Xəbər verdiyimiz kimi, “Bakı”nın hücumçusu Marius Pena mart ayı üçün Topaz Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. Bununla bağlı keçirilən mükafatlandırma mərasimindən sonra rumıniyalı hücumçu Qol.Az saytının suallarını cavablandırıb
- Səni təbrik edirik.
- Çox sağ olun. Bu mükafatı aldığım üçün sevinirəm.
- Növbəti ay da yenidən ən yaxşı futbolçu seçilməyi qarşına məqsəd qoymusanmı?
- Çalışacağam ki, bu uğurumu gələn ay da göstərim. Ancaq bu təkcə məndən yox,həm də komanda yoldaşlarımın köməyindən asılıdır.
- Topaz Premyer Liqasının səviyyəsi haqda fikirlərin necədir?
- Çempionatın səviyyəsi getdikcə daha artır. Üstəlik əvvəlki vaxtlara nisbətən maraq da çox böyükdür. Düşünürəm ki, Premyer Liqa çox səviyyəlidir.
-Səncə, bu ayın qolları içərisində hansı daha yaxşı idi?
- Mənim üçün ən yaxşı qol AZAL-ın futbolçusu Cavid Tağıyevin vurduğu qol idi.
- “Bakı”nın avrokuboklara şansların necə qiymətləndirisən?
- Məncə, növbəti oyunlarda maksimum nəticə qazansaq, avrokuboklara gedə bilərik. Azərbaycan kubokunda buna çox yaxın idik. Çox təəssüf ki, “Xəzər Lənkəran”a məğlub olduq.
- Ancaq “Bakı”nın şansları çox azdı. Əgər avrokuboklara vəsiqə qazan bilməsəz, “Bakı”ya gəldiyinə peşman olmayacaqsan ki?
-Mənim üçün bura çox yaxşıdır. Özümü xoşbəxt hiss edirəm. Ruhdan düşmürəm. Bu ildə olmasa, gələn il avrokuboklara vəsiqə qazanacağımıza inanıram.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil