“Sumqayıt” klubunun kapitanı Samir Abasovun Qol.Az saytına müsahibəsi
-“Sumqayıt”ın cari mövsümdə çıxışı haqda nə deyə bilərsən?
- Nəticə gözlədiyimiz kimi oldu. Bundan artığını şəxsən mən gözləmirdim. Klub rəhbərliyi də başa düşürdü ki, ilk “altılığ”a düşmək real deyil. Qarşıya məqsəd qoymamışdan əvvəl komandanın gücünü bilməlisən. Şükür Allaha ki, çətinliklə olsa da, güclülər dəstəsində qaldıq. Keçən mövsümlə müqayisədə yaxşı çıxış etdik. Öz meydanımızda bir neçə dəfə azarkeşlərimizi sevindirdik. “Neftçi” və “Bakı” kimi komandalara qalib gəldik. Amma məncə, belə getsə, gələn mövsüm Premyer Liqada qala bilməyəcəyik. Bu heyətlə özümüzü 10 komanda içində sonuncu yerdə görürəm. Elə birinci Premyer Liqanı tərk edən biz olacağıq. Artıq çempionatın ortalarında güclülər dəstəsini tərk edəcəyimiz məlum olacaq.
- Belə getsə, deyəndə nəyi nəzərdə turursan?
- Komandanın səviyyəsini nəzərdə tuturam. Çox zəifik. Ortabab komandadan da zəifik. Haqq-ədalət gəlib öz yerini tapır. “Xəzər Lənkəran” bu gün ilk “altılıq”da yoxdur. Təsadüf belə olur. Biz təsadüflərə bel bağlaya bilmərik. Çempionatın sonunda zəiflər sonuncu pillələrdə qərarlaşdı.
- Çıxış yolunu nədə görürsən?
- Hökmən komandaya legioner futbolçular gəlməlidir. Yaxşı yerli futbolçu tapa bilməyəcəyik. Çünki hamısının klublarda müqaviləsi var. Orta səviyyəli legionerlər gətirməliyik. Belə futbolçular bizə çox kömək edə bilərlər. Uğur Pamuk və Pərdis Azad komandaya gələndə xeyli irəliləyiş oldu.
- Mövsümün əvvəlində komandanızın qarşısına hansı məqsəd qoyulmuşdu?
- Məqsəd o idi ki, gənc futbolçuları yetişdirib milli komandaya verək. Bunun da öhdəsindən hardasa gəldik. 3-4 oyunçumuz milli komandaya çağırılır. Həm də Premyer Liqada qalmağı hədəfləmişdik ki, gələcəkfə rəhbərlik sponsorların qarşısına normal komanda çıxarsın. Demək olar ki, bu tapşırıqları yerinə yetirdik. Futbolda hər şeyi pul həll edir. Rəhbərlik bu haqda nə qədər çox fikirləşsə, o qədər yaxşı olacaq.
- “Sumqayıt” həmişə yaxşı futbolçular yetişdirib. Komandanın güclü vaxtları olub. İndi isə Premyer Liqada qalmaq üçün mübarizə aparır.
- “Sumqayıt” həmişə maddi cəhətdən zəif olub. İkinci yeri tutduqdan sonra komanda elə də böyük uğur qazanmayıb. Çünki maliyyə durumu yaxşı olmayıb. Ona görə də sumqayıtlı futbolçular həmişə başqa klublarda çıxış edib. Hansı ki, onlar çox istedadlı futbolçu olub. İndi də maddi vəziyyət yaxşılaşsa, komandanın iddiası artar. Düzdür, sponsorumuz var. Yeni stadion tikilir. Ancaq bir qədər yeni futbolçulara pul qoyulsa, yaxşı olardı.
- Topaz Premyer Liqanın 31-ci turunda “Xəzər Lənkəran”a qalib gəldiniz. Rəqib bu mövsüm siz məğlub edə bilmədi. Bu oyun haqda nə deyə bilərsən?
- Qələbə “Xəzər Lənkəran”dan çox bizə lazım idi. Oyunun məsuliyyətini yaxşı dərk edirdik. Premyer Liqada qalmaq üçün bizə heç-heçə də sərf edirdi. Amma şükürlər olsun ki, qalib gəldik. “Xəzər Lənkəran” da qapımız qarşısında elə də təhlükə yaratmadı. Amma etiraf edirəm ki, bəxtmiz gətirdi. Onu da deyim ki, dünənki oyunda bütün gücümüzü ortaya qoyduq.
- Oyun zamanı rəqibin baş məşqçisi Con Toşakla mübahisə etməyin və ona söyməyin haqda xəbərlər yayılıb.
- Bu məsələni çox şişirdirlər. Mən səmimi insanam. İnanın ki, anlaşılmazlıq olub. Toşak ingilis dilində nəsə dedi, elə bildim mənə deyir. Mən də ona qarşı bir söz işlətdim. Sonra bildim ki, Toşak o sozləri mənə qarşı işlətməyib. “Xəzər Lənkəran” klubunun heyətinin yarısı dostumdur. Onlar da məni başa saldılar ki, anlaşılmazlıq olub. Məndə dərhal zəng edib üzr istədim. Hətta Toşak gülə-gülə dedi ki, belə şeylər çox olur.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi