“Sumqayıt” klubunun qapıçısı Səlahət Ağayevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son 29-cu turunda “Rəvan”a böyük hesabla qalib gəldiniz. Yəqin komandada əhval-ruhiyə yaxşıdır.
- “Kəpəz”ə məğlub olmağımız bizə pis təsir etmişdi. Buna baxmayaraq, “Rəvan”la oyuna yaxşı hazırlaşmışdıq. Məşqlərdən əlavə özümüz də yığışıb söhbət etmişdik ki, yaxşı oynayıb, qalib gəlməliyik. Uşaqlar da sağ olsunlar, inamlı çıxış etdilər və qələbə qazandıq. Buna görə də, “Rəvan”la oyundan sonra komanda özünə gəlib. Əhvalımız da yerindədir.
- “Sumqayıt” hazırda turnir cədvəlində 10-cu pillədə yer alıb. Sizin üçün Premyer Liqanı tərk etmək təhlükəsi nə dərəcədədir?
- Bizim vəziyyətimiz pis deyil. Məncə, qorxulu bir şey yoxdur. Çünki “Turan”la beş xal fərqimiz var. Sona üç tur qalıb. “Turan” xal itirmək şərtilə bir qələbə qazanmağımız bizi Premyer Liqada saxlayacaq. Ancaq biz arxayınlaşa bilmərik. Hər oyuna qələbə əzmi ilə çıxırıq.
- Növbəti oyununuz ikinci “altılığ”ın lideri güclü AZAL-ladır. Bu oyun haqda nə deyə bilərsən?
- “Rəvan”la oyundan sonra komandamız daha da ruhlanıb. AZAL-la oyuna yaxşı əhval-ruhiyə ilə hazırlaşırıq. Məqsədimiz rəqibdən xal almaqdır.
- “Sumqayıt” çempionat başlayanda hansı məqsəd üçün oynayırdı?
- Hər bir klub istəyər ki, çempion olsun. Amma bizim qarşımıza nə çempionluq, nə də Avrokuboklara vəsiqə qazanmaq kimi hədəf qoyulmuşdu. Çünki biz gənc komandayıq. Komandamızın uğurları qabaqdadır. Futbolçularımız da gənclərdən ibarətdir.
- Deməli, bu mövsüm çıxışınızı qənaətbəxş hesab edirsən.
- Premyer Liqada qalsaq bizi qane edəcək. Ancaq 10-cu pillədə yox, 7-8-ci pillədə də qərarlaşa bilərdik. Sadəcə, əsas oyunçularımızdan bir neçəsinin zədələnməyi işimizi çətinə saldı.
- Mövsümün sonunda “Sumqayıt”la müqavilən bitəcək. Hansısa klubdan təklif almısan?
- Müqavilə ilə “İnter”ə məxsusam. “Sumqayıt”da icarə əsasında oynayıram. Yerli klublardan təklif var. Adlarını mən də dəqiq bilmirəm. Klubdan bu barədə məlumat verilməyib. İlk danışığım “İnter”lə olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi