“Simurq” klubunun hücumçusu Murad Səttarlının Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 30-cu turunda dünən “Neftçi” ilə qarşılaşdınız və 1:1 hesablı nəticə ilə rəqibə erkən çempionluğu qeyd etməyə imkan vermədiniz. Bu matç haqqında nə deyə bilərsən?
- Maraqlı oyun alındı. Hamı deyirdi ki, yüz faiz “Neftçi” qalib gələcək. Biz də oyuna yaxşı hazırlaşdıq və sübut etdik ki, çempionatda onlara rəqib var. Qalib də gələ bilərdik. Bir neçə dəfə qol imkanımız oldu. Amma yenə də “Neftçi”nin erkən çempionluğunun qarşısını aldıq.
- Komandanızın oyunundan razı qaldın?
- Pis oynamadıq. Baxmayaraq ki, hakim təmiz qolumuzu qeydə almadı, yenə də 1:1 hesablı nəticə yaxşıdır. Bütün futbolçularımız sona qədər mübarizə apardı. “Neftçi”yə qarşı oynamaq çətin olur. Dünənki qarşılaşmada çətinliklərə baxmayaraq, inamlı oynadıq.
- Mübahisəli qol epizodu haqda nə deyə bilərsən?
- Bizə gələndə həmişə belə olur. Artıq neçənci oyundur ki, qol vururuq, hakim saymır. Biz də buna qarşı heç nə edə bilmirik. Dünənki oyunda da ofsaytdan söhbət gedə bilməzdi. Yəqin belə məsləhət imiş. Çünki hamı “Neftçi”nin çempion olacağını deyirdi.
- “Neftçi” tərəfdən bildiriblər ki, “Simurq”un heç bir iddiası yoxdur, sadəcə kimlərinsə göstərişini yerinə yetirərək dünənki oyunda bütün güclərini sərf etdilər. Bu fikrə münasibətin necədir?
- “Neftçi” həmişə belə edirr. Deyirdilər ki, onlara rəqib yoxdur, amma elə “Qarabağ” bu mövsüm üç dəfə onlara qalib gəldi. Bizim iddiamızın olub-olmadığını Allah bilər. Bilirik ki, avrokuboklara vəsiqə qazanmaq çətin olacaq. Bu, təkcə bizdən asılı deyil. Ona görə də, çətin olacaq. Amma sona qədər vuruşacağıq.
- Mövsüm sona çatır. Hansısa klubdan təklif almısan?
- Müqavilə ilə “Qarabağ”a məxsusam. “Simurq”da icarə əsasında oynayıram. Təkliflər var, ancaq bu, tək mənim istəyimlə bağlı deyil. “Qarabağ” nə desə elə olmalıdır.
Ramiq AĞAMƏMMƏDOV
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər