısı əziyyətini halal etsin.
- Qarşıda sizi Çempionlar Liqası gözləyir. “Neftçi”nin gücü keçən mövsümlə müqayisədə artıb, yoxsa azalıb? Yəni uğurları təkrar edə bilərsiniz?
- Böyük komandalar uğur qazanan heyəti heç vaxt dəyişmirlər. Çalışırlar ki, heyəti mümkün qədər qorusunlar. Çünki futbolçular bu uğura imza atıblarsa, bunların qabliyyəti var və istəsələr bir də bu uğuru təkrar edə bilərlər. Buna baxmayaraq komandaya mütləq təzə nəfəs gəlməlidir. Biz də bunun üzərində işləyirik. Çalırıq ki, gətirəcəyimiz futbolçular “Neftçi”yə layiq olsunlar. Ən azı indiki futbolçular səviyyəsində olsunlar. Futbolçular arasında rəqabəti artırmalıyıq. Rəqabət olmasa, nailiyyətdən danışmaq olmaz. Ona görə də çalışır ki, elə bir futbolçu gətirək ki, komandanıın oyun sxeminə uyğun gəlsin və kollektiv oyun aüstünlük verəcək biri olsun. Buna nail olmaq üçün vaxtımız var.
- Yəqin komandanız “qızıl dubl” etmək fikrindədir. Bunun üçün şanslarınızı necə görürsünüz?
- Əvvəlcə demək istəyirəm ki, “Xəzər Lənkəran” klubunu təbrik edirəm. Çünki onlar da artıq avrokuboklara vəsiqə qazandılar. Bunları səmimi qəlbdən deyirəm. Həqiqətən cənub zonasında da futbolu sevirlər, futbola və futbolçulara hörmət qoyurlar. Mən də “Xəzər Lənkəran”da çıxış etmişəm. Sevindirici haldır ki, belə bir komanda ilk “altılığ”a düşə bilməsə də, Avroliqaya vəsiqə qazandı. Şanslarımızı isə yüz faiz hesab edirəm. Çünki komandamın gücünə bələdəm. İnanıram ki, Allahın izni ilə kuboku qazanacağıq. Klubda görülən işlər, düzgün istiqamət bunu deməyə imkan verir. “Xəzər Lənkəran”ı da zəif saymıram. Orda da milli komandamızın oyunçuları var. Onllara da hörmətlə yanaşıram. Klub kimi də güclüdürlər. Həmişə “Neftçi” – “Xəzər Lənkəran” oyunu xüsusi əhəçmiyyət daşıyıb, çempionata rəngarənglik verib. İnanıram ki, gözəl oyun olacaq. Güclü olan tərəf də oyun günü müəyyənləşəcək. “Xəzər Lənkəran” klubundan da kimi dindirsən, deyəcək ki, kubok bizlikdir. Bu, normal haldır, belə olmalıdır. Oyun günü hansı komandanın futbolçuları psixoloji cəhətdən oyuna hazır olsa, gözlənilən oyunu nümayiş etdirə bilsə, həmin komanda qalib gələcək. Ürəyimdə çoxlu sözlər var. Mən də istəyirəm ki, bizdə də futbol inkişaf etsin. Axı əvvələr bizdə futbol olub. Nəyə görə Berti Foqts kimi mütəxəssislər bizə yuxarıdan aşağı baxsınlar? Biz vaxtilə Türkiyəni, "Qalatasaray"ı üstələmişik. İndi niyə bunu edə bilmirik? Mən milli komandada çıxış etdiyim vaxt Serbiya, Portuqaliya, Uels, Slovakiya kimi komandalardan xallar almışıq. Amma Berti Foqts deyir ki, Azərbaycanda futbol yoxdur. Yoxdursa, qoy, onda öz işimizi özümüz görək. Axı bizdə futbol olub.
Sonda üzümü "Neftçi" azarkeşlərinə tutub demək istəyirəm ki, mayın 28-də bizi dəstəkləsinlər. İndiyənə qədər azarkeşlər bizi tək qoymayıb. İstəyimiz odur ki, kubokun final oyununda da komandalarının yanında olsunlar.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"