“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 29-cu turunda AZAL-a 0:2 hesabı ilə məğlub oldunuz. Bunun səbəbini nədə görürsünüz?
- AZAL ikinci “altılıq”da sabit çıxışı ilə yadda qalır. Heyətində güclü futbolçuları var. On nəfərlə qalmalarına baxmayaraq, rəqibin qapısı yaxınlığında təhlükəli vəziyyət yarada bilmədik. İkinci hissədə AZAL əks-hücumda oynayırdı. Onların Nildo kimi hücumçusu var. Onu saxlamaq qeyri-mümkündür.
- Bəlkə, AFFA-nın “Turan”a gələn mövsüm Premyer Liqada oynamaq üçün indidən lisenziya verməməsi futbolçuları həvəsdən salıb.
- Yox. Sadəcə komandanın çiynində böyük yük var. Ona görə səfərbər ola bilmirik. Son oyunlarda tez qol buraxmağımız müəyyən problemlər yaradır. Məcbur oluruq ki, hücuma qoşulaq. Bu, əks hücumlarda bizə problem yaradır.
- “Turan” çempionatın əvvəlində baxımlı oyunu ilə yadda qalırdı. Bir neçə iddialı klubdan xal almağı bacarırdı. Son oyunlardakı bu uğursuzluğun səbəbi nədir?
- Səbəblər çoxdur. Ən başlıcası odur ki, ev oyunlarından məhrum olduq. Azarkeşsiz oynamaq komandaya mənfi təsir edir. Hansı ki, Tovuzda azarkelər bizi çox yaxşı dəstəkləyirdi. Heç bir dəstəyimiz olmadı. Hər şey yarı yolda qaldı. Düz yol getdiyimiz yerdə istiqaməti dəyişdik. Süni meydançada oynamaq da bizə çətinlik yaradır. Futbolçular yaxşı məşq edə bilmir. Ona görə də onların fiziki gücü azdır. Daha əvvəl klubun maliyyə problemi ortaya çıxdı. Bu da bir sıra futbolçuları itirməyimizə səbəb oldu. Amma digər komandalarda belə oyunçu problemi olmadı. Ona görə də, rəqiblərlə mübarizədə çətinlik çəkirik. Buna baxmayaraq, növbəti oyunlara hazırlaşırıq. Bizi səfərdə “Xəzər Lənkəran”la çətin oyun gözləyir.
- “Turan”ın Premyer Liqada qalmaq şansını siz necə görürsünüz?
- “Rəvan”ın “Sumqayıt”a 1:4 hesabı ilə uduzması bizim üçün gözlənilməz oldu. Ümidimiz var idi ki, sona qədər mübarizə gedəcək. Həyat davam edir. Qarşıdakı üç oyuna səfərbər olmuşuq.
- Lisenziya məsələsi nə yerdədir?
- Mən ancaq komanda ilə məşğulam. Klubun vitse-prezidenti Namiq Məstanov bu yöndə iş aparır. Hansı nətiyə gəlinəcək, onu deyə bilmərəm.
- Həm “Sumqayıt”la beş xal fərqinə görə, həm də kluba lisenziya verilmədiyi üçün “Turan” birinci diviziona düşməyə çox yaxındır. Belə olarsa, komandada qalacaqsınız?
- Biz elə bilirdik ki, birinci divizion komandalarına lisenziya verilmədiyi üçün yüksək liqa komandaları Premyer Liqanı tərk etməyəcək. Ancaq bu, bizə rahatlıq vermirdi ki, 12-ci yerlə kifayətlənək. Hər bir komandaya qarşı inamla mübarizə aparırdıq. Sonradan güclülər dəstəsində çıxış edən komandaların sayının 10-na endirilməsi qərarı bizim üçün gözlənilməz oldu. “Turan”da qalmaq məsələsinə gəlincə, artıq sözümü bir dəfə demişəm, sona qədər komandamla birgəyəm. Lazım gələrsə, birinci divizionda mübarizə aparacağıq.
- Futbolçuların taleyi necə olacaq?
- Bəzi futbolçuların müqaviləsi başa çatır. Biz həmişəki kimi yerli futbolçulara üstünlük vermək istəyirik. Bunu gələn gündən demişəm ki, “Turan” Tovuz futbolunun yetirmələri oynamalıdır. Ancaq yerli futbolçular üçün şərait yoxdur. Tovuzun uşaq futbolunda vəziyyət çox acınacaqlıdır. Gənc futbolçular özlərini göstərmək üçün heç bir şəraitlə təmin olunmayıb. Ona görə legionerlərə müraciət olunur. Ancaq onlar da bizim futbolçulardan çox fərqlənmir. Komandaları ancaq fiziki göstəricilərdə üstələyə bilərik. Çünki biz “Qarabağ” və “Neftçi” deyilik. O komandanın futbolçuları müntəzəm bir yerdı oynayır. Kombinasiyalı oynayırlar, taktiki göstərişləri yerinə yetirirlər. Bizdə isə futbolçular fərdi ustalıqlarını göstərməlidirlər. Bunun üçün isə bizdə şərait yoxdur. Ümid edirik ki, bir gün bizim üçün də bayram olacaq. Yəqin bu məsələni belə qoymazlar. Azərbaycan futbolu inkişaf mərhələsindədir. Maddi durum yaxşılaşdırılır. Uşaq futboluna fikir verilir. Yəqin ki, qərb zonasını futbolsuz qoymazlar.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq