“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 29-cu turunda “Neftçi” ilə çox vacib oyunda məğlub oldunuz. Bu qarşılaşma haqda ümumi fikirlərini bilmək istərdik.
- Komandamız qələbə qazanmaq üçün əlindən gələni etdi. Lakin yaratdığımız qol fürsətlərindən istifadə edə, boş qapını nişan ala bilmədik. Axırda da rəqib bizi cəzalandırdı və 2:1 hesabı ilə qələbə qazandı.
- Məğlubiyyətə əsas səbəb kimi hücumçuların dəqiq olmamasını, yoxsa müdafiədə olan boşluqları görürsən?
- Əsas səbəb yaxşı qol imkanlarında istifadə edə bilməməyimizdir. Elə yüzfaizli qol vəziyyətlərini boşa verməməliydik. Həmin məqamlarda qol vursaydıq, “Neftçi” sıxıntıya düşərdi, tələsərdi. Bununla da oyunu öz xeyrimizə həll edərdik. Lakin belə alındı. Bu da bir qismətdir.
- Buraxılan qollarda necə, müdafiənizin səhvi olduğunu düşünmürsən?
- Mən bu qollarda Kanalesin ustalığını qeyd edərdim. Bu hücumçu cərimə meydançasında çox təhlükəlidir. Meydanda fəal görünməsə də, lazımi anda komandasının vacib qolunu vurur. Top ayağına düşəndə qapıçının tuta bilmədiyi yerə yönləndirə bilir.
- Yeri gəlmişkən, Kanales “Qarabağ”a kubok oyununda həlledici, son oyunda isə iki qol vurdu. Belə bir futbolçuya qarşı oynamaq nə dərəcədə çətindir? Xatırladım ki, Kanales Premyer Liqada qollarının sayını 26-a çatdıraraq son 15 ildə bir mövsümdə ən çox qol vuran oyunçu oldu.
- Bombardirdi də, vurur. Bizim bombardirimiz yarımmüdafiəçi Almeydadır, 13 qol vurub. Amma Kanales 26 qol vurub. Bizdə 26 yox, 10 qol vuran hücumçu olsaydı, hazırda böyük xal fərqi ilə birinci yerdə olardıq.
- Oyunda Kanales Vüqar Nadirova bilərəkdən zərbə vurdu və sarı vərəqə ilə cəzalandırıldı. Səncə, həmin epizodda sarı vərəqə düzgün idi?
- Belə epizodlar var idi. Amma bu haqda danışmaq istəmirəm. Ümumi deyə bilərəm ki, Fariz Yusifov oyunu pis idarə etmədi. Hər iki komanda centlmensayağı davranırdı. Oyunda bir qədər sərtlik var idi. Buna baxmayaraq, hər iki komanda bir-birinə hörmətlə yanaşırdı.
- Ansi Aqolli və Admir Teli ilə bir-birinizi yaxşı başa düşürdünüz. “Neftçi” ilə oyunda onların yoxluğu aşkar hiss olunurdu. Çünki rəqib futbolçuları ikinci qolda “Qarabağ”ın cərimə meydançasında bir-birinə sərbəst ötürmələr verirdi. Müdafiəçilər isə onları zərərsizləşdirə bilmirdi.
- Əlbəttə, bu futbolçuların yoxluğu bizim üçün böyük itkidir. İlqar Qurbanov və Bədavi Hüseynov onların yerində pis oynamadılar. Amma nəticə baxımından bu gün hər şey tərsinə görsənə bilər. Qalib gəlsəydik, hər şey başqa cür görünəcəkdi.
- “Neftçi”ni artıq çempion hesab etmək olar?
- Böyük ehtimalla "Neftçi" çempion olacaq.
- “Neftçi”yə məğlub olaraq, çempionluq şansının xeyli azalması komandada ruh düşkünlüyünə səbəb ola bilərmi? Qarşıdakı üç turda bunun komandanızın oyuna təsir etmək ehtimalı nə qədərdir?
- Təbii ki, mənfi təsiri olacaq. Bir tərəfdən baxırıq ki, artıq avrokuboklara vəsiqə qazanmışıq. Digər tərəfdən fikirləşəndə ki, çempionluğa şansımız yoxdur, bizə də çətin olur. Yəni məqsədsiz oynayanda istər-istəməz ruh düşkünlüyü yaranır. Amma fikirləşirəm ki, “Qarabağ” üçün ikinci yer də məqsəddir. Sona qədər vuruşmalıyıq. Çünki son üç ildə “Qarabağ” ancaq 3-cü və 4-cü yerləri tuta bilib.
- Avrokuboklarda iştirak etmək üçün komandanızın səviyyəsini necə görürsən?
- Yeni transferlər olacaq. Axtarışlar gedir, oyunçulara baxılır. 1-2 futbolçu da heyətə cəlb olunacaq. Məncə, bundan sonra komanda yerinə oturacaq. Futbolçularla da müqavilələr uzadılacaq. Hər bir futbolçu Avroliqda özünü yaxşı tərəfdən göstərməlidir ki, gələn il üçün qurulacaq komandada özünə yer etsin.
- Yəqin razısan ki, “Qarabağ”a bu gün ən vacib transfer hücumçu olmaldır?
- Mən hansısa mövqe adı çəkmək istəmirəm. Bu, məşqçilərin işidir. Amma yaxşı futbolçulara ehtiyacımız var.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi