“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Bu gün klubunuz prezidenti Tale Heydərovla “Qəbələ”nin baş məşqçi vəzifəsinə əsas namizəd Yuri Syomin arasında görüş keçirilib. Danışıqlara əsasən hansı razılığa gəlinib?
- Bəli, bu gün klub prezidenti Tale Heydərov Yuri Syominlə görüşüb. Hər iki tərəf şərtlərini və məqsədlərini bildirib. Demək olar ki, ilkin razılığa gəlinib. Ancaq ikitərəfli razılaşmaya əsasən məsələyə bir həftədən sonra aydınlıq gələcək. Mayın 20-nə qədər isə bu iş tam həll olunacaq.
- O vaxta qədər Syominlə təkrar görüş nəzərdə tutulub?
- Bu gün Syomin Qəbələyə gedəcək. O stadionlara, məşq keçdiyimiz meydançalara şəxsən baxmaq istəyir. Orada klubla daha yaxından tanış olmaq fikrindədir. “Qəbələ” haqda özündə fikir formalaşdırmaq istəyir. Axşam isə Bakıya qayıdıb, klub haqda təəssüratlarını bildirmək üçün mənimlə görüşəcək.
- Sizcə bu mütəxəssis “Qəbələ”nin bu uğursuz çıxışlarına son qoya bilər?
- Bizim məqsədimiz də odur ki, “Qəbələ”ni bu çətin vəziyyətdən qurtaraq. Ona görə çalışırıq ki, təcrübəli mütəxəssislə müqavilə imzalayaq. Axtarışda olan məşqçilərin hamısı təcrübəlidir. Bunların içərisində Yuri Syomin də var. Çox güman ki, baş məşqçimiz elə Yuri Syomin olacaq.
- Sizə də elə gəlirmi tez-tez baş məşqçi dəyişikliyi komandanın oyununa mənfi təsir edir, uğursuz çıxışların bir səbəbi də budur?
- Əlbəttə, bunu bilirik. Futbolçuların qeyri-sabit oynamsının səbəbi də budur. Amma dəyişikliyə məcbur olanda bunu etməlisən. Etməyəndə, daha pis nəticə ola bilər. Luis Araqonu saymasaq, bu il “Qəbələ”də iki baş məşqçi dəyişib. Fatih Kavlak və Ramiz Məmmədov baş məşqçi postuna təyin olundular. Deyərdim ki, ümidləri doğrultmadılar. Ramiz müəllim özü istefa versə də, istənilən halda nəticə yox idi. Yəqin ki, Ramiz müəllim də bunu nəzərə alıb istefa verdi. Əgər baş məşqçi dəyişikliyi labüddürsə, bunu vaxtında etmək lazımdır.
- “Bakı” ilə oyun haqda nə deyə bilərsiniz? Komandanız səkkiz oyunluq qalibiyyətsizlik seriyasına son qoydu.
- Komanda yaxşı çıxış etdi. Məni sevindirən əsas Tərzin Cahangirovun oyunu idi. Bidiyiniz kimi Tərzin “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Onun oyunu məni çox sevindirdi. Həqiqətən onun dünənki çıxışından zövq aldım.
- “Qəbələ”nin qışda etdiyi transferlər özünü doğrultdu?
- Onların içərisində bəziləri var ki, yaxşı çıxışı ilə yadda qalır. Yəqin ki, komandada qalacaqlar. Mənə elə gəlir ki, yeni gələcək baş məşqçi onlara şans verəcək. Fikrimcə onlar müəyyən mənada baş məşqçinin etimadını doğrulda bilərlər. Amma bəziləri də var ki, hələ bir illik müqaviləsi olmağına baxmayaraq, komandadan göndəriləcək. Bunlara yeni baş məşqçi təyin olunandan sonra aydınlıq gələcək.
- Gələn mövsüm üçün indidən hansısa səviyyəli oyunçunun transferi nəzərdə tutulub?
- Hər şey yeni baş məşqçidən asılı olacaq. Baş məşqçinin fikri çox önəmlidir. O, komandanı nə cür görmək istəsə, bizdə ona o cür kömək etməyə çalışacağıq. Sözsüz ki, hər şey bizim nəzarətimizdə olacaq.
- Yeni gələcək baş məşqçi ilə “Qəbələ” hansı məqsədlər üçün çalışacaq?
- Məqsədimiz təbii ki, avrokuboklara vəsiqə qazanmaqdır. Cari mövsüm də bunun üçün çalışırdıq, ancaq alınmadı. Komanda çempion olarsa, lap yaxşı. Minumum avrokuboklara vəsiqə qazanmaq istəyirik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi