Vüqar Nadirov: "Toşak mənimlə çox maraqlanırdı"

Vüqar Nadirov: "Toşak mənimlə çox maraqlanırdı"
MÜSAHİBƏ 12 May 2013 / 00:01 5606
-  A +

“Qarabağ”la müqaviləmi artırmışam. Daha iki il mənə doğma olan komandanın şərəfini qoruyacağam. Mən “Qarabağ”dan heç yerə gedə bilmərəm. Çünki bu komandanın yetirməsiyəm. Uşaqlıqdan bu komandada oynamışam, futbolu “Qarabağ”da öyrənmişəm. Komandamla yeni müqavilə bağladığım üçün çox sevinirəm. Mənim yerim elə “Qarabağ”dır”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Qarabağ”ın hücumçusu Vüqar Nadirov klubu ilə yenidən iki illik müqavilə bağlaması ilə bağlı danışarkən deyib.

“Qarşıda bizi avrokubok oyunları gözləyir. Yenidən “Qarabağ”la Avropada uğurlu çıxış edəcəyimizə inanıram və bunu çox istəyirəm. Ona görə də “Qarabağ”dan ayrıla bilmərəm” - deyə o qeyd edib.

V. Nadirov başqa klublardan da təklif aldığını deyib: “Xəzər Lənkəran”dan real təklif gəlmişdi. Komandanın baş məşqçisi Con Toşak mənimlə çox maraqlanırdı. Oyunumu bəyənirdi. Amma mən “Qarabağ”ı üstün tutdum”.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki