"Neftçi" klubunun kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın qurtarmasına dörd tur qalıb və “Qarabağ”dan cəmi üç xal qabaqdasınız. "Qarabağ"la oyunqabağı bu sizi qorxurtmurki?
- Xeyr, qorxutmur. Çünki “Qarabağ”la oyuna qələbə üçün çıxacağıq. Qorxsaydıq, bu pillədə olmazdıq. Çalışacağıq ki, bu oyunda üç xalı qazanıb, yerimizi daha da möhkəmləndirək.
- Keçən mövsüm turnirin sonuna bir oyun qalmış artıq çempionluğu qazandınız . Bu mövsüm necə sizcə bunu bacara bilərsiniz?
- İndi bunu etmək daha çətindir. Çünki ildən-ilə rəqib komandalar da inkişaf edir. Ancaq buna baxmayaraq bizdə güclüyük. Kimin ən güclü olduğu isə “Qarabağ”la oyundan sonra bilinəcək. Onları məğlub etsək, keçən il olduğu kimi sona bir tur qalmış çempionluğumuzu elan edə bilərik.
- Bəs heç-heçə necə sizi qane edir?
- Ancaq qələbəyə oynayacağıq. Heç-heçə olsa belə qazanılan bir xal da bizim üçün pis nəticə sayılmayacaq. Çünki əvvəlki üstünüyümüzü qorumuş olacağıq.
- Bu oyunda “Qarabağ”da Ansi Aqolli və Admir Teli forma geyə bilməyəcək. Yəqin bu işinizi rahatlaşdırar.
- Tam rahatlaşdırar deməzdim. Çünki ”Qarabağ”da hər bir futbolçunun əvəz edəcək oyunçular var. Son oyunlarda da onların yerinə başqa futbolçular oynadı və qələbə də qazandılar. Ancaq Aqolli və Teli "Qarabağ"ın əsas futbolçularıdır. Onların olmaması oyuna təsir edib-etməyəcəyi isə oyunda bilinəcək.
- “Qarabağ”a bu mövsüm Premyer Liqada qalib gəlməmisiz. Ancaq Azərbaycan kubokundakı oyunda bir qələbə, bir heç-heçə ilə ”Qarabağ”ı mübarizədən kənarlaşdırmısız. Sizcə kubokdakı uğuru Premyer Liqada da davam etdirə biləssiz?
- Çalışacağıq. Çünki hazırda komandamız daha yaxşı formadadır. Kubokun uğurunun davamını Premyer Liqada da gətirmək üçün əlimizdən gələni edəcəyik
- Yəqin ki, kubokda qələbədən sonra özünüzə inam da artıb, psixolji cəhətdən üstünlük yaranıb.
- Əlbətət psixoloji cəhətdən biz daha üstünük. Çünki kubokda finaldayıq. Həmçinin Premyer liqada “İnter”lə oyunda vacib qələbə qazanmışıq. Ona görə də hər şey yaxşıdır.
- Bu mövsüm artıq "Qarabağ"la beş dəfə qarşılaşmızınız. Yəqin artıq rəqibi tam analiz edə bilirsiniz. Son oyunda qələbə qazanmağınızn da səbəbi bu ola bilər?
- Sadəcə olaraq komandanın futbolçularında istək var idi. Həmdə ki bir neçə dəfə məğlub olanda futbolçuda aqressivlik yaranr. Şəxsən mən də bu belədi. Uduzmağı sevmirəm. Bir oyun uduzanda, ikinci dəfə onun əvəzini çıxmaq isətəyirəm. Özünə hörmət edən futbolçu belə olmalıdır. Bizdə o xarakterlə oyuna çıxdıq və qələbə qazandıq.
- Demək olarmı artıq çempionluq yolunda tək rəqibiniz "Qarabağ"dır?
- “İnter” də çempionluğa oynayan komandadır. Sadəcə onlar üzərində əldə etdiyimiz qələbədən sonra 7 xallıq fərq yaratdığımız üçün onların şansları xeyli azaldı. Həm “Qarabağ”, həm də ”İnter” güclü komandadır. Sadəcə hal-hazırda “Qarabağ” bizdən üç xal geridə qalır. Ona görə əsas rəqibimizdir.
Aysel BƏXTİYARLI
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı