Mahmud Qurbanov: "Mənim yerimdə Petrov da olsaydı..."

Mahmud Qurbanov: "Mənim yerimdə Petrov da olsaydı..."
MÜSAHİBƏ 8 May 2013 / 15:40 3401
-  A +

“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi

- Gələn mövsüm “Kəpəz” Premyer Liqanı tərk edəcək. Komandada qalmaq fikriniz var?

-  Komandada qalıb-qalmamağım rəhbərlikdən asılıdır. Bu barədə bir söz deyə bilmərəm. Onu bilirəm ki, komandada başqası olsaydı yenə də belə olacaqdı. Elə şeylər var ki, məndən asılı deyil. Ona görə də bu suala cavab vermək  çətindir. Rəhbərlik nə qərar versə, o da olacaq. İndidən bu haqda nəsə deyə bilmərəm. Məndən olsa əlbəttə işləmək və özümü sübut etmək istəyirəm. Bu işi başa çatdırmalıyam. Məşqçi karyerama uğursuz başlamaq istəmirəm. Heç bir bəhanə gətirmək fikrim yoxdur. Məndə də bu uğursuzluğun günahı var. Çünki baş məşqçi mənəm. Amma yenə deyirəm, mənim əvəzimə Andrey, Petrov olsaydı belə nəticə eyni olacaqdı. Çünki komanda uğursuzluğa doğru gedirdi. Ona görə də bu uğursuzluq məndən asılı deyil.

- Klub rəhbərliyi ilə bu barədə danışığınız olub?

- Hələki rəhbərliklə bu barədə danışmamışam. Yəqin ki, mövsüm başa çatdıqdan sonra məsələyə aydınlıq gələcək.

- Futbolçu karyeranızda adətən çıxış etdiyiniz klublar çempion olurdu. Baş məşqçi kimi isə karyeranıza uğursuz başladınız. Bu uğursuzluqlarda sizdən asılı olmayan əsas səbəblər nə oldu?  

- Komanda yaratmaq asan deyil. Elə klublar var ki, neçə ildir komandaya milyonlar xərcləyir, amma elə bir uğuru yoxdur. Bunu dünya futbolunda da çox görmüşük. Mən isə heçnədən komanda yaratmaq istədim, alınmadı. Futbolçuları da qınamıram. Onlar nə bacarırsa, onu edir. Bundan artığını onlardan tələb edə bilmərəm. Əlbəttə, yaxşı bacarıqlı futbolçular olsaydı, nəsə etmək olardı. Bu gün bizdə elə futbolçular yoxdu. Hər oyunda meydana 11 nəfər çıxır, amma 5-6 futbolçu oynayır. Zəif çıxış edən futbolçuları hərtərəfli başa salıram, hər şeyi öyrədirəm. Ancaq görürəm ki, bundan artığını bacarmırlar. Futbolda maliyyə böyük rol oynayır. Çünki komandanı koplektləşdirmək üçün pul lazımdır. İstədiyin oyunçuları komandaya gətirəndə sağlam rəqabət gedir. Bu da komandanın inkişafına gətirib çıxarır. Bizdə ustalıq səviyyəsi yüksək olan futbolçular olmalıdır ki, hanısısa məqsədimizə çataq. Məncə, klub rəhbərliynin imkanı olsa, komanda üçün daha yaxşısını edər. Yaxşı komanda qurmaq üçün vaxt lazımdır. Bundan başqa yaxşı şərait də olmalıdır.

- “Kəpəz” birinci divizionda iştirak edəcək?

- Birinci diviziona düşməyimiz dəqiqdir. Amma düşünmürəm ki, komandanı belə vəziyyətə qoyacaqlar. Çünki Gəncə futbolu həmişə irəlidə olub. Axır vaxtlar  bir qədər eniş yaranıb. Səbəbi isə odur ki, dörd il Gəncə futbolçus qaldı. Belə olduqda isə futbola maraq azaldı, futbolçular dağıldı. Amma inanıram ki, Gəncədə yenə yaxşı futbol və futbolçular olacaq. Bizdə cavan futbolçular var. Bunlar 4-5 ildən sonra Azərbaycan futbolunda sözlərini deyəcək.

- Futbolçuların taleyi necə olacaq? Bir neçəsi bildirib ki, komandadan ayrılacaq.

- Bəli. Çoxunun müqaviləsi bitir. Həmişə özlərinə də deyirəm ki, oynayın ki, heç olmasa yaxşı klublara gedin. Onların taleyi öz əllərindədir. İstərdim ki, hər biri yaxşı klubda oynasın.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki