“Xəzər Lənkəran” klubunun hücumçusu Ağabala Ramazanovun Qol.Az saytına müsahibəsi
- Komandanızda ümumi vəziyyət, ab-hava necədir?
- Sonuncu oyunda qalib gəlmişik. Komandanın əhvalı yerindədir. İkinci “altılıq”da oynamağımıza baxmayaraq, hər oyuna məsuliyyətlə yanaşırıq.
- Amma son vaxtlar sanki “Xəzər Lənkəran” tam gücü ilə oynamır.
- Mən belə deməzdim. Çalışırıq, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Razıyam ki, hərdən oyunumuz alınmır. Son turda “Kəpəz”lə qarşılaşmada 4-5 qol imkanından istifadə edə bilmədim.
- Ola bilərmi bu, baş məşqçiniz Con Toşakın komandaya yeni sistem gətirməsi ilə bağlı olsun?
- Ola bilər. Hər dəfə fərqli taktiki sixemlə oynayırıq.
- “Xəzər Lənkəran” ilk “altılığ”a düşə bilmədi, əvəzində kubokun finalına çıxdı. Komandanın bu durumu size qane edir?
- Finala çıxmağımız çox yaxşıdır. Ancaq ikinci “altılıq”da oynamağımız nəinki bizi, Azərbaycan futbolunu qane etmir. İkinci “altılığ”a öz ucbatımızdan düşmüşük. Heç kim bizi ikinci “altılığ”a salmayıb. Azarkeşlər çoxdandır “Neftçi” – “Xəzər Lənkəran” derbisini görmür. İnşallah, mayın 28-də görəcəklər.
- Ötən tur “Neftçi”nin “Qarabağ”a qalib gəlməyi yəqin işinizə yaradı.
- Bu pilləyə qədər gələnə qədər “Netçi”yə güvənməmişik. Bizim üçün “Neftçi”nin çempion olub-olmamasının fərqi yoxdur. Öz hesabımıza Avropaya gedəcəyik. Komandamız buna köklənib. “Neftçi”nin hesabına nəsə etmək istəmirik.
- “Neftçi” ilə final qarşılaşması haqda nə deyə bilərsən?
- Hər iki komandanın şansları yaxşıdır. Ölüm-dirim oyunu olacaq. Bu matçın yeganə şansımız olduğunu bilirik. Məsuliyyəti yaxşı dərk edərək, ciddi hazırlaşırıq. İnşallah, qələbə qazanacağımıza inamımız böyükdür. Azarkeşlərimizə inanırıq. Bizim azarkeşlər üçün hər yer Lənkərandır. Onların gücünə bələdik.
- "Neftçi"nin gücünə necə?
- Heç kim dana bilməz ki, "Neftçi" Azərbaycanın ən güclü komandalarından biridir. Biz də zəif komanda deyilik. Mayın 28-də kimin daha güclü olduğu bilinəcək. Öz gücümüzə inanırıq.
- Səncə, uzun müddət "Xəzər Lənkəran"da inamlı çıxışı ilə yadda qalmış qardaşın Zaur Ramazanovun yerini doldura bilirsən?
- Özüm haqda danışmaq istəmirəm. Bunu qoy qıraqdan baxanlar desinlər. Zaurun etdiklərinin hələ ki, az qismini etmişəm. O, "Xəzər Lənkəran"da iki dəfə bombardir, bir dəfə çempion olub. Mən hələ onların heç birin etməmişəm. Ən azı Ramazanov soyadını "Xəzər Lənkəran"da yaşadıram.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq